Mətanət Əsədova komaya düşdüÖtən gün əməliyyat olunan müğənni Mətanət Əsədovanın səhhəti yaxşı deyil.

Kult.az xəbər verir ki, bu barədə müğənninin yaxını Oxu.az-a deyib.

"Vəziyyəti yaxşı deyil, komadadır”, - deyə o bildirib.

Müğənninin hansı əməliyyat keçirdiyi isə hələlik məlum deyil.

"Bizə icazə vermirlər məlumat verməyə, özü ayılar məlumat verər, inşallah” - deyə ifaçının yaxını bildirib.
Rusların 54 hərbçisi məhv edildiUkraynanın cənubunda Rusiyanın 50-dən çox hərbçisi və 8 hərbi texnikası məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

“Nikolayev və Xerson istiqamətində düşmənin 54 hərbçisi və 8 hərbi texnikası məhv edilib. Məhv edilən texnikalar arasında 2 özüyeriyən artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və T-72 tankı da var”, - məlumatda qeyd olunub.
“Dini radikalizim psixotrop maddələr qədər təhlükəlidir”Dini maariflənmənin forması ilə bağlı ictimai müzakirələr ara-sıra gündəmə gəlməkdədir. Bu da təbiidir. Tarixin bu həssas dönəmində sadəcə ekranlardan dini biliklər verməklə, dərsliklərdə ensiklopedik məlumatlar göstərməklə kifayətlənmək olmaz. İnsanlarımız öz inancının qaynağını, adətlərinin səbəblərini bilməlidir. Dövlətimiz tərəfindən milli-mənəvi, o cümlədən dini dəyərlərə qayğı göstərilir. Ölkədə dini dözümlülük və tolerantlıq dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Dövlət-din münasibətləri sahəsində görülən işlər dini dəyərlərimizə yad ideologiyaların yayılmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.

Cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir.

Dindarlıqla dünyəviliyin harmonik vəhdəti xalqımızın milli dövlətçiliyinin fərqləndirici xüsusiyyətlərindəndir. Lakin təcrübə göstərir ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasını arzu etməyən, fürsət düşdükcə onu pozmağa çalışan və təfriqə yaradan qüvvələr də var. Bu baxımdan dinlə bağlı məsələlərə təkcə insan hüquqları və milli-mənəvi dəyərlər baxımından deyil, həm də özünün təhlükəsizlik nöqteyi-nəzərindən yanaşması dövlətin borcu və müstəsna hüququdur.

Dinlərin tolerantlıq, dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dini maarifləndirmənin gücləndirilməsinə böyük ehtiyac var. Çünki insanların əksəriyyətinin nəinki başqa dinlərdən, hətta öz etiqadının mahiyyətindən və bəzi prinsiplərindən xəbəri yoxdur. Belə vəziyyətdə maraqlı və məkrli qüvvələrin dindən öz məqsədləri üçün istifadə etmə imkanları daha geniş olur.

Jurnalist Nəzərbəy Hacıağayev bildirib ki, bu gün dini radikalizim cəmiyyətimizin ən böyük problemlərdən biridir. Bu problem eyni zamanda cəmiyyətin inkişafına mənfi təsir edir ki, bu da sonda özünü dövlətə olan mənfi təsirlə göstərə bilər: “Düzdür, Azərbaycanda bu problem dövlətin xüsusi ilə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin apardığı silsilə tədbirlər nəticəsində bir qədər həllini tapmaq üzrədir. Bu proslər hardan başladı ? Dini radikalizim necə oldu islam dininə ayaq açdı? Soyuq müharibədən sonra kommunizimin dağılması ilə Qərb dövlətləri öz dövlətlərinə düşmənimiz var mesajını vermək üçün kommunstlərin qırmızı bayrağından sonra hədəfi islamın yaşıl bayrağını qaraltmaqla həyata keçirdi. Bilirsiz, dini radikalizim psixotrop maddələr qədər təhlükəlidir. İnsan bir məsələyə inandığı zaman və ya inandırıldığı zaman onun üçün bütün meyarlar və dəyərlər gözdən düşür. Bu zaman insan sadəcə yalandan inandığı uğrunda gözünü qırpmadan valideyininə, bacı və qardaşına, məmləkətinə zərər verir. Bir növ səni idarə edəninin robortuna çevrilirsən. Hər kəs bu cəryanlara qoşulur, xeyir. Dini radikalizim daha çox xarici qüvvələrin bir ölkəni qarışdırmaq üçün istifadə etdiyi vasditədir. Bu zaman onların istifadə etdiyi şəxslər xüsusi seçilir. Siz heç bir zaman normal ailə mühitindən çıxmış, düşünən beyni olan şəxsi dini radikalizimə meyilli görə bilməsiz. Bunlar xüsusi olaraq heç sosial aktivliyi olmayan, ailədə normal mühitdə böyüməyən insanlardan seçilir. Daha çox ailədə vətənpərvərlik və milli kimliyin aşılanmadığı ailələrin uşaqları buna meyilli olur. Gənc oxuduğu universitetin, kollecin və peşə məktəbinin nəzdinində olan ictimai xarakterli və ya asudə vaxtını səmərəli keçirilməsi üçün nəzərdə tutulan qurumlara üzv olarsa, ətrafında sağlam düşüncəli insanların formalaşması ilə və asudə vaxtlarını maraqlı, səmərəli keçirməsi ilə dini radikalizimdən uzaq qalar”.

