"Artıq beynəlxalq ictimaiyyət də, ermənilərin özləri də real faktla barışmalı olurlar"44 günlük müharibədən öncə biz son 30 ildə demək olar ki, bütün bayramlarımızı natamam, nisgilli şəkildə qeyd edirdik. Qarabağımızın işğal altında qalmağı bayram ovqatımıza təsirsiz ötüşmürdü. Biz bir toplum olaraq nəyinsə çatmadığını, nəyinsə əskik olduğunu hər zaman hiss edirdik. Lakin İkinci Qarabağ müharibəsində qazandığımız parlaq Zəfərdən sonra hər şey kökündən dəyişdi. Necə deyərlər, daşlar öz yerinə oturdu. İndi artıq ikinci ildir ki, biz digər bayramlarımız kimi İlaxır Çərşənbəsini də, Novruz bayramını da Qarabağla birgə qeyd edirik.

Artıq ikinci ildir ki, cənab Prezident Novruz Bayramını işğaldan azad edilmiş torpaqlarımızda qeyd edir. Keçən il İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Novruz Bayramını Şuşada, bu il isə Suqovuşanda qarşıladı. Bunun çox böyük psixoloji-siyasi əhəmiyyəti var. Belə ki, artıq beynəlxalq ictimaiyyət də, ermənilərin özləri də real faktla barışmalı olurlar. Fakt isə ondan ibarətdir ki, biz öz torpaqlarımıza qayıtmışıq və indi bu torpaqlar üzərində suverenliyimizi möhkəmləndirməkdəyik.

Bu gün həm Qarabağda, həm də Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işləri aparılır. Məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün Böyük Qayıdış konsepsiyası əsasında mühüm addımlar atılmaqdadır. Və Azərbaycanın bu istiqamətdə gördüyü işləri heç bir qüvvə dayandıra bilməz. Erməni faşizminin, erməni vandalizminin dağıdıcı izlərini təkbaşına aradan qaldırmaq əzmkarlığımıza görə əslində bu gün dünya birliyi bizə təşəkkür etməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ermənistan Rusiya təyyarəsinə həbs qoyduSanksiyalardan dolayı Rusiya aviaşirkətlərinin 80-ə yaxın təyyarəsinə xaricdə həbs qoyulub.

Axar.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Rusiyanin nəqliyyat naziri Vitali Savelyev deyib.

“Ölkədə cəmi 1367 təyyarəmiz var idi (sanksiyalardan əvvəl). Biz 78 təyyarəni itirdik. Uçuş zamanı onlara həbs qoyulub”, - nazir bildirib.

O qeyd edib ki, Rusiyaya dost ölkələrdə - Türkiyə, Azərbaycan, Ermənistanda da laynerlərə həbs qoyulub.

Savelyevin sözlərinə görə, Rusiya Qərbin lizinq şirkətləri ilə təyyarələrin alınması ilə bağlı danışıqlar aparmağa çalışır, lakin onlar danışıqlara getmirlər.
Şoyqu bu generalı Ordu komandiri vəzifəsindən QOVDURusiyanın müdafiə naziri Sergey Şoyqu 6-cı Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Vladislav Yerşovu şəxsi heyətin kütləvi itkisində ittiham edərək, onu vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə “Ukrayna 24” telekanalı jurnalist Roman Tsımbalyuka istinadən məlumat yayıb.

“İlkin məlumatlara görə, 6-cı Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyətinin itkisi 2000 nəfərdən çoxdur, onlardan 180-ə yaxını çağırışçılardır”, - Tsymbalyuk Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda general Yerşov ev dustaqlığındadır, onun barəsində araşdırma aparılır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ukraynalı müdafiəçilər müharibə zamanı rus işğalçılarının təxminən 3800 texnikasını məhv ediblər.

“Rusiya artıq 15300 hərbçini itirib”,-məlumatda deyilir.

Öz növbəsində Rusiyanın “Komsomolskaya Pravda” nəşri Ukraynada hərbi əməliyyatlar nəticəsində 9861 nəfərin həlak olduğunu, daha 16153 nəfərin yaralandığını yazıb. Jurnalistlər Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatlarına istinad ediblər.
Rusiyalı general Nikolayevdə mühasirəyə düşübNikolayevdə general Yakov Ryazantsevin komandanlığı altındakı rus ordusu mühasirədədir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti ələ keçirilən telefon danışıqlarına istinadla belə bir məlumat yayıb.

