Bayden Qarabağ ermənilərinə pul ayırmaqdan imtina edir2022-ci ildə “humanitar layihələrə dəstək” adı ilə Qarabağa 2 milyon pul ayıran ABŞ 2023-cü ildə bundan imtina etmək niyyətindədir: Bayden Administrasiyası növbəti il üçün Konqresə təklif etdiyi büdcə layihəsinə Qarabağın adını daxil etməyib.

Bu barədə siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

“Nəticə erməni diasporu\lobbisinin Konqresə nə qədər təsir edə biləcəyindən də asılı olacaq. Lakin Ağ Evin bu addımı okeanın o tayında da reallığın tədricən qəbul edilməsinin başlanğıcı hesab edilə bilər”, - deyə o bildirib.
“Yurd”un təşkilatçılığı ilə Qubada Vətən müharibəsinə həsr olunmuş intellektual turnir keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Zəfərin fatehləri” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Quba rayonu Qaraçay qəsəbəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında intellektual oyun keçirilib.

Turnirdə Quba rayonunun Qaraçay, Paşaoba, İqriq, İsnovqışlaq, Mirzəqışlaq, Talabıqışlaq, Vəlvələ, Pirvahid və Bərqov kəndlərində yaşayan və təhsil alan yeniyetmə və gənclərdən ibarət komandalar iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin gənc nəsil arasında 30 illik Vətən həsrətinə son qoyaraq zəfərimizlə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətinin və onun qazanılmasında şəhid və qazi olan qəhrəman eloğullarımızın təbliği olduğunu qeyd etmişdir.

Digər çıxış edənlər, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif edilmiş Elvin Seyfəddinov və “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilmiş müəllim Oruc Novruzov Vətən mühribəsinin əhəmiyyətindən və Qarabağın azadlığı uğrunda keçdikləri döyüş yolundan danışıblar.

Rəsmi hissədən sonra start verilən yarışın yekununda Qaraçay qəsəbəsini təmsil edən “Şuşa” komandası turnirin qalibi adını qazanıb. Talabıqışlaq kəndini təmsil edən “Dəmir Yumruq” komandası ikinci, Vəlvələ kəndinin “Vətən” komandası üçüncü mükafata sahib olub..

Qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla, bütün iştirakçılar isə Quba şəhidləri haqqında hazırlanmış “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitabla təltif edilmişdir.

Qeyd edək ki, may ayınadək davam edəcək layihə çərçivəsində gənclərin iştirakı ilə daha bir neçə dəfə vətən müharibəsinə həsr olunmuş intellektual yarışlar və tir atıcılığı üzrə turnirlər təşkil olunacaqdır.

Rusiyalı partiya rəsmisi də Azərbaycandan üzr istədi“Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein partiyadaşı Mixail Delyaqinin Azərbaycanın ünvanına Rusiyanın dövlət telekanallarında səsləndirdiyi təhqir və təhdidlərlə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına məktub ünvanlanyıb.

Səfirliyin mətbuat xidmətinin məlumatına görə, məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib.
“Gender siyasətinin təşviqi-milli prioritetlər” mövzusunda tədbir keçirilibMartın 29-da Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə partiyanın Sumqayıt şəhər təşkilatında “Gender siyasətinin təşviqi-milli prioritetlər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov mövzunun cəmiyyətimiz üçün aktual olduğunu bildirib.

Çıxış edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva deyib ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Onun sözlərinə görə, ölkəmizdə bu sahədə mühüm tədbirlər həyata keçirilməkdədir.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda dövlət qadın siyasətinin həyata keçirilməsi və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib: “Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda qadınların rolunun artırılması”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” imzaladığı sərəncamlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. 2006-ci ildə Prezident İlham Əliyev “Gender - kişi və qadınların bərabərliyi təminatları haqqında” qanunu imzalayıb. Qanuna əsasən Azərbaycan qadınları çox geniş hüquqi təminatlar əldə etdilər. Bu, kişi və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində bərabər təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Xüsusilə qeyd etmək lazımdır ki, bu qanunun qəbul olunmasında respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın danılmaz rolu vardır”.

