Erməni təxribatı: Hərbçimiz şəhid olduRusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Bəhram oğlu Həmzəyev şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək.
Millət vəkili şəhidin ad günündə ailəsini ziyarət edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Siyəzən rayonunun qəhrəman oğlu, fəxri, şəhid Əzimov Saatmirzə Feyruz oğlunun ad günü münasibəti ilə ailə üzvlərini ziyarət edib.

Millət vəkili ailə üzvləri tərəfindən şəhidin adına inşa edilən evin tikintisi ilə tanış olub.

Ailə üzvləri dövlətimizin şəhid ailələri, müharibə iştirakçıları və qazilərə göstərdiyi qayğını xüsusən qeyd edilbər.

S.Qurbanov Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyib.


Tiflisdə Saakaşviliyə görə mitinq başladıTiflisin Azadlıq meydanında eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq keçirilir.

Axar.az xəbər verir ki, mitinq iştirakçıları “Yaşasın Gürcüstan!” şüarı səsləndirirlər.

“Mtavari arxi” telekanalının baş direktoru Nika Qvaramiya mitinq iştirakçılarına üçüncü prezidentin müraciətini oxuyub.

M.Saakaşvili Gürcüstana niyə döndüyünü izah edib:

“Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”.
450-ə yaxın sahibkara xidmətlər göstərilibTəlim və məsləhət xidmətlərindən 450-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyənlər faydalanıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Masallı-Cəlilabad-Biləsuvar KOB inkişaf mərkəzi (KOBİM) tərəfindən sahibkarlara, biznesə başlamaq istəyənlərə və startaplara ehtiyaclarına uyğun olaraq təlim və məsləhət xidmətləri göstərilir.

Avqust və sentyabr aylarında Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən müxtəlif mövzularda təşkil olunan 39 biznes təlimlərindən 450-ə yaxın sahibkar və biznes fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər faydalanıb. Təlimlər biznes planin hazırlanması, marketinq və satış, torpaq və əmlak vergisi, KOB-lar üçün mühasibatlıq, fiziki və hüquqi şəxs anlayışı və digər istiqamətləri əhatə edib.

Həmçinin, qeyd olunan müddət ərzində Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən 8 sahibkara biznes planın və layihələrin hazırlanması, biznes ideyanın reallaşdırılması üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə məsləhət xidməti göstərilib.
Qeyd edək ki, Masallı-Cəlilabad-Biləsuvar KOBİM -in xidmətlərindən faydalanmaq üçün (+994 51) 363 53 78 nömrəsi ilə əlaqə saxlaya və ya Biləsuvar rayonu, Mübariz İbrahimov küç, 219-da yerləşən Mərkəzin ofisinə müraciət edə bilərsiniz.

Masallı-Cəlilabad-Biləsuvar KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

Livanda etirazçılarla toqquşma başladı: 6 ölü, 60 yaralıLivanın paytaxtı Beyrutda şiə Amal Hərəkatı və Hizbullah tərəfdarlarına atəş açılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hizbullah və Amal Hərəkatı tərəfdarları Beyrut Ədliyyə Sarayının qarşısına toplaşaraq keçən il Beyrut Limanında baş verən partlayışı araşdıran hakim Tarix əl-Bitarın yerinə başqasının təyin olunmasını tələb ediblər.

Beyrut Ədliyyə Sarayına doğru hərəkət edən nümayişçilər Ət-Tayyuna bölgəsinə gələn zaman bəzi binalardan atəş açılıb. Hadisə nəticəsində 6 nəfər ölüb, 60 nəfər yaralanıb.

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib. Ordu ilə şiə Amal Hərəkatı milisləri arasında toqquşmalar davam edir.

Livan ordu komandanlığı açıqlamada təhlükəsizlik qüvvələrinin silahla görülən hər kəsi güllələyəcəyini bildirib.

