Əməkdar artistin Azərbaycandan çıxışına qadağa qoyuldu

Əməkdar artistin Azərbaycandan çıxışına qadağa qoyuldu“Rast” qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımovun ölkədən çıxışına qadağa qoyulub.

Avrasiya.net xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, onun 6 min manata yaxın vergi borcu var. Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında R.Haşımovla bağlı ərizəyə baxılıb. Məhkəmə tərəfindən iddia təmin edilib və Əməkdar artistin respublika hüdudlarından kənara çıxışı məhdudlaşdırılıb.

Qeyd edək ki, R.Haşımov 1993-cü ildə "Rast" qrupunu yaradıb və hazırda da həmin kollektivin bədii rəhbəridir. O, Xalq artisti Ceyran Haşımovanın oğludur.