O qeyd edib ki, ölkəmizə dini radikalizim idxal edən şəxslər daha çox gənclərin bu kimi boşluqlarından istifadə edirlər. Bir də bu boşluğun yaranmasıda valideyinlərin də günahı var. Övladın keçid dönəmində, gənclik illərinin ilkində ona təsir etmədən nəzarət etməlidir. Ancaq bu nəzarət onun ilkin formalaşan şəxsiyyətinə təsir etməməlidir: “Gənclərin diqqətli olmalı dövlətə və dövlətçiliyi sadiq olması önəmlidir. Azərbaycanda bütün dinlərə və dindarlara dövlət tərəfindən istənilən şərait yaradılıb. Dövlət-din münasibətləri ölkəmizdə düzgün tənzimlənib. Dindən heç bir zaman siyasi məqsədlərdən istifadəyə icazə verilməməlidir. Xüsusilə mürəkkəb regionda yerləşməyimiz hər zaman gənclərimizin diqqətində olmalıdır. Dövlətimizin sarsılmaz gücünə bu kimi həmlələrlə zərər verə bilərlər. Ancaq mən yenə ümüdliyəm, çünki Azərbaycan gəncliyinin bu batağlığa düşməməsi üçün bütün qurumlarımız ən yüksək səviyyədə öz fəaliyyətini davam etdirir”.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

“Səhliyalı” bu məhsulları ilə illərdir ölkəni zəhərləyir - Foto“1000 bərəkət, halal nemət” ət və ət məhsulları reklamı ilə Azərbaycan bazarına daxil olan “Səhliyalı” şirkəti elan etdiyi prinsiplərə nə qədər sadiqdir?

Axar.az xəbər verir ki, artıq uzun müddətdir sosial şəbəkələrdə bu brendin məhsullarının keyfiyyətsizliyi haqda iddialar səslənməkdədir. Hətta məhsullarının tərkibi haqda ciddi şübhələr var.

Şirkətin reklamında əsas diqqət halal kəsim, halal istehsal ilə bağlıdır. Şirkətin saytında heyvanların halal kəsim prosesi, məhsulların hazırlanma şəraiti barədə dolğun məlumat almaq isə mümkün deyil. Sadəcə ət üçün heyvanların müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb və real deyil, formal görüntülər paylaşılıb.

Feysbuk səhifələrində paylaşımlar, müzakirələr, şərhlərdə isə fərqli mənzərə üzə çıxır. Məsələn, istehlakçılar “Halal nemət, 1000 bərəkət”in “Manqalüstü” sosisinin içindən siçan nəcisi aşkarlamışdılar. Bu, bir deyil, bir neçə dəfə təkrarlanıb. Bir ara “Halal nemət, 1000 bərəkət” markalı məhsulun içindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.

Satışdakı məhsullarının üzərində qeyd etdikləri maddələr də insan sağlamlığı üçün xeyli zərərlidir. Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

Natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir. Qeyd edək ki, bu maddə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

AQTA da rəsmi saytından istehlakçılara kolbasa alarkən tərkibindəki bu maddələrə diqqət etmələrini tövsiyə edir.
İrəvan bura təxribatçıları göndərməməlidir – ArkovSülh müqaviləsinin imzalanmasına birbaşa yol açan sərhədin delimitasiyası və demarkasiyası prosesi ən azı bir neçə ay əvvəl başlamalı idi. Lakin o, Bakı ilə İrəvan arasında əsasən Ermənistanın təşəbbüsü ilə yaranmış bir sıra fikir ayrılıqlarının mövcudluğuna görə başlamadı.

Bu sözləri Axar.az-a müsahibəsində “PolitRUS” ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov deyib.

