İordaniyalı jurnalistin Nizami Gəncəvi haqqında məqaləsiİordaniyada fəaliyyət göstərən rus mənşəli jurnalist Yelena Neduqina “Cohinya” və “Əl Hərir” portallarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında “Nizami Gəncəvi; söz, fikir və məhəbbət carçısı” sərlövhəli məqalə ilə çıxış edib.

Məqalədə Şərq ədəbiyyatı və fəlsəfi fikrinin korifeylərindən biri olan Nizami Gəncəvinin zəngin yaradıcılığı barədə ətraflı məlumat verilir. Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə başa vurduğumuz il “Nizami Gəncəvi İli” elan edilib və bu çərçivədə bir sıra mötəbər tədbirlər keçirilib.

Məqalədə dahi şair və mütəfəkkirin ölməz əsərlərinin Qərb və Şərq ölkələrində müxtəlif dillərdə çap olunduğu, onun zəngin irsinin dünyanın bir çox universitetlərində öyrənildiyi diqqətə çatdırılır. Həmçinin UNESCO-nun Baş qərargahında “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bundan başqa, dahi şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən "Nizami ili" elan edilib.

Yazıda hələ 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə Gəncədə Nizami Məqbərəsi önündə keçirilən tədbirdə dahi siyasətçi Heydər Əliyevin çıxışından sitat da yer alıb. Müəllif qeyd edib ki, o zaman respublikaya rəhbərlik edən Heydər Əliyev Nizami Gəncəvinin əsərlərinin nəşrinin genişləndirilməsi, onun fəlsəfi ideyalarının bütün dünyada təbliğ edilməsi tapşırığını vermişdi. Həmin vaxt keçirilən tədbirlərdə keçmiş SSRİ və xarici ölkələrdən qonaqlar iştirak etmiş, bu tədbirlər poeziya, beynəlmiləlçilik və xalqlar dostluğu bayramına çevrilmişdi.

Məqalədə görkəmli şairlər Rəsul Həmzətov, Əli Sərdar Cəfri, Tahsin Siracın Nizami Gəncəvi haqqında fikirləri də yer alıb.
175 manat borca görə "Azərişıq" əməkdaşlarını bıçaqladıAğdamda abonent "Azərişıq" ASC-nin iki işçisini bıçaqlayıb, bir nəfəri isə döyüb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, ASC-nin Ağdam Elektrik Şəbəkəsi idarəsinin əməkdaşları Taryel Mirzəyev və Şükür Mirzəyev borclu abonent Rəhim Davud oğlu Kərimov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, hadisəni törədən şəxs 175 AZN borcu olduğundan elektrik verilişini dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Əməkdar artistin Azərbaycandan çıxışına qadağa qoyuldu“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub.

Avrasiya.net xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, onun 6 min manata yaxın vergi borcu var. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında R.Haşımovla bağlı ərizəyə baxılıb. Məhkəmə tərəfindən iddia təmin edilib və Əməkdar artistin respublika hüdudlarından kənara çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, R.Haşımov 1993-cü ildə "Rast" qrupunu yaradıb və hazırda da həmin kollektivin bədii rəhbəridir. O, Xalq artisti Ceyran Haşımovanın oğludur.
14 yaşlı qız anası tərəfindən oğurlanıb? – RəsmiDaxili İşlər Nazirliyi (DİN) Bakıda yeniyetmə qızın anası tərəfindən nənəsinin evindən oğurlanması ilə bağlı iddialara münasibət bildirib.

Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yayılan məlumatların araşdırıldığını deyib.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Şirvan rayon sakini Tamella Musatafayeva qızının narkotik aludəçisi olduğunu iddia edir. O bildirib ki, 14 yaşlı nəvəsi qızı və onun tanışı tərəfindən evindən oğurlanıb. T.Musatafayevanın iddiasına görə, həmin şəxslər yeniyetmənin ona qaytarması müqabilində 5 min manat pul istəyirlər
Prokuror Rasim Quliyevə 6 il iş istədiBakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı bildirib ki, R.Quliyevin ittihamlardan təqsiri sübuta yetirilib. Ona görə də o təqsirləndirilən şəxsin 3 il müddətinə vəzifə tutmaqdan məhrum edilməklə 6 il müddətinə həbs olunmasını istəyib.

Vəkillər müdafiə çıxışı üçün vaxt istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən
imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şuşada iki nəfər minaya düşərək öldüŞuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Biz ayrı bir dövlətik - TatarŞimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Avropa Komissiyasının baş katibi Mario Nava ilə onlayn görüş keçirib.

Avrasiya.net xəbər verir ki, nümayəndə heyətlərinin də iştirak etdiyi görüşdə prezident Ersin Tatar Kipr türklərinin Aİ-yə qəbulu, eləcə də Aİ ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Adanın və bölgənin sabitliyinin açarının müxtəlif sahələrdə birgə çalışmaq olduğunu ifadə edən prezident Tatar qeyd edib ki, Kipr problemi iki xalq arasında münasibətlərin inkişafına maneə olmamalıdır.

Avropa Birliyinin Kipr türklərinə qarşı hər hansı ayrı-seçkilikdən çəkinməsinin vacibliyini vurğulayan Ersin Tatar, Kipr türk tərəfinin infrastrukturu inkişaf etdirmək üçün ətraf mühit, hüquq və səhiyyə kimi müxtəlif mövzularda Aİ ilə əməkdaşlığa hazır olduğunu bir daha qeyd edib: "Biz kiçik bir adayıq və Şimala göz yummaq olmaz. Biz Kipr Respublikasının bir hissəsi deyilik. Biz ayrı bir dövlətik. Şimalda ayrıca suveren xalq var".

Qeyd edək ki, dekabrın 10-da prezident Ersin Tatar BMT Baş katibinin Kipr üzrə yeni təmsilçisi və Kiprdəki BMT sülhməramlılarının rəhbəri Kolin Stevartı qəbul edəcək.
Jurnalistlərə güzəştlər veriləcək - RƏSMİ“Jurnalistlərin vergi güzəştləri və digər sosial təminatlardan da yararlanması üçün layihələr üzərində iş gedir”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı layihələr hazırlanıb:

“Yaxın vaxtlarda bununla bağlı da açıqlamalar veriləcək. İqtisadiyyat Nazirliyilə bu yöndə mütəmadi müzakirələr aparılır. Artıq jurnalistlərin narahat olduğu məqamlarla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi üçün konkret layihə var. Həm “Media haqqında” qanun, həm də Vergi Məcəlləsinə dəyişikliklərin eyni anda qəbul olunmasını istəyirik. Vergilər Məcəlləsinə jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur”.
“Media haqqında” yeni qanun layihəsi parlamentə daxil olub“Media haqqında” yeni qanun layihəsi Milli Məclisə daxil olub”.

“Report"un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, layihənin ilkin variantı sabah - dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.
Sabah Moskvada “3+3” formatının ilk iclası KEÇİRİLƏCƏK“Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirinin müavini səviyyəsində iştirak edəcəyi iclasda ölkəmizi xarici işlər nazirinin müavini, səfir Sədat Önalın sədrliyi altındakı heyət təmsil edəcək”- deyə məlumatda qeyd edilib.