Sumqayıtda ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbir keçirilibAprelin 1-də Sumqayıt Poeziya Evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq ictimai iştirakçılıq, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı vacib çağırışlar səsləndirilib: “Bu çağırışları əsas götürən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi bir neçə ildir ki, ictimai iştiraklılıq sahəsində maarifləndirmə və monitorinqlər həyata keçirir.”

Təşkilat olaraq hesab etdik ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Bu baxımdan Sumqayıt şəhəri ictimai təşəbbüslərin icrası üçün real potensiala malik olduğu üçün bu şəhərdə ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsi üçün davamlı fəaliyyətlər həyata icra olunmalıdır – deyə Cəsarət Hüseynzadə qeyd edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov çıxışında Sumqayıtda vətəndaş cəmiyyəti təşkilatları ilə qurulan əməkdaşlıq əlaqələri və ötən il yaradılan İctimai Şura haqqında məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarə Edilməsi üzrə meneceri Xatirə Bəşirova təmsil etdiyi qurumun “Açıq hökumətin və ictimai nəzarətin təşviqi” mövzusunu prioritet hesab etdiyini və bu mövzuda layihələrə dəstək verdiklərini diqqətə çatdırıb.

Daha sonra layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla bağlı təqdimatla çıxış edib. O, təqdimatında layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, Azərbaycan qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər vacib məqamlara toxunub.

Tədbir müzakirələr ilə davam edib. Sumqayıt Şəhəri İcra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Sumqayıtda fəaliyyət göstərən qeyri – hökumət təşkilatları sədrləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.
QHT sədri Dövlət Turizm Agentliyinin rəsmiləriylə görüşlər keçirib“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda həyata keçirdiyi layihəsi çərçivəsində silsilə görüşləri davam etdirir. İctimai birliyin regionlarda turizmin inkişafında bələdiyyələrin rolunun artırılması sahəsində əldə edilən təcrübədən qaynaqlanan təklifləri müzakirə etmək üçün agentliyə ünvanladığı məktubla əlaqədar Dövlət Turizm Agentliyinin rəsmiləriylə görüşlər keçirilib.

Görüşdə agentliyin regional inkişaf bölməsinin müdiri Hüseyn Məmmədov iştirak edib.

BFTİB-in sədri Vüqar Tofiqli təşkilatın layihə çərçivəsində həyata keçirdiyi işlərə toxunaraq bələdiyyələrin turizm xidmətlərinin göstərilməsində ciddi problemlərin olduğunu, habelə bu sahədə müəyyən təcrübənin olmamasınin nəticə etibariylə bu qurumların ümumi fəaliyyətinə də mənfi təsir etdiyini bildirib. Layihə çərçivəsində az müddət ərzində Dövlət Turizm Agentliyi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edən ictimai birliyin sədri gələcəkdə agentlik-bələdiyyə münasibətlərinin qurulmasında və inkişafında rəhbərlik etdiyi təşkilatın mühüm rol oynacağını da qeyd edib.

Görüşdə Hüseyn Məmmədov təmsil etdiyi qurumun bələdiyyələrlə əlaqələrinin inkişafında maraqlı olduğunu dilə gətirib. Bu günədək turizmin inkişafında və ölkəmizə turizm axının təşkil edilməsinə agentlik tərəfindən ciddi layihələrin icra edildiyini qeyd edən bölmə müdiri vətəndaş cəmiyyətinin təmsilçiləri ilə daim görüşə hazır olduqlarını və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə inandığı qeyd edib.

