Maqsud Mahmudov: İlhama 28 minlik tapança verdimUkraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasıında zərərçəkmişlər ifadə veriblər.

Avrasiya.net-in Report-a istinadən xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində dindirilən İlham Kərimov bildirib ki, uzun illər Dövlət Gümrük Komitəsində işləyib.

O deyib ki, M.Mahmudov 57 min manat verəcəyini deyərək ondan 32 ədəd qızıl beşlik sikkə alıb:

"Lakin indiyə qədər nə pulumu, nə də sikkələri geri qaytarmayıb".

M.Mahmudov isə zərərçəkmişin dedikləri ilə razılaşmayaraq söyləyib ki, həmin qızıl sikkələri əvvəl verdiyi brilliant tapança ilə əvəz edib:

"Həmin vaxt İlhama 28 min manat dəyərində tapança verdim".

İ.Kərimov isə həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını bildirib.

Daha sonra zərərçəkmiş qismində Məzahir Ağayev dindirilib. O, qızıl alış-verişi ilə məşğul olan şirkətdə işlədiyini vurğulayıb.

Zərərçəkmişin sözlərinə görə, M.Mahmudovun ona 100 min manat borcu var.

Növbəti proses fevralın 21-nə təyin olunub.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.
İsrail səfiri İran səfirliyinə təşəkkür etdi“Tvitimi bəyəndiyinə görə İran səfirliyinə təşəkkür edirəm”.

Avrasiya.net xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter hesabında yazıb.

“İranın tviterdəki qadağasını tezliklə aradan qaldıracağına ümid edirik ki, iranlı həmkarlarınız da bizim tvitlərimizdən həzz ala bilsinlər!”, - səfir vurğulayıb.

Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin rəsmi tviter səhifəsi İsrail səfirinin tvitini bəyənib. Lakin C.Dikin bu barədə tvitindən sonra İran səfirliyi "layk"ı geri çəkib.
MN-də daha bir həbs: polkovnik tutulduBakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyində maliyyə pozuntularının aşkarlanması ilə bağlı Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov barəsində həbs qətimkan tədbirin seçilməsi üçün istintaq orqanının təqdimatına baxılıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, C. Kazımov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

C.Kazımov 1 milyon manatdan çox mənimsəmədə ittiham edilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin şöbəsi rəisi Rafael Xəlilov, “N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu saxlanılıb. Onların barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Bir ailənin 5 üzvü dəm qazından boğularaq öldüQusar rayonunda bir ailənin 5 üzvü dəm qazından boğularaq ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır, ölənlərin kimliyi müəyyənləşdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu faktı təsdiqləyib.
Bakıdan İrana 29 avroya uçuşlar BAŞLAYIRAzərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa edir.

“Buta Airways”dan verilən məlumata görə Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.

Həmin uçuşlara biletləri aviaşirkətin rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İrana səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə İran ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: //www.butaairways.az/az/covid/iran

Azərbaycanda COVID-19 üçün test verilə bilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd edilmişdir: //www.butaairways.az/az/covid/clinics

Azərbaycan vətəndaşları İrandan Vətənə uçuş zamanı COVİD-19-a dair PCR-testindən keçməlidirlər.

İran vətəndaşları Azərbaycan ərazisinə giriş zamanı COVID-19-a qarşı peyvəndlənmənin tam kursunu təsdiq edən etibarlı sənəd təqdim etməli, həmçinin koronavirus infeksiyasına dair PCR-testindən keçməlidirlər.

İrandan səfər edən sərnişinlərə PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcəkdir.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.
ABŞ Dövlət Departamenti: “Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”“Biz gələcəyə baxarkən iki ölkə arasında ticarət, təhsil və mədəniyyət əlaqələrini gücləndirməyi səbirsizliklə gözlədiyimiz kimi, Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və Avropanın enerji təhlükəsizliyini gücləndirmək səylərini dəstəkləməyə sadiq qalırıq”.

Bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar söyləyib.

“Biz Azərbaycanın insan hüquqlarına və əsas azadlıqlarına hörməti gücləndirmək səylərini dəstəkləməyə sadiqik. Biz Azərbaycanla və regiondakı digər dövlətlərlə davamlı sülhün əsaslarını yaratmaq üçün çalışacağıq. Diplomatik münasibətlərimizdə bu əlamətdar ildönümünü qeyd edərkən biz təkcə geriyə deyil, həm də irəliyə baxırıq. Biz 30 ildir tərəfdaşıq və mən əminəm ki, tərəfdaşlığımız bizi gələcək onilliklərə aparacaq. Biz hamı üçün demokratik, firavan və dinc gələcək naminə Azərbaycanla işləməyi səbirsizliklə gözləyirik”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət katibi Ceyms Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident Corc H.V. Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-ın Azərbaycandakı Səfirliyi 1992-ci il martın 16-da açılıb, Robert Finn müvəqqəti işlər vəkili təyin edilmişdi.
Böyük Britaniyanın İcmalar Palatasının sədri Kıbrısda ikili standart sərgilədiBöyük Britaniyanın İcmalar Palatasının sədri Lindsi Hoylun Kıbrısa səfəri zamanı Prezident Adminstrasiyasına dəvət olunmasına baxmayaraq, bu dəvətdən imtina etməsi məyusedicidir.

Avrasiya.net xəbər verir ki, bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezident Adminstrasiyasının yaydığı yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, Sir Lindsi Hoylun Kıbrıs səfəri çərçivəsində görüşə dəvət edildiyi və müxtəlif qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə çağırış etdiyi, Hoylun cavab vermədiyi bildirilib. "Bu dəvət və təmasların yalnız Cənubi Kiprdə olması KKTC tərəfində xəyal qırıqlığına səbəb oldu", -deyə bildirilib.

Bəyanatda həmçinin qeyd olunub:

“Hər dəfə Kıbrısda davamlı barışığın tərəfdarı olduqlarını ifadə edən Böyük Britaniya və onun nümayəndələri Kıbrısda əldə edilmiş bərabər hüquqlara malik hər iki tərəfə, xüsusən də qarant ölkələrdən biri kimi davranmalı olsalar da, Kıbrıs Türk tərəfinin bərabərliyinə riayət edilməməsi qəbuledilməzdir.

İki tərəfə bərabər səs/imkan verilməməsi və təbii/qazanılmış suveren bərabərliyə hörmət edilməməsi Kipr adasında və bölgəmizdə lazım olan əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə deyil, davam etdirilməz olduğu qəbul edilən status-kvonun davamına xidmət etməkdədir.

Əgər Birləşmiş Krallıq Kiprdə ədalətli, real və davamlı barışığın müdafiəsi ilə bağlı bəyanatlarında səmimidirsə, dialoq və təmaslarında tərəflərin mütləq bərabərliyi prinsipinə riayət edən bir mövqe tutmalıdır".
Neft qiymətləri çökür: ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə hazırlaşırABŞ-ın dünyanın ən böyük neft istehsalçılarından olan Irana qarşı neft embarqosunu ləğv edəcək razılaşmaya yaxınlaşması ilə bağlı xəbərlər fonunda dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşür.

“Brent” neftinin fyuçersləri İranın baş müzakirəçisi Əli Baqeri Kaninin “nüvə proqramı üzrə razılaşmanın yaxınlaşdığını” elan etməsindən sonra bir barel üçün 95,95 dollardan 91,44 dollara düşüb.

Daha əvvəl “Əl-Cəzirə” xəbər verirdi ki, Vyanada İranın nüvə proqramı ilə bağlı danışıqlar başa çatmaq üzrədir.

Vaşinqtonda isə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan sazişin bərpa edilib-edilməyəcəyinə yaxın günlər qərar veriləcək.