H.Hüseynova diqqətə çatdırıb ki, gender bərabərliyi “Dayanıqlı İnkişaf - 2030” Gündəliyində müəyyən edilmiş inkişaf məqsədlərinin tərkib elementidir: “Hazırda qadınların bütövlükdə dayanıqlı inkişafa verəcəkləri töhfə inklüzivlik üçün təşəbbüslərin artırılması və digər məsələlərdir. Davamlı gələcək insan kapitalının inkişafından və onların cinsi, dini, siyasi mənsubiyyətindən, gəlir səviyyəsindən və bərabər imkanlara məhdudiyyətlərdən asılı olmayaraq hər kəs üçün əlçatan olmasından asılıdır”.

Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri Rufiz Qonaqov ölkəmizdə qadınların cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətində qadınlar da aktiv rol oynayırlar. R.Qonaqov qadınların Yeni Azərbaycan Partiyasında da təmsilçiliyinin yüksək olduğunu vurğulayıb. Bütövlükdə isə dövlət qurumlarında, parlamentdə və bələdiyyələrdə də gender bərabərliyi qənaətbəxş səviyyədədir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə isə bildirib ki, gender bərabərliyi qadın və kişilərin cəmiyyətdəki sosial rolunun ifadəsidir. Qadınlar kişilərlə bərabər ölkənin ictimai həyatında, iqtisadiyyat, mədəniyyət, elm, incəsənət və digər sahələrdə də uğurla çalışırlar. Onun sözlərinə görə, gender bərabərliyinin təşviqi daimi məsələdir və onun davamlı aparılması vacibdir.

Çıxış edən YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, Azərbaycanda uğurlu dövlət gender siyasəti həyata keçirilir. Azərbaycanda gender məsələlərinin xalqımızın ümummilli lideri Heydər Əliyevin hər zaman diqqət mərkəzində olduğunu xatırladan S.Qəhrəmanova vurğulayıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində qadınlara göstərilən diqqət və qayğının artdığının şahidi olmuşuq. Onun sözlərinə görə, Ulu Öndərimizin müəyyənləşdirdiyi bu siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

S.Qəhrəmanova çıxışında bu sahədə mövcud olan problemlərdən də danışıb və qeyd edib ki, YAP-ın yerli təşkilatları gender bərabərliyinin təşviqi, eləcə də bu istiqamətdə maarifləndirmə işinin aparılmasında daha fəal iştirak etməlidir.

Sonra tədbir diskussiya şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb.
Gənclər Quba Soyqırım Memorial Kompleksi ziyarət ediblərMartın 29-da Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup gənc 31 Mart “Azərbaycanlıların Soyqırım günü” ilə əlaqədar Quba şəhərində yerləşən Soyqırım Memorial Kompleksində olublar.

İştirakçılar əvvəlcə kütləvi məzarlığı və Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar. Gənclər daha sonra Kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya ediblər.

Ekskursiya zamanı gənclər Muzey ekspozisiyasında sərgilənən və qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları, soyqırımı əks etdirən şəkillərlə tanış olublar, onlara 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında gənclərə ətraflı məlumat verilib. Daha sonra muzeydə təşkil olunan anım tədbirində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yal edilib.

Çıxışlarda xüsusi qeyd olunub ki, “Azərbaycanlıların Soyqırımı günü”ndən uzun zaman kəsiyinin keçməsinə baxmayaraq soyqırım qurbanlarının xatirəsi xalqımız tərəfindən yad edilir və bundan sonra yad olunacaqdır. Tədbirin sonunda region gəncləri birgə xatirə şəkli çəkdiriblər. Ekskursiyada 20-dən çox rayon gənci iştirak edib.



