Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Agentlikdə tədbir keçirilibAzərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində tədbir keçirilib.

17 Mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasına üzv gənclər təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq ölkədə aparılan gənclər siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu bildirib, gənclər təşkilatlarının inkişafı və şaxələnməsində böyük rolu olan Milli Şuranın belə bir görüşü təşkil etməsini yüksək qiymətləndirib.

Görüşdə çıxış edən ARGTMŞ-nın sədri Azər Əliyev öz növbəsində Agentliyin icraçı direktoru Aygün Əliyevaya təşəkkürünü bildirirək vurğulayıb ki, Milli Şuraya üzv olan gənclər təşkilatlarının fəaliyyətinin genişləndirilməsi və dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət qurumları rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və fikir mübadiləsi aparılır.

Görüşdə gənclər təşkilatları nümayəndələrinin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.
QHT Kəlbəcər məktəbində tədbir keçirib“Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heç kəs unudulmur, heç nə yaddan çıxmır! “ layihəsinin icrasını davam etdirir.

16 mart 2022-ci il tarixində Bərdə rayonu , Cəyirli kəndində Kəlbəcər məktəbində layihə çərçivəsində tədbir keçirildi.

Tədbiri məktəbin drektoru Qələndər Zeynalov açdı və qonaqları təqdim elədi. Qarabağ uğrunda şəhid olan qəhrəman oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycanın himni səsləndi .

Layihənin rəhbəri E. Dadaşov layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdi. Sonra layihənin məqsədini açıqladı. Bildirdi ki “layihənin məqsədi Ağdam, Bərdə, Tərtər rayonlarında şəhidlərimizin mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərmək üçün təbliğat işini gücləndirməkdi. Torpaq, vətən uğrunda şəhid olanlar unudulmamalıdı. Çünki unutsaq, unudularıq. Bəs cəmiyyət olaraq üzərimizdə olan məsuliyyət hansılardı?

İlk növbədə bizlərin şəhidlərə olan sayğımız, onların ailələrinə qayğımız bir nömrəli məsələ olmalıdı. Bizlər şəhidlərimizi yad etməklə gənc nəslə həm də onu göstərmiş olurüq ki, torpaq uğrunda şəhid olanlar unudulmur, diqqətdədilər. Bü tədbirlərlə sübut etmiş oluruq ki, Heç kəs unudulmur, heç nə yaddan çıxmır!

Bununla da gənclərimizdə vətənpərvərlik hissini daha da güclənməsinə kömək etmiş oluruq”Sonra E.Dadaşov tədbirdə iştirak edən bütün şəhid ailələrinə qazilərə və müharibə iştirakçılarına tədbirdə iştirak etdiklərinə görə təşəkkür etdi. Müəllimlər qəhrəman şəhidlərimizin həyat yolundan, şəhidlərimizin xatirəsi üçün görülən işlərdən danışdılar.

44 günlük müharibədə qalib gəlməyimizin səbəbinin birliyimizdə, dəmir yumruqda olduğunu fəxr hissi ilə söylədilər. Məktəb drektoru Qələndər müəllim bildirdi ki,bu cür tədbirlərin keçirilməsi gənclərdə Dövlətə, Millətə və Vətən sevgisini artırır, şəhidlərimizin gələcək nəslə tanıdılmasında rolu böyükdür. Bununla biz şəhidlərin xatirəsinə, ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına dövlətin qayğısının ictimai rəydə yüksəldilməsinə nail oluruq. Sonda məktəbin drektoru Q.Zeynalov Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinə təşəkkür etdi.

Bəşər Əsəd Putinə 40 min muzdlu döyüşçü söz veribRusiya Ukraynaya qarşı müharibə üçün Suriyada fəal şəkildə muzdlular toplayır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Suriyanın Xmeymim aviabazasının komandanlığı hər gün Ukraynaya 300-ə qədər yaraqlı göndərmək barədə fərman verib. Martın 15-də muzdluların ilk dəstəsi Rusiyaya yola düşüb. Kəşfiyyat artıq 150-yə yaxın suriyalının göndərildiyini bildirir.