Xatrıladaq ki, Ədliyyə Nazirliyi tərəfindən 2010-cu ilin fevral ayında dövlət qeydiyyatına alınan “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi hazırda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoturizmin təbliğində bələdiyyələrin rolu” mövzusunda layihəni icra edir. Artıq layihə çərçivəsində Quba Destinasiya Menecmenti Təşkilatının yaxından iştirakıyla mart ayında maraqlı görüşlər keçirilib. Növbəti görüş Qusar rayonda keçiriləcək. Layihənin gedişi çərçivəsində Astara və Lerikdə də belə görüşlər keçiriləcək.
"Sülh təkliflərinin əleyhinə getmək sağlam təfəkkür nümunəsi hesab oluna bilməz"Brüssel görüşü ərəfəsində Ermənistan hərbi-siyasi rəhbərliyi ənənəvi “ikili standartlar” prinsipindən çıxış etməyinə davam edir. Bir yandan biz baş nazir Nikol Paşinyanın və xarici işlər naziri Ararat Mirzoyanın şəxsində rəsmi İrəvandan sülhə dair pozitiv mesajlar alırıq, ancaq digər yandan isə Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları artıq mütəmadi xarakter alıb. Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası olan Azərbaycan ərazisində - Qarabağda cəmləşən erməni separatçı-terrorçu dəstələri də atəşkəs rejimini pozmaqda xüsusi fəallıq göstərir.

Rəsmi Bakı isə sülh təşəbbüslərini təmkinlə davam etdirir və Ermənistanın sülhə məcbur edilməsi taktikasına üstünlük verir. Bu taktika kifayət qədər səmərəli seçim kimi dəyərləndirilə bilər və rəsmi Bakı əmindir ki, bu taktikanın ardıcıl surətdə tətbiqi sonda öz müsbət nəticəsini mütləq verəcək. Hazırda bütün müşahidələr onu göstərir ki, Ermənistanın Azərbaycanın təklif etdiyi 5 bənddən ibarət sülh üzrə baza prinsiplərini qəbul etməkdən başqa bir seçimi qalmayıb.

Biz postmüharibə dönəmində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etmişik. Ermənistan rəhbərliyi öz növbəsində yalançı “sülhpərvər”likdən əl çəkib həmin müddəaları, prinsipləri qəbul etməli, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalı, həmçinin bizə qarşı ərazi iddiaları ilə çıxış etmək praktikasına son qoymalıdır.

Əslində bu 5 prinsipdə yeni heç nə yoxdur. Bunlar Ermənistanın yerinə yetirə bilməyəcəyi fantastik prinsiplər, tələblər də deyil. Bu prinsiplərin hər birinə Helsinki sazişində rast gəlmək mümkündür. Ermənistan da sözügedən beynəlxalq norma və prinsiplərə əməl etməyə borcludur. Özünə hörmət edən hər bir dövlət bu prinsiplərə əməl etməyə çalışır. Ermənistan da özünü adekvat dövlət, oturuşmuş beynəlxalq siyasi subyekt kimi təsdiqləmək istəyirsə Azərbaycanın sözügedən 5 maddəlik təkliflərinə müsbət reaksiya verməlidir.

Bu təkliflərin əleyhinə getmək sağlam təfəkkür nümunəsi hesab oluna bilməz. Ermənistan bu prosesi sadəcə süni surətdə uzada bilər. Zaman-zaman “Bakı ilə sülh danışıqlarına hazırıq” deyən, lakin sözdən əməli işə keçməyə isə əsla tələsməyən Paşinyan əslində belə boş və məsuliyyətsiz bəyanatlarla sadəcə vaxt udmağa çalışır. Amma bunun özü də Ermənistanın zərərinə işləyən bir davranışdır.

Hesab edirik ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutacaq görüşü erməni baş nazirin anlamsız davranışlarına, destruktiv taktiki gedişlərinə son nöqtəni qoyacaq və onu Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atmağa məcbur edəcək. Dalana dirənmiş Ermənistanın yeganə çıxış yolu rəsmi Bakının sülh təkliflərini qəbul etməkdədir.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Cəmi 6 nəfər koronaya yoluxduAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib. 329 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 106, bu günə qədər isə ümumilikdə 6 716 463 test icra olunub.
Nazirlik qazilərin aksiya keçirməsinə münasibət bildiribƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin aksiya keçirməsinə münasibət bildirib.