Baş Kliniki Hospitalda qazimizdən pul tələb olunub?Bəzi kütləvi informasiya vasitələrində guya Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirən hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb edilməsi barədə yalan məlumat yayılıb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu Baş Kliniki Hospitalında xidmət etmir:

"Hesab edirik ki, təsdiqini tapmamış dedi-qodular əsasında belə məlumatların ictimailəşdirilməsi şanlı Zəfəri xalqımıza bəxş etmiş qalib Ordumuzun və Müdafiə Nazirliyinin imicinə xələl gətirən məqsədyönlü qara piardır, ucuz sensasiya məqsədi güdür.

Ordumuzun hər hansı bir qurumu barədə rəsmi təsdiqini tapmamış, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməmiş, düşmən maraqlarına xidmət edə biləcək məlumatların elektron informasiya resurslarında, həmçinin digər kütləvi informasiya vasitələrində yayılmasını qətiyyətlə pisləyir, vətəndaşlarımızı və mətbuat nümayəndələrini belə addımlardan çəkinməyə çağırırıq.

Digər tərəfdən diqqətə çatdırırıq ki, qeyd olunan sənəd Müdafiə Nazirliyinin tibb müəssisələri tərəfindən deyil, hərbi qulluqçuların xidmət etdikləri müvafiq hərbi hissələr tərəfindən təqdim olunur".
"Azərbaycan Qoşulmama Hərəkatı üzvlərində ümid yaratdı"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Zaman Azərbaycanın xeyrinə işləyir. Ötən il 44 günlük müharibə nəticəsində Ermənistanın işğalçı siyasətinə son qoyan və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan döyüş meydanındakı qələbəsini siyasi-diplomatik müstəvilərdə də davam etdirməkdədir. Azərbaycan nüfuzlu beynəlxalq platformaların imkanlarından düzgün istifadə etməklə öz qələbəsini möhkəmləndirir, regional və beynəlxalq miqyaslı aktorlardan birinə çevrilir. BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təşkilat olan, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatındakı (QH) lider mövqeyimiz də elə bu fikrimizin təsdiqidir.

Belə ki, bu günlərdə bu mötəbər təşkilatın yaradılmasının 60 illiyi bütün dünyada qeyd olunur. Sülh və ədalət prinsiplərinin təbliği, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi çağırışların ehtiva olunduğu Bandunq prinsipləri əsasında fəaliyyət göstərən Qoşulmama Hərəkatı (QH) 1961-ci ildə Belqradda təsis edilib və elə o vaxtdan da bu Hərəkat qlobal sülhün və ədalətin təmin edilməsi sahəsində mühüm rol oynamaqdadır. Sülh, ədalət və həmrəylik kimi prinsiplər bu gün də müasir beynəlxalq münasibətlər üçün aktual və vacib olaraq qalır. Qoşulmama Hərəkatının bu yüksək ideallar naminə həyata keçirdiyi səylər indi əvvəlki dövrlərlə müqayisədə daha mühüm əhəmiyyət kəsb edir.

QH-nin yarandığı dövr bəşəriyyət tarixinin ən mürəkkəb, ziddiyyətli və təlatümlü dövrlərindən biri idi. Həmin vaxt bir yandan dünyada hərbi-siyasi blokların güclənməsi prosesi gedirdi və iki qütbün arasında cərəyan edən amansız “Soyuq müharibə” bütün bəşəriyyəti təhdid edirdi, digər yandan isə müstəmləkə altında yaşayan ölkələrdə milli-azadlıq hərəkatları baş qaldırır və nəticədə dünyada yenicə müstəqilliyinə qovuşmuş ölkələrin sayı artırdı. QH məhz belə bir mürəkkəb tarixi məqamda dünya siyasətinə qədəm basıb. Bu Hərəkat suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özü üçün prioritet seçdiyinə görə gənc müstəqil dövlətlər və keçmiş SSRİ ilə ABŞ arasındakı çəkişmələrdən kənarda qalmaq istəyən bütün ölkələr bu Hərəkatın sıralarında birləşdi. Ötən əsrin 60/70-ci illərində bu Hərəkat çox populyar idi. Beynəlxalq münasibətlərdə ədalət axtaran bütün ölkələr məhz Qoşulmama Hərəkatına üz tuturdular.