“İşğalçılar qeyd edirlər ki, müharibənin 4-cü günü general onlara söz verib ki, onların “xüsusi əməliyyatı” bir neçə saata bitəcək. Amma həftələrdir uzanır”, - məlumatda qeyd olunub.
18 gün əvvəl itkin düşən gəncin meyiti tapıldıXaçmazda 18 gün əvvəl itkin düşən 25 yaşlı gəncin asılmış vəziyyətdə meyti tapılıb

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə Xaçmazın Muxtadır qəsəbəsində baş verib.

Belə ki, martın 4-dən itkin kimi axtarışda olan 1997-cı il təvəllüdlü Vüsal Əşrəf oğlu Nəzərovun meyiti qəsəbə ərazisindəki yaşayış olmayan köhnə evlərdən birinin həyətində asılı vəziyyətdə tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Kamran Ağayev milli komandanın məşqçisi təyin olunubAzərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.

"Report"un məlumatına görə, veteran qolkiper baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub.

Ağayev yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Kamran Ağayev 2008 - 2018-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Ağayev bu ilin yanvarında karyerasını başa vurub.
Molla "Yasin" oxuyan zaman öldüAzərbaycanda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə qəbiristanlığında məzarların birinin önündə "Yasin" oxuyan 55 yaşlı İslam Abdullazadə qəfildən dünyasını dəyişib.

Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumata görə, dünyasını dəyişən şəxs qəsəbənin mollası olub. Hadisə baş verən zaman isə İ.Abdullazadə qəbiristanlığa "Yasin" oxumağa çağırılıbmış.

Əslən Yardımlı rayonundan olan mərhum bu gün Saray qəbiristanlığında dəfn olunub.
Ictimai Şuranın  təşkilatçılığı ilə konfrans keçirilib - FOTO22 Mart - Dünya Su Resursları Günü ilə əlaqədar “Azərsu” ASC və “Azərsu” ASC yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri və sudan səmərəli istifadə” mövzusunda videokonfrans formatında müzakirələr keçirilib.

Tədbiri giriş sözü ilə açan “Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni bidirib ki, son illər müşahidə olunan iqlim dəyişiklikləri şirin su ehtiyatlarının azalmasına səbəb olub. Əksər dünya ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunan bu tendensiyanın təsirlərini azaltmaq üçün hökumət səviyyəsində kompleks tədbirlər görülür. Belə şəraitdə istehlakçıların sudan qənaətlə istifadəsi təşviq edilməlidir və bu işdə vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür.

Konfransda çıxış edən BDU-nun prorektoru, coğrafiya elmləri doktoru Fərda İmanov, Xəzər Universitetinin mərkəz rəhbəri, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü Rövşən Abbasov, Ekologiya Nazirliyinin şöbə müdiri Faiq Mütəllimov, “Azərsu” ASC-nin şöbə rəisi Elkin Rüstəmov, Milli Məclisin üzvü Ceyhun Məmmədov, FHN-nin Su Ehtiyatları Dövlət Agentliyinin şöbə müdiri Sevinc Quliyeva, Azad İstehlakçılar Birliyinin və “Azərsu” ASC yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov, FAO-nun Azərbaycan nümayəndəliyinin əməkdaşı Aynur Seyidyusif, Sukanal ETLİ-nin direktor müavini Rəşail İsmayılov və digər iştirakçılar Azərbaycanın şirin su ehtiyatlarının dinamikası və gözləntilər, suvarmada, sənayedə və məişətdə su ehtiyatlarından səmərəli istifadə və onun təşviqi məsələlərindən ətraflı bəhs ediblər. Qeyd olunub ki, azalan su ehtiyatlarından inteqrasiyalı və səmərəli istifadə təbiətə, təsərrüfatlara mənfi təsirlərini minimuma endirməyə imkan verəcək. Müzakirələrdə Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin icrası istiqamətində görülən işlərin əhəmiyyətindən danışılıb.

Tədbilər Planının 7-ci bəndində nəzərdə tutulan maarifləndirmə işlərində vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin xüsusi fəallığının vacibliyi diqqətə çatdırılıb, qeyri-hökumət təşkilatları tərəfindən bu istiqamətdə təbliğqat və təşviqat layihərinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edək ki, BMT Baş Assambleyasının 22 dekabr 1992-ci il tarixli qətnaməsinə əsasən 1993-cü ildən başlayaraq hər il mart ayının 22-si Dünya Su Resursları Günü kimi qeyd edilir.

