Putin, Əliyev və Paşinyan mətbuata bəyanatla çıxış etdilərRusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Avrasiya.net xəbər verir ki, bəyanatda deyilir:

"Biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük, Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatlar haqqında 9 (10) noyabr 2020-ci il tarixli Bəyanatın icrasını, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına dair 11 yanvar 2021-ci il tarixli Bəyanatı müzakirə etdik.

Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq 9 (10) noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların bütün müddəalarına ardıcıl şəkildə və ciddi əməl etməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Biz 9 (10) noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlardan irəli gələn vəzifələrin mümkün qədər tez həllinə yönəlmiş birgə səyləri gücləndirməyə razılaşdıq".
Soçidə üçtərəfli görüş keçirildiNoyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

-Hörmətli həmkarlar, dostlar.

İlk növbədə, sizə təşəkkür etmək istərdim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında bəyanat qəbul ediləndən sonra bir il ərzində görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmisiniz. Sonra biz artıq cari ilin yanvarında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılaşmalarımızı təsdiq etdik. Bu müddətdə həqiqətən az iş görülməyib.

Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən insidentlərdən, faciəli insidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində, biz sizinlə bu gün onun üçün toplaşmışıq ki, gələcəkdə buna bənzər insidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyüş əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müddət ərzində və bizim tərəfin köməyi ilə qaçqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdıb. Yaxşı monitorinq qrupu yaradılıb, bizim kontingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşürəm ki, layiqincə işləyir, insanların həyatı üçün təhlükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu, çox vacibdir.

Ermənistan, Azərbaycan və Rusiya hökumətlərinin Baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli komissiya yaradılıb. Mənim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiyalarının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zəruri tədbirlər görəcəyik.

Mənə elə gəlir ki, bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təhlükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə normal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkənin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.

Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, bizim çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik.

Əvvəldə mənim demək istədiklərim bunlardır.

Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırmalı olacağımız məsələləri qabaqcadan müzakirə etdik. Ermənistan tərəfi ilə biz bunu qabaqcadan, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi, görüş yerinə gələndə də bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzdən sonra Nikol Vovayeviç qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımın deməyə sözü və istəyi varsa, buyursunlar.

***

Azərbaycan Prezidenti İlham Əliyev: Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılaşdırılması işində fəal iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk. Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda görüşmüşdük, indi artıq ilin sonunda görüşürük. Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımırdı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyaslı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümü bildirmək istərdim.

Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki, - bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etmişik, - bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz, bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk.

Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq.

Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

Dəvət üçün, yenidən belə bir görüş keçirmək imkanı üçün bir daha təşəkkür edirəm.

***

Ermənistanın baş naziri Nikol Paşinyan: Vladimir Vladimiroviç, icazə verin, əvvəlcə dəvətə, bu görüşün təşkilinə görə Sizə təşəkkür edim. Bugünkü görüşün gündəliyinə keçməzdən əvvəl icazə verin, Kuzbasda çoxsaylı insanın həlak olması ilə nəticələnmiş partlayışla əlaqədar öz adımdan, erməni xalqı adından
Sizə başsağlığı verim. Həlak olmuş şaxtaçıların bütün doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm.

Prezident Vladimir Putin: Sağ olun.

Nikol Paşinyan: Keçən il müharibənin dayandırılmasında Sizin rolunuz və Rusiya Federasiyasının rolu aşkardır. Noyabrın 9-dan sonra Dağlıq Qarabağda, Laçın dəhlizi boyunca Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Aşkardır ki, Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində Rusiya sülhməramlıları, Rusiya Federasiyası mühüm rol oynayır. Lakin təəssüflə vurğulamaq istəyirəm ki, vəziyyət istənilən qədər sabit deyil. Keçən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir. Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir və bizim rəyimiz belədir ki, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə soxulub. Əlbəttə, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya və demarkasiya edilməyib, lakin dövlət sərhədi mövcuddur və bu, Ermənistan Respublikasının suveren ərazisidir.