O qeyd edib ki, İrəvanın istəklərinin əksəriyyəti erməni xalqının deyil, ayrı-ayrı siyasi qrupların maraqlarını əks etdirir:

“Rəsmi İrəvan komissiyaya nümayəndələri səriştəli insanlar, peşəkarlar içərisindən seçməlidir, bu strukturun işini məqsədyönlü şəkildə ləngidən xüsusi seçilmiş təxribatçılardan yox. Fikrimcə, İrəvan istəklərinə obyektiv şəkildə yenidən baxmalı, onlarda Ermənistan xalqının maraqlarını həqiqətən əks etdirən və potensial olaraq çətin danışıqlar yolu ilə də olsa, Bakı tərəfindən qəbul oluna bilənləri saxlamalıdır. Bir şey sevindirir: dağıdıcı qüvvələr, o cümlədən Qərb nə qədər çalışsa da, Cənubi Qafqazda Rusiyanın mühüm iştirakı ilə başlayan sülh prosesini dayandıra bilmədi. Sülh müqaviləsi isə həm Azərbaycan, həm Ermənistan, həm də bütün region ölkələri üçün yeni imkanlar açır”.
PA-nın yüksək vəzifəli şəxsi vəzifəsindən azad edildiPrezident Administrasiyasının yüksək vəzifəli əməkdaşı vəzifəsindən azad olunub.

Avrasiya.net Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin məsul əməkdaşı Arif Novruzov müvafiq əmrlə tutduğu vəzifəsindən azad edilib.

O, məlumatı təsdiq edib:

“Bəli, vəzifəmdən azad olunmuşam. Hələ ki başqa vəzifəyə təyin edilməmişəm”.

Qeyd edək ki, Arif Novruzov bir neçə rayonun icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb.
"Bütün dinlər, millətlər Azərbaycanda birləşib" - Ukrayna mediasıAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı sonuncu yazı "Bütün dinlər, millətlər Azərbaycanda birləşib" başlıqla Ukraynanın https://asmedia.kiev.ua saytında dərc olunub.

Yazıda qeyd olunub ki, Azərbaycanın etnik mənzərəsi qədim xalçalarımıza bənzəyir. Onlar da eynilə qədim, bənzərsiz və rəngarəngdirlər. Kəmiyyətindən asılı olmayaraq, hər bir xalqın bu nəfis “xalça”nın əvəzolunmaz və özünəməxsus naxışı var.

O da göstərilib ki, 2019-cu ilin noyabrında Bakıda keçirilən Dünya Dini Liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransında dini liderlər Azərbaycanın sivilizasiyaların və dinlərarası əlaqələrin möhkəmləndirilməsində, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunub saxlanmasında əhəmiyyətini bir daha vurğulayıblar. Qeyd olunub ki, bunu Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının rəsmisi Vladimir Fekete də təsdiqləyib. O bildirib ki, zəngin tolerantlıq ənənələrinə malik ölkələrin və regionların təcrübəsi dinlərarası dialoq üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan bir çox millətlərin və dinlərin dinc yanaşı yaşamasının nadir nümunəsidir. Fekete Azərbaycanda bütün dinlərin nümayəndələrinin özlərini rahat hiss etdiklərini və bu ölkənin tolerantlığının bütün dünya üçün nümunə olduğunu bildirib.

Daha sonra yazıda mərhum Papa II İohann Pavelin 2002-ci ilin mayında Azərbaycana səfəri zamanı dediyi fikirdən sitat gətirilirb: “Azərbaycanda bir çox mədəniyyətlər cəmləşib. Bu ölkənin tolerantlıq və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək mümkün deyil”.

2003-cü ildə ölkəmizdə səfərdə olan Roma Patriarxı I Varfolomeydən də sitat gətirilib: “Mən burada dini tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs öz dininə etiqad edə, ayinlərini istədiyi kimi yerinə yetirə bilər”.

O da vurğulanlb ki, 2016-cı ildə ölkəmizdə səfərdə olan Roma Papası Fransisk də Azərbaycanda dini etiqad azadlıqlarının tam təmin olunduğunu qeyd edib...

Yazının tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
https://asmedia.kiev.ua/sobytie/v-azerbajdzhane-ediny-vse-religii-i-naczii
Kreml: Putin Zelenski ilə görüşdən imtina etmirRusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən imtina etmir, lakin zəmin hazırlanmalıdır və hələlik sənədin mətni yoxdur.

Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik görüş barədə yenilik yoxdur. Prezident heç vaxt belə bir görüşdən prinsipial olaraq imtina etməyib. Lakin bunun üçün müvafiq şərtlər, yəni sənədin mətni hazırlanmalıdır”, - o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinin Vladimir Zelenski ilə görüşünün uzaq olmadığını, hər şeyin Rusiya liderinin razılığından və mövqeyindən asılı olduğunu bildirmişdi.
“Azərsu” Şuşada su anbarı yaradırAzərsu ASC Şuşada əhalinin suya tələblərinin ödənilməsi üçün iki mənbədən su verir.

