"Moskva Bəyannaməsi ilə Azərbaycan müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanıb"“Məlum olduğu kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalandı. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi ərəfəsində imzalanan Moskva Bəyannaməsi həm ikitərəfli münasibətlərin gələcək inkişafı, həm də regional təhlükəsizlik baxımından böyük əhəmiyyətə malikdir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesdir. Dövlət başçısı İlham Əliyev hələ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi. Bu baxımdan Bəyannamənin imzalanması gündəmə yeni çıxan məsələ deyil və heç bir halda regionda gedən son proseslərlə əlaqələndirilə bilməz.

Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.

“2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib” deyən millət vəkili vurğulayıb ki, ölkəmizin bu dəfə Rusiya ilə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalaması ölkəmizin öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanması deməkdir.

Moskva Bəyannaməsinin əhəmiyyətinə toxunan millət vəkili qeyd edib ki, bu sənədin imzalanması ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir: “Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Burada vacib olan məsələlərdən biri də odur ki, Bəyannamədə xüsusi olaraq vurğulanır ki, hər iki ölkə müstəqil xarici siyasət yürüdür. Hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən hərəkətlərdən, eləcə də bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürür, eyni zamanda, iki ölkə öz ərazisində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Ölkəmiz üçün bacib olan məqamlardan biri də budur ki, Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb”.

Deputat onu da qeyd edib ki, Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir: “Türkiyə ilə imzalanmış Şuşa Bəyannamasi kimi, Rusiya ilə imzalanan Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır”.
Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs OLUNDUMüdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələr ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qarabağda 1711 erməni meyiti tapıldıQarabağda aparılan axtarışlar zamanı daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Meyitin Xocavənd ərazisində tapıldığı bildirilib.

Bununla da 44 günlük Vətən savaşından sonra, 14 noyabr 2020-ci ildən bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1711-ə çatıb.

Agentlikdə “Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Gender əsaslı zorakılıqlara qarşı mübarizədə QHT-lərin rolu” mövzusunda görüş keçirilib.

Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Müşahidə Şurasının üzvü Günel Səfərova və aidiyyati QHT rəhbərləri iştirak ediblər.

Görüşün məqsədi gender zəminində zorakılıqla bağlı baş verən hadisələr, qadın və uşaqlara yönəlmiş şiddət halları mövzusunda QHT-lərin müzakirəsi olub.
Aygün Əliyeva bildirib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürdü. “Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edildi, qadın hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradıldı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün şərait yaradılıb və mühüm işlər görülüb. Azərbaycanda fəaliyyət göstərən aidiyyati QHT-lərin zorakılıqla mübarizədə fəal iştirakı problemin həllində çox vacibdir”.

Günel Səfərova qeyd edib ki, ümumiyyətlə gender zəminində zorakılıq mövzusunda QHT-lərin fəaliyyətinin gücləndirilməsinə, dövlət qurumları ilə əməkdaşlıq edilməsinə ehtiyac var. “Azərbaycanda ilk dəfə gender zəminində zorakılıqla bağlı Milli Fəaliyyət Planına uyğun olaraq QHT-lərin və müvafiq dövlət qurumlarının iştirakı ilə “Gender gündəmi” hazırlanmasını istərdik. “Gender gündəmi” baş verən hadisələrə daha operativ reaksiya verilməsində və qabaqlayıcı tədbirlərin görülməsində mühüm rol oynayacaq”.

Sonra QHT rəhbərlərindən Novella Cəfəroğlu, Kəmalə Ağazadə, Məleykə Əlizadə, Vüsalə Hüseynli, Gülayə Səfərova, Samirə Mustafayeva, Sevinc Fədai, Ziba Nəbiyeva, Rahilə Mehtiyeva, Bahar Qasımova, Nailə İsmayılova, Pərvanə Məmmədova, Xanım Əhmədzadə çıxış edərək zorakılıq hallarının araşdırılmasında, zorakılığın bütün növlərinə qarşı mübarizə sahəsində və probleminin həllində QHT-lərin iştirakının əhəmiyyətindən danışıblar. QHT rəhbərləri “Gender gündəmi”nin hazırlanması, İstanbul konvensiyasının ratifikasiyasına nail olunması, məişət zorakılığı haqqında qanunda müdafiə mexanizmlərinin, qadınlardan ibarət platformanın, Bələdiyyələrdə qadın otaqlarının və təhlükəsizliklə bağlı mobil tətbiqin yaradılması təklifləri ilə çıxış ediblər.

Sonda QHT sədrləri adından bəyanat qəbul olunub.