Mən Azərbaycan Prezidentinin bu fikri ilə razılaşmıram ki, kommunikasiyaların bərpasından başqa Bəyanatın faktiki olaraq bütün bəndləri yerinə yetirilib. Bilirsiniz ki, biz bu məsələni Sizinlə dəfələrlə, həm əyani şəkildə, həm də telefonla müzakirə etmişik ki, girovlar və digər saxlanılan şəxslər, hərbi əsirlər problemi də var. Bu, çox mühüm humanitar məsələdir. Lakin demək istəyirəm ki, mənim fikrimcə bu gün biz təkcə problemləri səsləndirmək üçün deyil, söhbət etmək, məsələləri müzakirə etmək və mövcud problemləri həll etmək üçün toplaşmışıq. Mən də dəfələrlə elan etmişəm ki, Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazırdır. Bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, blokadadan çıxarılması mövzusu da bizim üçün çox vacibdir. Biz bu məsələlərin həll edilməsində həqiqətən maraqlıyıq. Ümid edirəm ki, bu gün biz bütün bu məsələləri müzakirə edəcəyik. Mən gördüm, Siz Azərbaycan Prezidenti ilə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemini də xatırlatdınız. Azərbaycan Prezidenti də indicə Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları məsələsini xatırlatdı. Əlbəttə, biz də bunda maraqlıyıq və hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmalıdır. Düşünürəm ki, çox məsələləri üçtərəfli formatda, ikitərəfli formatda müzakirə və həll etmək lazımdır və mümkündür.

Deməliyəm ki, Azərbaycanın və Ermənistanın rəsmi şəxsləri arasında birbaşa əlaqələr də nəzərdə tutulur. Mənim fikrimcə, o qədər də yaxşı və pozitiv olmayan nüanslar fonunda bu müsbət nüansları da vurğulamaq lazımdır. Ən başlıcası, təkrar etmək istəyirəm, üzr istəyirəm, düşünürəm ki, bugünkü görüşün əsas mənası hansısa problemlərin mövcud olmasını və ya mövcud olmamasını, sadəcə, səsləndirmək deyil. Əsas odur ki, bu gün biz regionda, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə dair konkret və ya mümkün qədər konkret qərarlara gələ bilək. Buna görə bizim məsuliyyətimiz, sülh, sabitlik və insanların təhlükəsizliyidir. Sağ olun.

***
Prezident Vladimir Putin:

- Mənə belə gəlir ki, sizin indicə dedikləriniz - həm Azərbaycan Prezidenti tərəfindən, həm də Ermənistanın Baş naziri tərəfindən deyilənlər, əslində, çox vacibdir. Vəziyyətin normallaşdırılmasının inkişafında, vəziyyətin müsbət həllinin inkişafında hər iki tərəfin marağı var. Siz indicə kommunikasiyalar barədə, kommunikasiyaların açılması barədə xatırlatdınız. İlham Heydər oğlu da bu barədə danışıb. Bu məsələdə hamı maraqlıdır. O cümlədən Rusiya da. Mən onu nəzərdə tuturam ki, biz bütün yaxın ölkələr, - biz qonşuyuq, biz böyük əmtəə dövriyyəsinə malikik, - hamımız bu məsələdə maraqlıyıq. Birincisi də, ikincisi də, biz yenə də o barədə razılığa gəlirik ki, yaxın vaxtlarda sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri, əvvəlcə delimitasiya, daha sonra demarkasiya işlərini sahmana salaq. Əlbəttə, biz bu barədə də bu gün danışacağıq. Baxmayaraq ki, məsələnin mürəkkəb olması aydındır. O, hələ Sovet İttifaqından qalıb. Orada dəqiq sərhədlər olmayıb. Lakin bütün bunlar barədə danışmaq imkanı var. Həmkarlarımla razıyam ki, nə qədər çox əlaqə, o cümlədən birbaşa əlaqələr olarsa, daha yaxşıdır. Birbaşa ikitərəfli əlaqələr ümumiyyətlə prioritetdir. Mən bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə görüşünüz nəzərdə tutulub. Siz oraya getməyə və orada görüş keçirməyə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq. Nə qədər birbaşa ünsiyyət olarsa, bir o qədər yaxşıdır. Mən bu yaxınlarda bu barədə Avropa İttifaqı Şurasının Prezidenti cənab Mişellə də danışmışam. O, sizi gözləyir. Ümidvaram ki, biz irəliyə doğru hansısa addım atacağıq. Bundan sonrakı addımları digər platformalarda da atmaq mümkün olacaq. Bir daha təkrar edirəm, tərəfdaşlarımızın bu dialoqa cəlb edilməsini biz yalnız alqışlayırıq. Əsas odur ki, bu dialoq faydalı olsun. Çox sağ olun.



