Madlen Olbrayt vəfat etdiABŞ-ın keçmiş Dövlət katibi, tanınmış siyasi xadim Madlen Olbrayt vəfat edib.

Axar.az xarici mediaya istinadla xəbər verir ki, Olbrayt 84 yaşında bu gün dünyasını dəyişib.

Qeyd edək ki, xanım Olbraynt Azərbaycana bir neçə dəfə səfər edib.
Kürdəmirdə 19 yaşlı gənc qonşusunun həyətində intihar edibKürdəmirdə intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xəlsə kəndində qeydə alınıb. Kənd sakini 2003-cü il təvəllüdlü H.Hacıyev özünü qonşusunun həyətindəki ağacdan asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Yaxınları H.Hacıyevin ruhi xəstə olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Ermənistan Azərbaycana təzminat ödəməlidir - İƏTPakistan İslam Respublikasının İslamabad şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) “Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması” mövzusunda 48-ci sessiyasında qəbul edilmiş “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi” adlı qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunub.
İndiyədək Rusiyanın 105 təyyarəsi VURULUBBu gün Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiyanın daha iki təyyarəsini vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb.

Bildirilib ki, Hərbi-Hava Qüvvələrinin zenit-raket kompleksləri ruslara ağır zərbələr vurur və Rusiya hər gün təyyarələrini itirir: "Martın 23-də rusların daha 2 təyyarəsi vurulub".

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, indiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub: "Onlardan 6-sı son sutkada məhv edilib. Bu da ümumi Rusiya təyyarələrinin 1/3-ni təşkil edir".
Polşa hökuməti fəaliyyətlərinin Vyana Diplomatik Əlaqələr Konvensiyasına zidd olduğu ortaya çıxan, məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb edən bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.

Modern.az “Onet.pl” saytına istinadən xəbər verir ki, bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarın bildirib.

O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ölkədən çıxarılacaq 40 nəfərin yer aldığı siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir.
Kadırov Zelenskiyə iş təklif etdiÇeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Zelenskiyə televiziyada yarımştat işləməyi təklif edib.

O, bu barədə Teleqram kanalında yazıb.

"Zelenski müqaviməti dayandırmaq və sülh danışıqları masasına əyləşmək çağırışımıza cavab verən kimi ona belə bir fürsət verəcəyik. Hərbi əməliyyat başa çatdıqdan sonra Ukraynanın keçmiş prezidenti hardasa pul qazanmalı olacaq və Əyyub (Ukraynada döyüşən çeçen) ona Çeçenistanın Şən və Hazırcavablar Klubunun milli komandasının tərkibində oynamaq şansı verməyi xahiş edir”, - Kadırov bildirib.

O əlavə edib ki, təklifi məhdud müddətə keçərlidir, çünki sonra çox gec olacaq.

Niderland Türk Federasiyasından Novruz bayramına ərmağanNiderland Türk Federasiyası Novruz bayramına ərmağan olaraq “Köçəri: qaşqay türklərinin güdəlik həyat adlı kitab çap olunub.

Federasiyadan bildirilib ki, kitab Novruz bayramına ərmağandır.

Kitab İranda yaxın dönəmlərə qədər köçəri həyatı yaşayan qaşqay türklərinin Novruz bayramını necə keçirtmələri ilə bağlı görüntüləri daxil olmaqla, həyatlarını əks etdirən şəkillərdən ibarətdir.
Kitab real sənədlərə əsaslanır. Kitabda məşhur rəssam əslən qaşqay türkü olan rəssam Bican Bahadur Qaşkulinin çəkdiyi qaşqay türklərinin həyatlarını özündə birləşdirən rəngli şəkillər göstərilib.
Polşa 40 rus diplomatı ölkədən qovurPolşa 40-a yaxın rusiyalı diplomatı casusluğa görə ölkədən qovur.

Axar.az xəbər verir ki, bu barədə “Onet” nəşri Polşa hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev bu səhər təcili olaraq Polşa XİN-ə çağırılıb.
Füzulidə 26 yaşlı gənc minaya düşübFüzulidə mülki şəxs minaya düşüb.

"Report"un xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb.

Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda yaxın günlərdə COVID pasportunun ləğvi gözlənilir“Xarici ölkələrdə artıq COVID-19 pasportu ilə bağlı qadağalar aradan qaldırılıb. Ölkəmizdə də COVID-19 pasportunun ləğv olunması gözlənilir».

Avrasiya.net xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

M.Quliyev bunu yoluxma sayının aşağı düşməsilə əlaqələndirib:

“Artıq yoluxma sayı 100-dən aşağı düşüb və ölkənin 90%-i vaksin olunub”.

Komitə sədrinin sözlərinə görə, təxminən 10-15 gün sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni bir qərar veriləcək. Bizə qarşıdakı günlərdə yoluxma sayını gözləmək qalır”.

Qeyd edək ki, son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.