KKTC-nin Bakı təmsilçiliyi Xocalı soyqırımı ilə bağlı açıqlama yaydıQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakı təmsilçiliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar açıqlama yayıb.

Avrasiya.net-ə daxil olan açıqlamada deyilir:

"1992-ci il fevralın 26-da Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərinə qarşı həyata keçirdiyi hücumlarda 613 günahsız dinc azərbaycanlı, o cümlədən qadın və uşaqlar öldürülüb, yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb. Bu hücumlarda mindən çox insan əsir götürülüb. Təəssüf ki, itkin düşənlərin taleyindən bu günədək xəbər tutmaq mümkün olmayıb.

Bilirik ki, yaxın tariximizdə dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımının vurduğu yaralar hələ də yenidir, yaddaşlardadır.

Xocalıda insanlığa sığmayan qırğında həyatını itirən azərbaycanlı bacı-qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həyatını itirənlərin əziz xatirələri qarşısında ehtiramla baş əyirik.

Bu münasibətlə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi 44 günlük Vətən Müharibəsində və 1974-cü ildə Kıbrısda keçirilən Mutlu Barış və Özgürlük Hərəkatında həyatını itirən şəhidlərimizi bir daha rəhmət və ehtiramla yad edirik".

Cüdo üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib26 Fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət” şüarı altında fevralın 23-də şəhər stadionunun idman zalında keçirilən yarışda 40-a yaxın cüdoçu 8 çəki dərəcəsində qüvvəsini sınayıb. Açılış mərasimində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilərəkyarışın məqsədi haqqında iştirakçılara ətraflı məlumat verilib. 2008-2010-cu yeniyetmələr arasında təşkil olunan birincilik soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi, cüdo idman növünün yeniyetmələr arasında təbliğ olunması, həmçinin idman yarışlarının kütləviliyinin artırılması məqsədi daşıyıb.

Tədbirin sonunda yer tutan idmançılar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif ediliblər.






#Xocalı30 #Khojaly30 #Xocalı30il #XocalıSoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly #HocalıKatliamı #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Gəmclər təşkilatı Masallı rayonunda tədbir keçirib.“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə 22 fevral 2020- ci il tarixində Masallı rayonunda “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layinəsin ilk tədbirini keçirmişdir. Rayon Gənclər evində təşkil edilən tədbiri giriş sözü ilə rayon Gənclər və idman idarəsinin rəis müavini Oktay Mütəllimov acaraq iştirakçıları salamladı. O dünyanı cənginə alan narkomaniyanın bəşəriyyətin faciəsi olduğunu qeyd etdi. Təşkilatın nümayəndəsi Tələt Qəribov qeyd etdi ki, gənclərimizin bu bəlaya aiudə olması onların həyatını tamamilə məhv edir və onların gələcəyi sual altında qalır. Beləliklə “ Nə etməli” bu bəladan insanları necə xilas etməli sualı meydana gəlir. Dövlət narkotiklərdən istifadənin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Lakin görülən tədbirlərə baxmayaraq narkomaniya ildən- ilə cavanlaşır. Hətta azyaşlılar arasında da narkomanlara rast gəlinir. Səbəb isə ailədə, cəmiyyətdə uşaqlara tərbiyəsinin düzgün verilməməsidir. Ailədaxili cinayətlərin artması, boşanma hallarının artması, yol nəqliyyat hadisələrinin çoxalması, xəstə doğulan uşaqların sayında artım və. s. bu kimi neqativ hallar dolayı yolla narkomaniya ilə bağlıdır.

Layihənin təlimçisi, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov narkotiklərin insan sağlamlığına gətidiyi fəsadlar barədə geniş çıxış etdi. Son dövrlərdə istifadə olunan patı, şüşə və s. adlı sintetik vasitələrin insanlara gətirdiyi bəlalarda danışdı. Masallı Dövlət Regional kollecin müəllimi Əsədli Əsəd, kolecin tələbəsi Quliyev Amil, İsmayılova Günay çıxış edərək bu mövzuya aid öz fikirlərin çatdırdıar.