Əməkdar artist ölüm ayağındadırAzərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal ölüm ayağındadır.

Avrasiya.net xəbər verir ki, aktyorun həyat yoldaşı Zərqələm Əliyeva Qaynarinfo-ya müsahibə verib.

Z.Əliyeva qeyd edib ki, Novruz Qartalın vəziyyəti ağırdır:

"Vəziyyəti ağır idi, apardıq onkoloji xəstəxanaya, baxıb dedilər ki, təcili əməliyyat olmalıdır. Çox ağır əməliyyat keçirdi. Xərçəng bütün bədəninə yayılıb. Hamı deyirdi ki, narkozdan ayılmayacaq. Şükür Allaha, ayılıb, amma yanına heç kimi buraxmırlar. Ayılanda bir dəfə deyib ki, qızımı görmək istəyirəm, həkim də ona atasını görməyə icazə verib. Vəziyyət çox ağırdır. Bağırsaq, qara ciyər, ağ ciyər hamısı bir-birinə qarışıb. Həyatımız qaralıb. Deyirlər, bilmirik Novruz nə qədər yaşayacaq”.

O bildirib ki, həkimlər Əməkdar artistin müalicəsinin xarici ölkədə aparılmasını məsləhət bilir:

"Novruzun Türkiyədə müalicəsi bir ümiddir, bəlkə getsə, orada sağalar. İmkansız adamdır. Evi yoxdur, kirayədə qalır. Ayda 400 manat kirayə pulu verir. Novruzun elə bir acınacaqlı həyatı var ki, dönüb geriyə baxanda adam özünü öldürmək istəyir. Bir dəfə bəzəkli, isti ev görmədi. Bir dəfə rahat həyatı olmadı, o evdən bu evə daşındı”.

Həyat yoldaşı Novruz Qartalın xəstəxanada ağır vəziyyətdə olduğunu və heç kimin maraqlanmadığını qeyd edib:

"Yenə sağ olsun jurnalistlər, zəng edib vəziyyətini soruşurlar. Mədəniyyət adamlarından heç kəs onu axtarmır. Axırda mən özüm teatra məlumat verdim ki, Novruzun vəziyyəti pisdir, gücüm çatmır, mənə kömək etsinlər”.
İlham Əliyev: Azərbaycan buna hazırdır!Biz Rusiyanın Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərini dəstəkləməsini yüksək qiymətləndiririk.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezdenti İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, rəsmi Bakı Moskvanın dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sərhəd məsələlərinə dair prosesi başlamağa hazırdır:

“Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşməyib. Delimitasiya prosesinə başlamağa hazırıq. Bundan başqa biz açıq şəkildə Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamaq üçün sülh müqaviləsi üzərində işə başlamağı təklif etdik”.

Axar.az

Əvəz Həsənov vəfat etdiAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Həsənov vəfat edib.

Avrasiya.net-in məlumatına görə, Əvəz Həsənov bu gün ürəktutmasından vəfat edib.

Müşahidə Şurasının üzvü Zaur İbrahimli faktı APA-ya təsdiqləyib.

Allah rəhmət eləsin!
Putin: “Yekun sülh müqaviləsi bağlamaq lazımdır”“Son bir ildə Qarabağda vəziyyətin nizamlanması üçün çox işlər görülüb, lakin təəssüf ki, hələ də həll olunmayan məsələlər var”.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla keçirdiyi üçtərəfli görüşdə bildirib.

Bununla yanaşı, V. Putin gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazım olduğunu deyib:

“Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə Qarabağda nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı qərarlar qəbul etmək mümkün olacaq. Rusiya, Azərbaycan və Ermənistan əlaqələri məhv etməyə yox, möhkəmləndirməyə çalışmalıdır”.
Nikoldan Soçidə mühüm açıqlama: Hazırıq!Ermənistan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə hazırdır, kommunikasiyaların açılması mövzusu da çox vacibdir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüşdə deyib.
Axtarışda olan azərbaycanlı Ukraynadan ekstradisiya edildiAzərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan vətəndaşı Mövsüm Vaqif oğlu Mövsümovun ekstradisiyası haqqında qərar qəbul edilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

M.Mövsümov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan olunub.