Eyni zamanda qeyd olunur ki, İran dövlət şirkəti (NIOC) neft alışlarının bərpasını müzakirə etmək üçün əsas müştərilərlə əlaqə saxlayır.
Tahir Kərimli “əjdaha” videosundan DANIŞDI: “Mehdiyevi tənqid etsəm də, etikanı pozmamışam”Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə müzakirəyə səbəb olan videosu haqqında açıqlama verib.

Avrasiya.net Baku TV-yə istinadən Tahir Kərimlinin fikirlərini təqdim edir:

“Sosial şəbəkələrdən mənə yaxın adamlar, hamımız videonu götürdük. Amma artıq gec idi, yayılmışdı. Müəyyən saytlar və digərləri götürüb paylaşdılar. Mən istəməzdim. Düzünü deyim ki, telefonlara cavab vermirəm. Qonağımsınız, gəldiniz ona görə, qəbul etdim.

Sovet dövründə, müstəqillik uğrunda mübarizədə, on illər içərisində bizim həyat tərzimiz belə olub ki, daim təqdiblər, hədələr şəraitində yaşamışıq. İsmayıllıdakı həyətimdə evdə hətta qadınlar olmağına baxmayaraq, atəş açmışdılar, iki nəfər... Heç tapa bilmədilər, uzun müddət izi də qaldı. Mən öyrəşmişəm bu cür hədələrə. Baxmayaraq ki, ondan əvvəl daha böyük hadisələr baş verib, amma deyirlər ki, bir damla olur, stəkanı daşıran.

Mən istəmədim ki, ailəm, uşağım bilsin. Bu sosial şəbəkələrdə, telefon vasitəsilə olur, dözürsən.
Yaxşı ki, dünən mənim oğlum məşqdən sonra icazə almışdı ki, dostumgildə qalacağam. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş “zapiska” qoyulub. Düşündüm ki, bu supulu, işıqpulu qəbzidir. Baxdım ki, burada kiril əlifbası ilə yazılıb ki, səni udacaq əjdaha.... Adamın adı və Moskva ünvanı da yazılıb.

Mən axırıncı dəfə Milli Məclisdə çıxış edəndə məcbur oldum cərimələrlə bağlı, yol hərəkəti qaydaları, qida təhlükəsizliyi, qaz və digər məsələlər haqqında çıxış etdim. Onsuz da mənim ailəm həmişə narahatlıq içində yaşamağa öyrəşib.

İnsan bəzən həyatından bezir, ölüm istəyir. Ona görə mən təklikdə çıxış etdim. Amma sonradan bildilər. Evdə də narahat olurlar. Məni öldürməklə nə əldə edə biləcəksən? Televiziyadır, konkret deyə bilmərəm nə qədər belə misallar var. Adam canından bezir, amma məni öldürməklə heç nə əldə olunmayacaq. Əqidə yolu ilə dövlətimin millətimin gələcəyinə inanıram dedim. Təbii ki, mən məlumat verdim müəyyən yerə ki, belə təhdid edirlər.
Ramiz Mehdiyevi tənqid etsəm, istefaya çağırsam da, etikanı pozmamışam. Mən ümumiyyətlə, onun tərəfdarı olmamışam ki, vəzifədə üzünə deyə bilmədiyimi çıxandan sonra deyim. Ümumi vəziyyəti nəzərə alaraq çağırış etmişəm ki, belə daha yaxşı olar. Başqaları kimi aqressivlik nümayiş etdirməmişəm”.
Əlibaba Məmmədovun oğlu vəfat etdiXalq artisti Əlibaba Məmmədovun oğlu dünyasını dəyişib.

Avrasiya.net Musavat.com-a istinadən xəbər verir ki, 67 yaşlı Seyran Məmmədov xərçəng xəstəliyindən əziyyət çəkirdi.

S.Məmmədov bu gün səhər saatlarında evində vəfat edib.

Xatırladaq ki, xalq artistinin qızı ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.