Bunu Report-a açıqlamasında Azərsu ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəis müavini Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu mənbələrdən biri Zarıslı, digəri isə Kirs su mənbələrindən su ilə təmin edilir:

“Hazırda Şuşada davam edən abadlıq-quruculuq işlərini nəzərə aldıqda, orada əlavə su tələbatı yaranır. Yay aylarında əlavə su tələbatını qarşılamaq üçün “Azərsu” Şuşa şəhərində müvəqqəti su anbarının yaradır və ən qısa zamanda nasos stansiyası inşa edərək Şuşaya əlavə su gətiriləcək”.

O bildirib ki, bu su anbarı Zarıslı çayının üzərində qurulacaq ki, bu, Şuşanın dayanıqlı su təminatına böyük töhfə verəcək.

C. Məmmədovun fikrincə, ötən il Ağdam rayonunda su mənbəyinin müəyyən olunması ilə bağlı tədqiqat işlərinə başlanılıb:

“Ağdamda iki ədəd kəşfiyyat quyusu qazılıb, bu quyuların tədqiqatları aparılıb. Bu tədqiqatların nəticəsi artıq əsas verib deyək ki, bütün Ağdam şəhəri subartezian quyularından su ilə təmin olunacaq”.

“Azərsu” rəsmisi qeyd edib ki, hazırda Füzuli və Cəbrayıl şəhərləri ilə bağlı layihələndirmə işlərinə başlanılıb:

“Bilirsiniz ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərlərin Baş planları təsdiq edilir və bundan sonra “Azərsu” layihə işlərinə başlaya bilir. Hazırda isə yalnız Ağdam, Füzulinin Baş planları təsdiq edilib. “Azərsu” isə Füzuli və Ağdamın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işçi layihələrinin hazırlanmasına başlayıb. Zəngilan, Qubadlı və digər işğaldan azad edilmiş ərazilərin Baş planları Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənərək Azərsu ASC-yə göndəriləcək. Bundan sonra isə bu rayonlarda da layihələrin icrasına başlanıla bilər. Ancaq hazırda bu ərazilərdə çövcud su mənbələrinin müəyyən edilməsi ilə bağlı araşdırma işləri aparılır”.

İşğaldan azad olunmuş ərazilərdə hansı çayların suyundan içməli su kimi istifadə olunacağına gəldikdə isə, mütəxəssis bildirir ki, onu tədqiqatlar göstərəcək. O deyir ki, məsələn, Ağdamda ancaq yeraltı sulardan və subartezian sularından istifadə ediləcək:

“Bir daha təkrarlayım ki, Şuşada Zarıslı və Kirs çayının mənbələrindən istifadə ediləcək. Tədqiqatlar göstərir ki, Kəlbəcərdə isə yerüstü çaylardan istifadə ediləcək. Ancaq hələlik bu tədqiqatlar tam yekunlaşmayıb. Yekun qərar olmadığı üçün nəsə demək çətindir”.

C. Məmmədov vurğulayıb ki, azad olunmuş ərazilərdə həm yeraltı, həm də yerüstü sulardan içməli su kimi istifadə olunacaq:

"Bu ərazilər həm yeraltı, həm də yerüstü sular baxımından münbir ərazilərimizdir”.
Şirvanda ictimai iştirakçılıq mövzusunda müzakirə keçirilibŞirvan Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində ictimai iştirakçılıq mövzusunda tədbir keçirilib.

Maarifləndirici görüşdə Şirvan Şəhər İcra hakimiyyətinin məsul əməkdaşları, Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov çıxışında icra hakimiyyətinin vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini qeyd edib. O, eyni zamanda ölkədə ictimai nəzarətin gücləndirilməsi məqsədi ilə aparılan tədbirlər çərçivəsində Şirvanda da İcra hakimiyyəti yanında İctimai Şuranın yaradıldığını bildirib.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla əlaqədar təqdimatla çıxış edib. O, layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, ölkə qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər məsələlərdən danışıb.

Təşkilat sədri qeyd edib ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir.
Milli Məclisin üzvü İltizam Yusifovun səlahiyyətli nümayəndəsi Taleh Məmmədov çıxışında ictimai iştirakçılığın vacibliyini qeyd edərək və bu kontekstdə deputat – seçici münasibətlərindən danışıb.

İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ötən dövr ərzində ictimai şuranın gördüyü işləri haqqında məlumat verib.

Tədbir müzakirələr ilə davam edib. İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən qeyri – hökumət təşkilatları təmsilçiləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər. İctimai iştiarakçılığın təşviqinin və ictimai şura üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirlməsinin vacib olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.