2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

Noyabrın 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.
İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olublar“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri tanışlıq məqsədi ilə Mərkəzi Laboratoriyada olublar. Əvvəlcə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

Mərkəzi Laboratoriyanın rəisi Elçin Əliyev bildirib ki, 2013-cü ildə fəaliyyətə başlayan laboratoriya 1 il sonra Latviya Milli Akkreditasiya Bürosu tərəfindən ISO-17025 standartı üzrə beynəlxalq akkreditasiyadan keçirilib. Laboratoriya beynəlxalq standartların tələblərinə uyğun cihaz və avadanlıqlarla təchiz edilib. Bu cihazlar Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Su Direktivlərində qeyd olunan parametrlərin tam nəzarətdə saxlanılmasına imkan verir. Hazırda laboratoriyada içməli və tullantı sularının 114 parametri öyrənilir. 2020-ci ildə Mərkəzi Laboratoriyada 74 mindən çox içməli və tullantı su nümunələri üzrə 409 mindən çox göstərici beynəlxalq standartların tələblərinə uyğun şəkildə təyin edilib.

“Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev bildirib ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə nəzarət edilir. Su nümunələri müxtəlif nöqtələrdən götürülür və analiz olunur. Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Quba, Ucar və Oğuz regional laboratoriyaları beynəlxalq akkreditasiyadan keçib. Regional laboratoriyalar Azərbaycanın ucqar ərazilərdə yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Sonra İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriya ilə əyani tanış olub, içməli və tullantı su bölmələrində aparılan analizləri yaxından izləyiblər. Şura üzvlərinin təşəbbüsü ilə müxtəlif su nümunələrinin analizi aparılıb.

“Azərsu” ASC yanında İctimai Şuranın sədri Rauf Zeyni Mərkəzi Laboratoriyanın şəraiti və imkanlarının onlarda xoş təəssürat yaratdığını bildirib. Şura üzvləri suyun keyfiyyəti ilə bağlı ictimaiyyətin müraciətlərinin cavablandırılması baxımından laboratoriya ilə əyani tanışlığın böyük əhəmiyyəti olduğunu vurğulayıblar.


Dündar Keşaplıya İtaliyada önəmli vəzifə verilibJurnalist Dündar Keşaplı növbəti dəfə Roma İdman Yazarları Dərnəyinin (USSI) idarə heyətinə seçilib.

Bu barədə Avrasiya.net-ə D.Keşaplı özü məlumat verib.

Keşaplı ilk dəfə 2009-cu ildə İtaliya İdman Yazarları Dərnəyinin Roma bölməsinin idarə heyətinə seçilib və ardıcıl 4-cü dəfə bu vəzifəyə layiq görülüb.

USSI Roma-da bu vəzifəyə təyin olunan ilk xarici jurnalist olan Keşaplı, idarə heyətində vəzifə bölgüsündə xarici mətbuat və beynəlxalq korporativ əlaqələr vəzifəsinə yüksəlib.

Keşaplı dördüncü dəfə bu vəzifəyə seçilməsi ilə bağlı verdiyi açıqlamada, “italyan dostlarıma məni 4-cü dəfə bu vəzifəyə layiq gördükləri üçün təşəkkür edirəm. Bu həm də onların etimadını qazandığımı göstərir. Bu etimada layiq görüldüyümə görə, qürur duyuram”,-deyə bildirib.

Türkiyə mediasının aparıcı kanallarının təmsilçisi olan və eyni zamanda İtaliya mediasının önəmli kanallarla əməkdaşlıq edən Keşaplı bu vəzifədə 4 il çalışacaq.
RAI Sport kanalının direktor müavini Jacopo Volpi isə Roma USSI-nin Direktorlar Şurasının sədri seçilib.
Keşaplı Ronaldo, Platini, Roberto Carlos, Alessandro Del Piero, Lionel Messi, Ronaldinho kimi bir çox ulduzla eksklüziv müsahibələri ilə tanınır.

Xatırladaq ki, Dündar Keşaplı həmçinin eyni zamanda İtaliya Azərbaycan Dostluq Cəmiyyətinin sədridir.