İlham Əliyev Pakistan Baş naziri və prezidentini təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri İmran Xana məktub göndərib.

Avrasiya.net xəbər verir ki, məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Baş nazir,

23 mart − Pakistan Günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Qardaş xalqlarımızın ortaq tarixi, dini köklərindən qaynaqlanan və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan əlaqələrinin mövcud vəziyyəti bizi sevindirir. Biz qarşılıqlı etimad üzərində qurulmuş münasibətlərimizin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi dəstəyi xüsusi qeyd etmək istəyirəm.

Vətən müharibəsi dövründə Pakistanın sərgilədiyi prinsipial mövqeyi, ölkəmizin haqq işinə verdiyi siyasi-mənəvi dəstəyi Azərbaycan xalqı daim yüksək qiymətləndirir. Biz işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərində Pakistan şirkətlərini də görmək istərdik.

Bu gün iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələrdə Azərbaycan-Pakistan əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün əlverişli şərait mövcuddur. Əminəm ki, bu imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

***

Prezident İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə də təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin bugünkü yüksək səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz ortaq mənəvi dəyərlərimizdən və xalqlarımızın iradəsindən güc alan bu birliyimizi daha da möhkəmləndirmək əzmindəyik.

Pakistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyə və ədalətli mövqeyinə görə Sizə təşəkkür edirəm. Qardaş ölkənizin Azərbaycana göstərdiyi bu dəstəyi xalqımız yüksək qiymətləndirir.

Keçən il Aşqabadda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın genişləndirilməsi sahəsində atdığımız addımlar, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilibSadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Martın 22-də planetimizin bir çox ölkəsində dünya su ehtiyatları və ya dünya su günü qeyd olunur. Bu mühüm ekoloji bayramın qeyd olunması barədə qərar 1992-ci ildə Rio-de-Janeyroda keçirilən ətraf mühit və inkişaf üzrə BMT konfransında qəbul edilmişdir.

Yer kürəsinin 4 milyard illik inkişafı tarixində həyatın yaranması və biosferin formalaşması proseslərində su həlledici rol oynamış və oynamaqdadır. Hələ qədim zamanlardan bəri dünyanın elm adamları içməli suya daim diqqət yetirmiş, insan həyatında onun misilsiz rol oynadığını qeyd etmişlər. Şirin su problemi bu gün dünyada aktual sosial iqtisadi problemə çevrilmişdir və onun həlli yolları, təəssüflə qeyd edilməlidir ki, istənilən səviyyədə deyil. Bunun üçün dünya birliyi müəyyən tədbirlər görür və suyun mühafizə olunması və qənaətlə işlədilməsi üçün optimal yollar axtarır.

Dünya su günü ilk dəfə 1995-ci ildə “Su həyatdır” devizi altında qeyd olunmuşdur. 2003-cü il dekabrın 23-də BMT Baş Assambleyası 2005-2015-ci illəri “Su həyat üçün” beynəlxalq onilliyi elan etmişdir. Cari ildə Beynəlxalq su gününün mövzusu “Təmiz su sağlam dünya üçün”dür. Yerdə su ehtiyatının çox hissəsi okeanlarda, habelə Antarktida və Qrenlandiyanın çoxillik buzlaqlarında toplanmışdır. İnsanların istifadə etdiyi su mənbələri, əsasən, göllər, çaylar və su quyularıdır. Dünyada şirin su ehtiyatı ilbəil azalır, istehlak isə artır. Mütəxəssislərin proqnozlarına görə, 2025-ci ilədək təxminən 2 milyard insan su çatışmayan ölkələrdə və ya regionlarda yaşayacaqdır. Həmin bölgələrdə adambaşına ildə 500 kubmetrdən az su düşəcəkdir. Bu isə sağlam həyat və gigiyena qaydalarına riayət etmək üçün yetərli deyildir.