Lakin 90-cı illərdə SSRİ-nin çöküşü və blokların əhəmiyyətinin azalması QH-nın da fəaliyyətinə ciddi surətdə mənfi təsirini göstərdi. Hərəkat get-gedə öz aktuallığını və nüfuzunu itirir, eyni zamanda beynəlxalq münasibətlərdə oynadığı rolu gündən-günə azalırdı. Bir sözlə, Qoşulmama Hərəkatı ötən əsrin 90-cı illərində və 2000-ci illərin ilk on illiyində mövcud beynəlxalq proseslərdə tamamilə arxa plana çəkildi. Təşkilat demək olar ki, formal bir quruma çevrilmişdi. Ancaq 2008-ci ildə baş verən dünya iqtisadi böhranından və dünyanın yenidən qütbləşməyə başlamasından sonra QH-nin fəaliyyətində canlanma hiss olunmağa başladı. Belə demək mümkünsə, Qoşulmama Hərəkatı beynəlxalq proseslərdə yenidən fəal rol almağa başladı. Bu dövr məhz Azərbaycanın da Hərəkatın sıralarına qoşulduğu dövrdür. Qoşulmama Hərəkatının təməlində dayanan yuxarıda qeyd etdiyimiz Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun gəldiyinə görə rəsmi Bakı QH-nın sıralarına qoşulmaq qərarını verdi. Azərbaycan sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu.

Azərbaycanın QH-ya qoşulması bu Hərəkatın ikinci yüksəliş dövrünə, “ikinci bahar”ına təsadüf etdi. Son 10 ildə Hərəkat demək olar ki, öz əvvəlki böyük nüfuzunu tamamilə bərpa edib və hazırda dünyada gedən proseslərə ciddi surətdə yön verməkdədir. Qoşulmama Hərəkatının nüfuzunun artmasında, onun fəaliyyətinin genişlənməsində Azərbaycanın da mühüm rolu olub. Azərbaycan qısa müddət ərzində Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı. Son illərdə isə Azərbaycanın bu təşkilatda nüfuzu o dərəcəyə çatdı ki, nəticədə ölkəmizin Hərəkata rəhbərlik etməsi təşəbbüsü gündəmə gəldi. 2016-cı ildə Qoşulmama Hərəkatının üzvlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sözügedən Hərəkatın sədri seçildi. Və zaman bu seçimin yanlış olmadığını göstərdi. Azərbaycan ona göstərilən yüksək etimadı QH sədri kimi doğrultmağı bacardı. Məhz bunun nəticəsidir ki, bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar veriblər.

Əlbəttə, bu Azərbaycanın, onun liderinin Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə Qoşulmama Hərəkatının dünyadakı geosiyasi proseslərdə önəmli rola sahiblənməsində müstəsna xidmətləri olub. Məhz Azərbaycanın sədrliyi dövrünə təsadüf edən “COVİD-19” pandemiyası şəraitində, şəxsən Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı bu ümumbəşəri bəlaya qarşı mübarizədə çox çevik fəallıq göstərməyə başladı. Hərəkat təsis edildiyi tarixdən bu günədək indi özünün ən güclü və təsirli dövrünü yaşayır. Bunu bütün Hərəkat üzvləri də təsdiqləyir. Azərbaycan QH çərçivəsində əməkdaşlığın və həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi istiqamətində əlindən gələni edəcək. Eləcə də Hərəkatın beynəlxalq proseslərdəki rolunun, siyasi çəkisinin və nüfuzunun artırılması baxımından da Azərbaycan öz töhfələrini davam etdirəcək.

Prezident İlham Əliyevin bugünlərdə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin videoformat şəklində təşkil edilən toplantısında mühüm məsələlərə toxunması da bu fikrimizi təsdiq edir. Dövlət başçımız çıxışında Azərbaycanın Hərəkata sədrliyi dövründəki prioritetləri, gələcək fəaliyyətlə bağlı bir sıra təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırdı. Həmçinin pandemiyadan sonrakı dövrdə Hərəkatın mövqeyinin, siyasətinin formalaşdırılması məqsədilə yüksək səviyyəli görüşün təşkil edilməsinə ehtiyac duyulduğunu vurğuladı. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstək olduqca dəyərlidir.

Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı böyük dövlətlərin nümayiş etdirdiyi “ikili standart”lar və selektiv yanaşmaların dünyadakı münaqişələrin ədalətli həllinə mənfi təsir göstərdiyini xüsusilə vurğulayan Azərbaycan Prezidenti yüksək tribunadan bir daha dünya birliyinin diqqətinə çatdırdı ki, Azərbaycan da son 30 il ərzində məhz belə bir selektiv yanaşmaya məruz qalıb, Ermənistan isə beynəlxalq münasibətlərdə tüğyan edən “ikili standart”lardan istifadə edərək beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub və təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bilib. Üstəlik də həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib.

Əlbəttə, əgər bütün ölkələr, o cümlədən Ermənistan da Bandunq prinsiplərinə riayət etsəydi, o zaman nə müharibə, nədəki kütləvi qırğınlar, qətliamlar olardı. İlham Əliyev bildirdi ki, 30 il ərzində beynəlxalq təşkilatların və iri dövlətlərin “ikili standart”larından əziyyət çəkən Azərbaycan sonda tarixi ədaləti hərbi güc yoluyla bərpa etmək qərarına gəldi. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını – 10 noyabr üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Bununla da ölkəmiz bölgədə və dünyada yeni reallıqlar yaratdı.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə münaqişələrdən əziyyət çəkən, işğala təcavüzə məruz qalan digər ölkələr, o cümlədən QH üzvlərində ümid yaratdı və müsbət nümunəyə çevrildi. Azərbaycanın həm müstəqil ölkə kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq münasibətlərdə tüğyan edən “ikili standart”ları 44 günlük müharibə ilə darmadağın etməsi ölkəmizə və liderimizə qarşı beynəlxalq miqyasda dərin etimadın və hörmətin formalaşmasına şərait yaradıb. Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin videoformat şəklində təşkil edilən son toplantısında səslənən fikirlər də bunun təsdiqidir.

Bu universitetdə koronavirus yayıldı - Distant təhsilə keçildiAzərbaycan Dövlət Pedoqoji Universitetinin 3 tələbəsi koronavirusa yoluxub.

Bu barədə ADPU-nun mətuat katibi Cavid Hüseynov məlumat verib. Onun sözlərinə görə, yoluxanlar Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələridir:

"Yoluxama ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".


Güneydəki azərbaycanlıların həbsilə bağlı MÜRACİƏTBir qrup hüquq müdafiəçisi BMT-nin İnsan Hüquqları Komitəsi və "Amnesty İnternational" Təşkilatına müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, mətndə deyilir:

"Biz, Azərbaycanın fəaliyyət göstərən insan hüquqları üzrə Birgə İşçi Qrupuna daxil olan bir qrup hüquq müdafiəçiləri, İran İslam Respublikasında son vaxtlarda həbs olunan fəalların taleyindən narahatlığımızı bildiririk.

Artıq bəlli olduğu kimi 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi qonşu İİR-da yaşayan əslən azərbaycanlı olan vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycanın 30 ildən sonra öz torpaqlarını azad etməsinə səs verən 12 nəfər fəal Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirib. Aksiya zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilən fəallara 2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən ümumiyyətlə 180 ay həbs və 888 qamçı cəzası hökmü çıxarılıb.

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mostafa Pərvin, Morteza Pərvin , Moctaba Pərvin, Hamed Heidəri, Mohəmməd Çolani, Sobhan Bəkhşi, Mehdi Hüşmənd, Bəhmən Xeyrcu və Səccad Çolani İran İslam Respublikası Cinayət Məcəlləsinin beşinci kitabının 607-ci maddəsinə əsasən təqsirli bilinərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı itaətsizlik göstərdikləri ittihamı ilə 7 ay 16 gün, ictimai asayişi pozmaq ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər. Həmçinin Əsgər Əkbərzadə polis məmuruna xəsarət yetirməsi iddiası ilə cərimə olunub.

Sonrakı günlərdə də oxşar məqsədlə Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda aksiyalar keçirən fəallar da həbs edilib və müvəqqəti azadlığa buraxılıvlar.