Kəşfiyyat məlumatlarına görə, silah, hərbi texnika və digər resurslar tezliklə Suriyadan Belarus və Rusiyaya ötürüləcək.

Ümumilikdə Suriya prezidenti Bəşər Əsədin Rusiyanı 40 min muzdlu döyüşçü ilə təmin edəcəyinə söz verdiyi bildirilir.
“Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilibMartın 17-də tanınmış kanadalı geoloq Robert Stivensin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və dəstəyi ilə tərcümə və nəşr edilən “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Azər Şükürov, eləcə də geologiya və dağ-mədən sahələrində müvafiq dövlət qurumlarının, elm və təhsil müəssəsisələrinin rəhbər şəxsləri, qocaman geoloqlar, akademik heyət və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xəyyam Fərzəliyev kitabın tərcümə və çap edilməsində əsas məqsədin faydalı qazıntıların öyrənilməsi, tədqiqi, səmərəli idarə olunması sahəsində dünya elmində baş verən yenilikləri, əldə olunan müasir təcrübəni gənc mütəxəssislərimizə ana dilimizdə aşılayaraq bu sahədə dövlətimizin, elm və təhsil müəssisələrimizin həyata keçirdiyi ardıcıl fəaliyyətə töhfə vermək olduğunu diqqətə çatdırıb.

Cəmiyyətin dağ-mədən sahəsi üzrə ali və peşə təhsilinin təşviqi, elmi potensialın dəstəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edən X.Fərzəliyev şirkətin bundan sonra da beynəlxalq təcrübə və qabaqcıl istehsal texnologiyaların transferi ilə yanaşı, elmtutumlu və innovativ yanaşmaların təbliğ edilməsi istiqamətində də fəaliyyətini davam etdirəcəyini qeyd edib. İdarə Heyəti sədrinin müavini sözügedən elmi-publisistik nəşrin geoloq və mədənçilərimizin masaüstü kitabına çevriləcəyinə, mineral xammal ehtiyatlarından səmərəli istifadənin təşkilinə əlavə töhfələrini verəcəyinə inandığını bildirib.
Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev kitabın praktik əhəmiyyəti barədə danışaraq, nəşrin təkcə geoloqlar deyil, menecerlər üçün də faydalı vəsait olacağını diqqətə çatdırıb. Ə.Əliyevin sözügedən kitabın Azərbaycan dilində nəşrinin ölkəmizdə dağ-mədən sənayesinin inkişafında yeni bir məhələnin yarandığı dövrə təsadüf etməsi ilə də əlamətdar olduğunu vurğulayıb.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədrinin müavini, kitabın rəyçisi Azər Şükürov çıxışında bu cür maarifləndirici kitabların dağ-mədən sənayesinin inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Şükürov yeni nəşrin dərs vəsaiti kimi gənc ekspertlərin yetişdirməsidə istifadə edilə biləcəyini qeyd edib.
Tədbirdə geologiya və dağ-mədən sənayesi üzrə müvafiq ixtisasların tədris olunduğu ali təhsil ocaqları – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları, o cümlədən kitabın redaksiya heyəti nəşrin əhəmiyyəti barədə çıxışlar ediblər.

Qeyd edək ki, “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabında dağ-mədən sənayesi haqqında ümumi təsəvvürlər, geologiya, faydalı qazıntı yataqları, texniki araşdırmalar, həmçinin mədənlərin idarə edilməsində maliyyə modelləri, eləcə də ekoloji tədbirlər barədə geniş və praktiki nümunələrlə zəngin məlumatlar izahlı şəkildə təqdim olunur. Kitabda, eyni zamanda iri dağ-mədən şirkətlərinin təcrübələri əsasında layihələrin idarəolunması modellərinə dair təhlillər aparılır, iri metal korporasiyalarının illik hesabatlarına istinadlar edilir.