Su sektoru bir neçə mərhələdən və çoxsaylı maraqlı tərəflərdən ibarət olan mürəkkəb bir ekosistemdir. Əhali və qeyri-əhali istehlakçılarının su ilə təchiz edilməsi üçün su, ilk növbədə, mənbələrdən qəbul edilməklə anbarlarda saxlanılmalı, daha sonra boru kəmərlərindən və digər zəruri avadanlıqlardan ibarət infrastruktur vasitəsilə son istehlakçılara çatdırılmalıdır. Nəhayət, tullantı suyunun qəbul edilməsi və təmizlənməsi bu ekosistemi tamamlayır, eləcə də çirkab suları təmizlənərək təhlükəsiz şəkildə sistemin özünə qaytarılır. Bu baxımdan, su ehtiyatlarından səmərəli istifadə edilməsi, suyun istifadəsində qənaətli texnologiyaların tətbiqi, su itkilərinin azaldılması, istifadə edilən suyun qiyməti və digər məsələlər ölkənin dayanıqlı su təminatı baxımından böyük əhəmiyyət kəsb edir və dövlətin əsas prioritetlərindən biri olmalıdır.

Yer kürəsindəki su ehtiyatlarının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Şirin suyun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir. Son 50 ildə isə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Təxminən 2030-cu ilə qədər Çinin şimalında və Hindistanın cənub-şərqindəki əsas su təbəqəsi quruyacaq. Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üz-üzədir.

YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir. Yuxarıda qeyd etdiklərimiz bu gün dünyadakı vəziyyəti təsəvvür etmək üçün kifayət edir.

Azərbaycanı su resursları ilə orta dərəcədə təmin olunmuş ölkə hesab edə bilərik. Cənubi Qafqazda şirin su resurslarının cəmi 10%-i bizim payımıza düşur. Bunun təqribən 60%-i Gürcüstanın, 30%-i Ermənistanın payındadır. Şirin su resurslarımızın ümumi həcmi təqribən 30-32 milyard kub metr təşkil edir ki, bu ehtiyatlarımızın təxminən 25%-i Qarabağ bölgəsindədir. Yəni, Qarabağ bölgəsi su ehtiyatları ilə daha zəngindir.

Bu suyun cəmi 12 milyard kub metrindən istifadə olunur. Qalan su ya çaylar vasitəsilə Xəzərə axır, ya da göllərdə, yeraltı qatlarda (artezan sular) və digər mənbələrdə toplanır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bu da İran və Ermənistan tərəfindən çirkləndirilir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil. Respublikamızda istifadə olunan suyun 9 milyard kub metri, yəni 75%-i kənd təsərrüfatının ehtiyaclarının ödənilməsinə sərf olunur. Qalan 3 milyard kub metr isə əhalinin və sənayenin ehtiyaclarını ödəyir.

Respublikamızda suvarılan əkin sahələrinin ümumi sahəsi 1,42 mln.ha təşkil edir ki, bunun 90-95% selləmə suvarma vasitəsilə həyata keçirilir. Kənd təsərrüfatı şirin suyun ən böyük israfçısıdır. Dünyanın qabaqcıl ölkələri müasir suvarma texnologiyalarından istifadə edir. Məşələn çiləmə üsulundan istifadə olunduqda suya 3-4 dəfə , bəzən daha artıq qənaət olunur. Başqa bir misal, sudan təkrar istifadənin təşkil olunması vacibdir. Bu sahədə İsrail Respublikasının təcrübəsini öyrənməyimiz bizə çox faydalı ola bilər, belə ki, İsrail tullantı sularının emalı və təkrar istifadəsi sahəsində dünyada ən qabaqcıl yerlərdən birini tutur və kənd təsərrüfatında istifadə olunan suyun 35%-ini təşkil edir.
Belə bir vəziyyətdə mövcud su ehtiyatlarından səmərəli istifadə, bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ciddi əhəmiyyət kəsb edir.

Son vaxtlar bu sahədə daha böyük həcmli işlər görülüb. 2020- ci iı iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə dedi: “Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələləri də öz həllini tapmalıdır…

Bugünkü müşavirənin əsas məqsədi odur ki, bu sahədə buraxılmış səhvlər, mövcud çatışmazlıqlar bundan sonrakı illərdə aradan qaldırılsın, vahid idarəetmə mexanizmi işlənib təqdim edilsin və biz ardıcıl olaraq qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planımızı icra edək. Bunun nəticəsində Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır”.

Bu gün əhali və iqtisadiyyatımızı şirin su ilə təmin edilməsi ən vacib problemlərdəndir. Bu problemin aradan qaldırılmasına kömək və dəstək göstərmək hər bir Azərbaycan vətəndaşının borcu olmalıdır.