Biz, Azərbaycanın hüquqmüdafiəçiləri, İran İslam Respublikasında son aksiyalar zamanı fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsi, onlara qarşı qeyri-insani tərzdə davranması və həbs edilməsini insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılığımızı bildirir, onların dərhal azadlığa buraxılmasını tələb edir və Sizdən bizim tələbimizə dəstək vermənizi xahiş edirik".

Müraciəti D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin rəhbəri Səadət Bənənyarlı, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov, Helsinki Vətəndaş Cəmiyyətinin Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Azərbaycan İnsan Hüquqları Mərkəzinin sədri Eldar Zeynalov, Azərbaycan İnsan Hüquqları Mərkəzinin proqramlar koordinatoru Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı imzalayıblar.
QƏLƏBƏ üçün aparılan İQTİSADİ SİYASƏTTahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri, YAP İdarə Heyətinin üzvi

Azərbaycanda dövlətçilik ənənələrinin əsrlərlə ölçülən tarixi vardır. Regionda tarixin müxtəlif dövrlərində böyük bir coğrafiyanı əhatə edən ərazilərdə güclü bir dövlət qurmağı və ədalətli idarəetmə sistemini yaratmağı bacarmaqla azərbaycan xalqı dövlətçiliyə əsaslan milli ideyaya sahib olduğunu hər zaman göstərmiş və taxirin müxtəlif mərhələlərində bu milli ideyanı güclü dövlət qurmaq formasında reallaşdıra bilmişdir.

Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi milli inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın var olmasıdır. Müasir Azərbaycan dövlətçiliyinin əsas sütunu xalqın “azad və güclü olmaq” arzusu ilə formalaşan milli ideyasını güclü dövlətçiliyə çevirməyi bacaran Uluöndər Heydər Əliyev dühasi və siyasəti olmuşdur. Bütün uğurlarımızın əsas mənbəyi bu strategiyanın və yolun uğurla davam etdirilməsi və onun genişləndirilməsidir.

Məhz bu yolunun əsas davamçısı olaraq Prezident cənab İlham Əliyevin 18 illik fəaliyyəti Azərbaycana tarixdə heç bir zaman olmayan uğurlar gətirdi. Azərbaycan xalqı hər zaman arzuladığı hədəfinə nail oldu. Uzun müddət işğal altında olan torpaqlarımız, təhqir olunan mənəvi ocaqlarımız azad oldu. Xalqımızın qaməti dikəldi, layiq olduğu şərəfli həyata qovuşdu. Azərbaycan xalqı 2020-ci il 8 noyabrında yenidən doğuldu. Artıq o qalib xaldır, onun dövləti ən güclü dövlətdir, onun rəhbəri ən qüdrətli və ağıllı rəhbərdir!

Strateji, səbrli, uzaqgörən, soyuqqanlı, cəsarətli, xalqa arxalanan idarəetmə sistemi qurmaqla cənab İlham Əliyev bu möhtəşəm qələbəyə 2003-cü ildən başlayaraq addım-addım gələrək nail oldu. Bütün resursları “Qarabağ” hədəfinə yönəltməklə sonunda bütün dünyanın belə gözləmədiyi qələbəyə nail oldu, Azərbaycan xalqının düşmənlərinin başını əzdi.

Bu uzun yolda onun iqtisadi siyasəti, əldə etdikləri nəticələr hər zaman hər kəsdə həsəd yaratdı. Bu 18 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyərək inkişaf dinamikasına görə dünyada lider ölkə oldu, regionda ən çox xarici investisiya və texnologiya cəlb edən ölkəyə çevrildi. O, iqtisadi imkanlarımızın ixracı qarşısında olan bütün səddləri keçdi və əls iqtisadi müstəqilliyə nail oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP layihələri məhz onun səyləri və fədakarlığı ilə reallaşdı. Vaxtilə regionda infrastruktur cəhətdən blokada şəraitində olan Azərbaycan indi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi yeganə ölkədir.