Agentlikdən verilən məlumata görə, bu gün bir neçə müharibə iştirakçısı nazirliyə gələrək onları narahat edən məsələləri diqqətə çatdırıblar.

Qeyd olunub ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır: "Bu dəfə də qazilərimizin hər biri nazirlik əməkdaşları tərəfindən diqqətlə dinlənilib. Müraciətləri əlillik, məşğulluq və s. məsələlərlə bağlı idi. Bununla bağlı onlara bildirilib ki, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Ötən dövrdə 2763 qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib. Müvafiq qanunvericilikdəki meyarlara uyğun olduğu, orqanizmin funksional pozuntuları yarandığı halda əlillik təyinatı aparıldığı qazilərimizin diqqətinə çatdırılıb. Həmçinin e-sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir qazinin əyani müayinəyə çağırıldığı və bu sahədə heç bir şəxsin diqqətdən kənarda qalmadığı vurğulanıb. Qəbul zamanı müharibə iştirakçılarının məşğulluq, sığorta ödənişi ilə bağlı müraciətləri ilə bağlı da onlara izahatlar verilib".
Müdafiə Nazirliyi MAXE-lərin növbəti qəbulunu elan edibMüdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin növbəti qəbulunu elan edib.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, qəbul komissiyaları fəaliyyət göstərən yerlərdə müraciət edənlərin rahat və qısa müddətdə tibbi müayinədən keçmələri üçün səyyar hərbi həkim komissiyaları yaradılıb.

Görülən uğurlu işlərin nəticəsidir ki, əvvəlki illər ilə müqayisədə bu il hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan gənclərin sayı xeyli artıb. Namizədlərin sayının çoxluğu nəzərə alınaraq Müdafiə Nazirliyinin rəhbərliyi yenidən növbəti qəbul prosesininin başlanması ilə bağlı göstəriş verib.

"Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər aprelin 4-dən cari ilin sonunadək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2022-ci il aprelin 4-dən cari ilin sonunadək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd edık ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur", - məlumatda qeyd edilib.
680 manatlıq yardımı kəsilən qadın nazirliyin qarşısında ETİRAZ ETDİBu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına gələrək ailəsinə ünvanlı sosial yardım tələb edən Salamova Samirə Rafiq qızının ailəsi əslində ardıcıl olaraq sosial ödənişlərlə təmin olunur.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili məlumat verib.

O qeyd edib ki, həyat yoldaşı vəfat etmiş, 4 uşağı olan Samirə Salamova Masallı rayon sakinidir və hazırda Bakının Nəsimi rayonunda kirayədə yaşayır:

"Onun ailəsinə ailə başçısını itirməyə görə müavinət (400 manat) və sağlamlıq imkanları məhdud bir uşağına görə müavinət (200 manat), təqaüd (80 manat) olmaqla ümumilikdə 680 manat aylıq ödəniş edilir.

Həmçinin Samirə Salamovanın ailəsinə əvvəllər ardıcıl olaraq sosial yardımlar verilib. Sonuncu dəfə isə keçən ilin mart ayında ünvanlı sosial yardım təyin edilib".

"Ötən ay yardımın verilmə müddəti bitdiyi üçün o, növbəti dəfə yardım almaq üçün e-qaydada müraciət edib. Müraciətdən sonra onun ailəsinin maddi-məişət şəraitinin müayinəsi aparılıb.

Montorinqin nəticəsinə əsasən Samirə Salamovanın ünvanlı yardım hüququnun olub-olmadığına dair qərar veriləcək", - deyə qurum rəsmisi bildirib.
Aprel döyüşləri - Aprel dərsləri!“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir!”.

Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən 2017-ci ilin mart ayında səsləndirilmiş bu fikirlər 44 günlük Zəfər müharibəsinin leytmotivinə çevrildi.