Kitab “AzerGold” QSC tərəfindən ölkəmizin elmi kitabxanalarına, həmçinin geologiya və dağ-mədən sahələri üzrə ixtisasların tədrisini həyata keçirən universitetlərə hədiyyə edilib.
Lukaşenko Zelenskini HƏDƏLƏDİ"Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskiyə tamamilə məqbul razılaşma variantı təklif edir. Amma Ukrayna hələ də addım atmır".

Bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib.

“Əgər Zelenski Putinlə razılaşma bağlamasa, o zaman kapitulyasiya aktına imza atmalı olacaq. Kiyev Ukraynada vəziyyəti gərginləşdirməkdə davam edərsə, Minsk cavab verəcək”, - deyə Lukaşenko Zelenskini hədələyib.

Belarus lideri, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna ilə münaqişədə uduzmayacaq.
Azərbaycanda şok hadisə: Qızı öldürüb, Ermənistana qaçdı2020-ci ilin 11 mart tarixində Gədəbəy rayonunun Novosaratovka kəndində Daryurd kənd sakini, 1996-ci il il təvəllüdlü Qəşəng Ramazan qızı Həsənovanın öldürülməsi hadisəsinin təfərrüatı məlum olub.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində qətlin Novosaratovka kənd sakini, 1972-ci il təvəllüdlü Anar Qiyas oğlu Məmmədov tərəfindən törədilməsi üzə çıxıb. Hadisədən sonra Anar Məmmədov piyada dağları aşaraq dövlət sərhədini keçməklə Ermənistan ərazisinə daxil olub və orada erməni hərbçiləri tərəfindən əsir götürülüb.

Ermənistanın Göyçə vilayətində əsir götürülən A.Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 28 yanvar 2021-ci il tarixdə Rusiya sülhməramlıları tərəfindən Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə təhvil verilib.

Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, qətlə yetirilən 1996-cı il təvəllüdlü Q.Həsənova və hadisəni törədən A.Məmmədov daha əvvəl evli olublar. Q.Həsənova yüngül həyat tərzi keçirib və anasının Daryurd kəndindəki evini tərk edərək A.Məmmədovla Novosaratovkada yaşamağa başlayıb. O, bəzi hallarda tanış olduğu şəxsləri Anarın evinə gətirib. Qətl hadisəsinin baş verdiyi tarixdən bir gün əvvəl isə Anar Qəşənglə birlikdə ikincinin anasına məxsus Daryurddakı evdə olub. Bu zaman qonşuluqda yaşayan şəxs həmin evə ayaqqabı ilə daxil olub. Anar həmin şəxsin yaşlı qadının evinə ayaqqabı ilə daxil olmasına irad bildirib. Bundan bir gün sonra isə Novosaratovkadakı evdə Qəşəng Anara ötən gün baş vermiş mübahisəni irad tutaraq, onu söyüb. Qəşəngin onu söyüb tpiklə vurmasından sonra Anar onu döyüb, başını evdəki sərt əşyalara çırpıb. Qadının öldüyünü gördükdən sonra o, Ermənistan sərhədinə doğru gedib və postlardan yayınaraq qarşı tərəfə keçib. Orada isə erməni hərbçiləri Anar Məmmədovu əsir götürüblər.

Anar Məmmədovun Ermənistana keçməsi dəqiqləşdikdən sonra Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
NATO-ya üzv olmaq istəyən Ukraynaya baxsın – RusiyaBosniya və Hersoqovina NATO-ya üzvlüklə bağlı qərar vermək hüququna malikdir, lakin Moskva da buna reaksiya vermək hüququnu özündə saxlayır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Bosniya və Hersoqovinadakı səfiri İqor Kalabuxov deyib.