#AzərbaycanlılarınSoyqırımGünü #31MartAzərbaycanlılarınSoyqırımGünü #SiyəzənGİİ #Gənclərİdman #AZEgənclər
Vüqar Səfərlinin apellyasiya şikayəti təmin edilmədiLəğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla birgə ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a V.Səfərlinin vəkili Hikmət Əliyev bildirib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və N.Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub. Digər təqsirləndirilən - T.Tahirovla Ş.İbrahimova müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mersedes Benz ML 350”, “Volksvagen Tuareq” və “Toyota Lənd Kruzer” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin Rabitəbank ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Hökmdən narazı qalan V.Səfərli apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Delyagin Azərbaycandan üzr istədi - VideoRusiya Dumasının deputatı Mixail Delyagin Azərbaycan xalqından üzr istəyib.

Avrasiya.net xəbər verir ki, Delyagin Azərbaycanla bağlı fikirlərinin yanlış olduğunu etiraf edib və səhvinə görə üzr istədiyini bildirib.

“Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməməyə dair tövsiyəsində tamamilə haqlıdır və mən bu tövsiyələri tam yerinə yetirəcəyəm. Müdafiə Nazirliyimiz sülhməramlılarla vəziyyəti müzakirə etdikdən sonra Azərbaycan qoşunları geri qayıdıb və Azərbaycan Müdafiə Nazirliyi çox nəzakətlə izah etdi ki, qoşunları heç yerə getməyib. Mənim sözlərimdən sonra qorxmuş, incimiş və çaşqınlıq hissi keçirmiş hər kəsdən üzr istəyirəm”, - deyə deputat sosial şəbəkə hesabında vurğulayıb.
Rusiya 3 ölkənin 10 diplomatını ölkədən çıxartdıRusiyada fəaliyyət göstərən Litvanın 4, Latviyanın 3 və Estoniyanın 3 diplomatı "persona non-qrata" elan edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada üç ölkənin Moskva səfirlərinin nazirliyə çağırıldığı və ümumilikdə 10 diplomata “persona non qrata” elan edilərək diplomatik nota verildiyi qeyd edilib.

Buna səbəb kimi hər 3 ölkədən Rusiya diplomatlarının çıxarılması göstərilib.
Çavuşoğlu: “Növbəti görüş prezidentlərindir”“Bu gün Türkiyədə keçirilən görüşdə bəzi mövzular üzrə ortaq razılaşmalar əldə edildi. Türkiyə buna dəstək verir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bundan sonrakı mərhələdə hər iki ölkənin XİN rəhbərləri bir araya gəlməli, razılaşmanın mətni hazır vəziyyətə gətirilməlidir. Növbəti mərhələ prezidentlərin görüşüdür. Türkiyə hər iki liderin görüşünə ev sahibliyi edə bilər”, - deyə nazir Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşə münasibət bildirib.

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyədə görüş keçiriblər. Danışıqlar 3 saat davam edib.
Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıbUkrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb.

“Report” xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə söyləyib.

“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu, tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, - o vurğulayıb.

D.Araxamiya söyləyib ki, Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir: “Düşmən hərbçilər ərazimizdə olduğu təqdirdə heç bir anlaşma imzalaya bilmərik. Çünki hamımız Vyana Konvensiyasına qoşulmuşuq. Bunu Rusiya heyətinə də bildirmişik. Bundan başqa, Ukraynanın 3 milyondan çox qaçqını da ölkəsinə qayıtmalıdır”.

Ukrayna xarici işlər nazirinin sabiq müavini, Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü Aleksandr Çalı deyib ki, Ukraynanın təhlükəsizliyini təmin etmək istəyirlər: “Təhlükəsizliyimizə zəmanət verən ölkələrin bizim Avropa İttifaqına daxil olmağımızı dəstəkləmələrini istəyirik”.

Onun sözlərinə görə, İstanbul danışıqlarında təhlükəsizlikə bağlı razılaşmalar əldə etmək mümkün olmayıb: “Halbuki bu, ərazi bütövlüyümüz üçün mühümdür. Ukraynaya hücum olsa, təhlükəsizliyimizə təminat verən ölkələrin bizim təhlükəsizliyimiz üçün bütün addımları atmasını istəyirik. Əsas tələbimiz budur”.