2016-cı ilin 2-6 aprel tarixində baş vermiş döyüşlər Qarabağda 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra Azərbaycan və Qarbağda yerləşən erməni seperatçıların qanunsuz hərbi birləşmələri arasında baş vermiş ən şiddətli döyüş olmuşdur. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan istiqamətində yollar düşməndən azad olunmuşdur.

5 aprel 2016-cı il tarixində hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalamadan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edirdi.
Aprel hadisələri Ermənistan üçün dərs olmalı idi lakin miflə, xəstə təfəkürlə yaşayan erməni xalqı heç bir nəticə çıxartmadı.

Aprel döyüşləri Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusunun 2 istiqamətdə qiymətləndirlməsi üçün mühüm hadisə kimi də dəyərləndirə bilərik.

1) Döyüş hazırlığı,
2) Ruh yüksəkliyi.

Həmin dövrdə ordumuzun qeyd etdiyimiz kateqoriyalar üzrə göstəriciləri hədsiz dərəcədə yüksək olmuşdur. Bu iki konponent ordunun əsas vacib elementi hesab edilir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə 2018-ci il tarixində Bakıda Azadlıq Meydanında keçirilən təntənəli hərbi paradda ordumuzun arsenalında olan 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunmuşdur.

Paradda Azərbaycan Silahlı Qüvəllərinin Ali Baş Komandanı Prezident İlham Əliyev təntənəli çıxışında bildirdi:

“Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.

Cənab Prezident təntənəli çıxışında Aprel döyüşlərinə toxunaraq bildirir ki, Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi.

Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Lakin bundan sonra biz yenədə Ermənistan tərəfin revanşist hərəkətlərinin şahidi olduq. Ermənistanın Baş Naziri Nikol Paşinyan 2019-cu ilin may ayında
Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış Sərkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi ilə Şuşaya gələrək Cıdır düzündə şərab içib, yallı getdilər.

Qeyd edək ki, Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurdu Azərbaycan Xarici İşlər Nazirliyi hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirdi. XİN bəyanatında deyilirdi: “Bütün beynəlxalq ictimaiyyət
və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”. Saxta qəhrəmanlardan yaratdıqları miflə yaşayan erməni xalqı və onun reallıqdan uzaq düşmüş rəhbərliyi bütün bu olanlardan dərs çıxartmaq əvəzinə öz çirkin və işğalçı siyasətlərini davam etdirdilər.

Azərbaycan xalqı tarixi Aprel döyüşlərindən çıxardığı nəticələr bizi 44 günlük Zəfər müharibəsinə və şanlı qələbəyə apardı! Aprel döyüşləri bizim qələbəmizin müjdəçisi oldu!

Ermənistan Baş Naziri Nikol Pşinyanın 6 apreldə Brusseldə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Avropa Şurasının prezidenti Şarl Mişelin birgə görüşü zamanı sülh danışıqlarına başlamaqla bağlı mesajı revanşist qüvəlləri yenidən hərəkətə gətirib. Onlar bu görüşün əleyhinə mitinqlər təşkil etməyə cəhd
edirlər. Bütün bunlar ermənilərin toplum olaraq nə qədər reallıqdan uzaq düşdüyünü və tarixdən ibrət götürmədiklərinin göstəricisidir.

Artıq bütün dünya Qafqazda sülhün və sabitliyin qarantı
Azərbaycan olduğunu dərk edir!

Şabran rayonunun Zeyvə kəndində Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuş Babək Vəfadar oğlu Abidovun ailəsi ilə xatirə şəkilləri...

Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Boris Conson: "Putinin məğlub olması üçün əlimizdən gələni edəcəyik"“Biz Putinin uğursuzluğa düçar olması üçün əlimizdən gələni edəcəyik”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson tviter səhifəsində yazıb.

“NATO üzvləri 73 il əvvəl azadlıq və sverenlik uğtunda birləşdilər. Bu inam bu gün də davam edir. Ukrayna xalqı da həmin azadlıq uğrunda mübarizə aparır”, - hökumət başçısı bildirib.