Sonda bu nəticəyə gəlindi ki, problemin həllinə xidmət edən mühüm addımlardan biri də hər zaman qeyd edildiyi kimi, maarifləndirmə işinin lazımı səviyyədə qurulması, insanlara narkotiklər, onun fəsadları haqqında geniş, hərtərəfli məlumat verilməsidir.
"Azərbaycanın  xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir"Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri


Rusiya Federasiyası ilə imzalanmış bəyənnamə Azərbaycanın xarici siyasətində mühüm bir mərhələnin başlanğıcını qoymuşdur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasətinin başlıca məqsədi milli maraqların müdafiəsidir. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün bütün sahələrdə olan yarıtmaz siyasəti eyni zamanda xarici siyasətdə özünü daha qabarıq göstərmişdir. Diplomatiyada ilk növbədə qonşu dövlətlərlə isti münasibətlər əsas yeri tutmalıdır. Lakin AXC-Müsavat hakimiyyəti dönəmində bu prinsip kobud şəkildə pozulmuş və qonşu dövlətlərlə, xüsusilə Rusiya Federasiyası ilə əlaqələr istənilən səviyyəyə qaldırılmamışdır.

Məhz bu fürsətdən istifadə edən mənfur qonşumuz Rusiya ilə isti münasibətlər quraraq bu münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Son nəticə isə bizim üçün olduqca ağır nəticələnmiş Dağlıq Qarabağ və ətraf ərazilərimiz düşmən tərəfindən işğal edilmiş və yüz minlərlə soydaşımız öz doğma yurdlarından olaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Lakin ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıtması Azərbaycanın bütün sahələrdə olduğu kimi xarici siyasətində də köklü dəyişikliklərə gətirib çıxarmış oldu. Belə ki, qonşu dövlətlərlə o, cümlədən Rusiya ilə əlaqələrimizn genişlənməsi sonrakı dövrlərdə Azərbaycanın xarici siyasətdə əlini gücləndirmiş oldu.

İlham Əliyev cənablarının hakimiyyətə gəlişi isə Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxınlaşma ilə nəticələndi. Bu münasibətlərin yaxşılaşması eyni zamanda Qarabağ probleminin də həll edilməsində başlıca rol oynadı. Dərin zəkaya və strateji düşüncəyə malik ölkə başçımızın xarici siyasətdə atdığı mühüm addımlar 44 günlük Vətən müharibəsi dövründə Rusiya ilə yanaşı Qərb dünyasının da bitərəfliyini qismən qoruyub saxlamasında həlledici rol oynamışdır. Məhz böyük qələbənin əldə edilməsində bu amillərin ciddi təsiri olmuşdur. 22 fevral 2022-ci il tarixdə imzalanmış Moskva bəyənnaməsi məhz Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin qurulmasında və bu münasibətlərin müttəfiqlik səviyyəsinə qalxmasında olduqca əhəmiyyətlidir.

Tam əminliklə deyə bilərik ki , qardaş Türkiyə Respublikası ilə imzalanmış Şuşa bəyənnaməsindən sonra Rusiya Federasiyası ilə imzalanmış Moskva bəyənnaməsi də Azərbaycanın balanslaşdırılmış yüksək səviyyəli xarici siyasətinin təntənəsi olmaqla yanaşı eyni zamanda dövlət təhlükəsizliyimizin və müstəqilliyimizin əbədi və dönməz olmasının qarantıdır.
Rus ordusu sərhəddədir, görək NATO nə deyirVideokonfrans sammiti ilə NATO indi öz mövqeyini müəyyənləşdirməli və nə edəcəksə, onu etməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildiyiniz kimi, indiyədək Ukraynaya əsgər göndərmək kimi ciddi vəziyyətlə üzləşməmişik. Hamı sadəcə sözlə işləyir, heç kim iş görmür. Rusiya sərhəddə ciddi hərbi gücə malikdir. Təbii ki, bu tablo qarşısında hansı nəticənin ola biləcəyini təxmin etmək üçün kahin olmağa ehtiyac yoxdur.

Bu baxımdan görək NATO-ya üzv olan ölkələrin liderləri bu videokonfransda nə deyəcəklər. Təbii ki, onların deyəcəklərinə görə nə deyəcəyimizi müəyyənləşdirəcəyik və mövqeyimizi ortaya qoyacağıq”, - Ərdoğan bildirib.
Putin: Ordumuz analoqu olmayan silaha sahibdirRusiya Silahlı Qüvvələrində dünyada analoqu olmayan silah var.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, son illər ölkədə Silahlı Qüvvələrin keyfiyyətcə müasirləşdirilməsi üçün xeyli işlər görülüb: onlar daha mobilləşib və yeni döyüş təcrübəsi qazanıb.

“Dünyada tayı-bərabəri olmayan silahlar döyüşə buraxılıb. Biz perspektivli silah sistemlərini, hipersəsli sistemləri inkişaf etdirməyə davam edəcəyik. Qabaqcıl rəqəmsal texnologiyaların və süni intellekt elementlərinin istifadəsini genişləndirəcəyik”, - Putin qeyd edib