"Əgər Bosniya və Herseqovina nəyinsə üzvü olmaq qərarına gəlsə, bu onun daxili işidir. Amma bizim reaksiyamız başqa məsələdir. Biz Ukrayna nümunəsindən istifadə edərək, nə istədiyimizi göstərdik. Təhdid olarsa, reaksiya verəcəyik”, - səfir bildirib.
Britaniya Polşada HHM sistemi və əlavə 100 hərbçi yerləşdirirBöyük Britaniya Polşada “Sky Sabre” Hava Hücumundan Müdafiə (HHM) sistemi və əlavə 100 hərbçi yerləşdirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Volles martın 17-də Polşanın müdafiə naziri Mariuş Blaşakla keçirdiyi mətbuat konfransında bildirib.

“Dəstəkləmək və hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə Polşada “Sky Sabre” orta mənzilli Hava Hücumundan Müdafiə sistemi və əlavə olaraq 100 şəxsi heyət yerləşdirdiyimizi elan edə bilərəm”, - o qeyd edib.
Məmurun biznesmen oğlunun 238 minini OĞURLADILARBakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb.

Avrasiya.net Qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı biznesmen İkram Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ. Əhmədov “Azərenerji”nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndam Əhmədovun oğludur.

"Xalqımız hər zaman öz milli dəyərlərini qoruyub saxlayıb"Qədim tarixə və mədəniyyətə malik xalqımızın ən qədim bayramlarından biri Novruz bayramıdır. Sülh və bərəkət rəmzi olan Novruz, baharın gəlişini, torpağın oyanmasını, təbiətin canlanmasını tərənnüm edir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Çox uzun müddət daim din xadimləri və təriqət nümayəndələri tərəfindən Novruz bayramına dini libas geyindirilməyə çalışılmışdır.

Həmçinin Azərbaycan Sovet imperiyası tərəfindən işğal edildikdən sonra da dini amilləri bəhanə edilərək bütün milli adət-ənənələrimizlə yanaşı Novruz bayramının da rəsmi şəkildə qeyd edilmısinə bir sıra məhdudiyyətlər və qadağalar qoyulmuşdu. Hətta radikal bolşeviklər tərəfindən Novruz bayramına qarşı daha çirkin kompaniyalar da aparılmışdır. Və beləliklə ateizm bayrağı altında bütün milli bayramlarımızla yanaşı Novruz bayramının da keçirilməsi uzun illər qadağan edilmiş və yalnız 1967-ci ildə yenidən Novruz bayramının keçirilməsinə rəsmi icazə verilmişdir.

Xüsusilə Ulu öndər Heydər Əliyevin Sovetlər dönəmində Azərbaycanda rəhbərliyə gəlməsi bütün sahələrlə yanaşı milli mənəvi dəyərlərimizin qorunmasında da yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Bütün qadağalara və məhdudiyyətlərə baxmayaraq xalqımız hər zaman öz milli dəyərlərini qoruyub saxlamış və Novruz adət-ənənələrini günümüzə qədər gəlib çıxmasında böyük rol oynamışdır.

Sovet imperiyasının dağılması nəticəsində xalqımızın öz dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra Novruz bayramı da imperiya və əsarət buxovundan azad olmuşdur. Lakin müstəqilliyimizin ilk illərində mövcud siyasi böhran, hərc-mərclik nəticəsində torpaqlarımızın mənfur düşmənlərimiz tərəfindən işğalı, igid oğullarımızın şəhid olması, insanlarımızın öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi bir xalq kimi bizləri mənəvi cəhətdən sarsıtmış və digər bayramlarımız kimi Novruz bayramının da coşğusunu azaltmışdır. Bu gün bizləri sevindirən və qürurlandıran ən böyük məqam isə hər Novruz bayramında xalqımızın "O gün olsun növbəti bayramımızı Qarabağımızda, onun dilbər guşəsi olan, mədəniyyət beşiyimiz Şuşamızda qeyd edək" arzusu artıq iki ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının və qalib ordumuzun rəşadəti sayəsində reallığa çevrilməsidir. .

Mirabtalıb Hüseynov
Yenikənd kənd tam orta məktəbin direktoru