Öz iqtisadi siyasətini regionların inkişafı ilə başlayan cənab İlham Əliyev Azərbaycanın tarazlı inkişafında mühüm nəticələr əldə etdi. Ölkəmizin hər bir bölgəsi artıq həyat şəraitinin yaxşılaşması, abad infrastruktura sahib olmaq göstəricilərinə görə dünya reytinqlərində qabaqcıl yerlərə sahibdirlər.

İnsan kapitalının inkişaf etdirilməsi, milli kadrların hazırlanması daim dövlət başçısının diqqətinə olmuşdur. Məhz onun ideyaları nəticəsində ölkəmizdə son 18 ildə yeni bir gənclik yetişdi - vətənpərvər, qorxmaz, müasir, ağıllı. O, ölkəmizin gələcək inkişafını məhz insan kapitalın üzərində qurdu və möhtəşəm uğurlar əldə etdi.

Uğurlu siyasət nəticəsində əldə edilən neft gəlirləri hesabına ölkəmizdə qeyri-neft sektorunun güclənməsi, sahibkarlığın inkişafı onun sürətli və əhatəli iqtisadi islahatlarının əsas hədəfi oldu. Davamlı aparılan bu islahatlar nəticəsində iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru oldu. Geniş şəffaflaşma prosesi, bürokratiyanın aradan qaldırılması, ədalətli rəqabətin təmin olunması iqtisadiyyatımızın dayanıqlı inkişafına böyük bir təkan verdi.


18 illik Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevi ən çox fərqləndirən xüsusiyyət onun sosial dövlət konsepsiyasını inşa etməsi, əldə olunan hər bir uğurun xalqın güzəranın daha da yaxşılaşmasına, onun təhlükəsizliyinin qorunmasına və gələcəyə ümidlərinin daha da artmasına sərf etməsi oldu. Bu siyasətin nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi dəfələrlə azaldı, sosial ödənişlərin həcmi dəfələrlə artdı, layiqli həyat şəraitinin səviyyəsinə görə Azərbaycan regionda bir çox ölkələri geridə qoydu.

O, əldə olunan güclü iqtisadi imkanları həm də ölkəmizin müttəfiqlərinin və dostlarının sayının artmasına, düşmənlərimizin neytrallaşdırılmasına, dünyada Azərbaycanın nüfuzunun artmasına sərf etdi. Bunun nəticəsində Azərbaycan həqiqətləri bütün dünyaya yayıldı, biz yaradıcı xalq kimi layiq olduğumuz rəğbətə sahib olduq, dünyanın aparıcı təşkilatlarına rəhbərlik etməkdəyik.

Cənab İlham Əliyev iqtisadi imkanları güclü ordu qurmağa sərf etməklə hər bir azərbaycan əsgərinə və hər bir azərbaycanlıya qalib olmaq inamı aşıladı. Məhz güclü Ali Baş Komandan, güclü əsgər və fədakar xalq hesabına biz döyüş meydanında qalib gəldik.

Dünyanın ən çətin dörü sayılan Covid-19 pandemiya dövründə məhz cənab İlham Əliyevin çevik idarəetməsi və böhranlı vəziyyətlərdə onun qəbul etdiyi düzgün qərarlar nəticəsində biz az itki ilə vəziyyəti idarəetməyi bacardıq. Azərbaycan dövlətinin iqtisadi gücü hesabına heç kimdən yardım istəmədən pandemiyadan əziyyət çəkən vətəndaşlara və sahibkarlara dövlət dəstəyi göstərildi və iqtisadi enişin kəskin olmasının qarşısı alındı.

Bu gün Azərbaycan dövləti hərtərəfli güclü dövlətdir. O, özünün ən şərəfli dövrünü yaşayır. Qarşımızda həm də ciddi çağırışlar yaranmaqdadır. İqtisadiyyatın davamı inkişadı, vətəndşalarımızın daha yaxşı yaşaması, müasir texnologiyalardan istifadənin genişləndirilməsi kimi mühüm çağırışlara nail olmaq yolunda Azərbaycan davamlı olaraq irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nəticələr bir daha göstərdi ki, müdrik dövlət rəhbəri, xalqın ona olan inamı və sevgisi ilə istənilən hədəfə nail olmaq mümkündür. Mən inanıram ki, biz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq.