Cəlilabadda BƏDBƏXT HADİSƏ: Gəlin maşını qəzaya düşdüCəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, toy kortecində olan gəlin maşını maneəyə çırpılıb.

Qəza nəticəsində gəlin xəsarət alıb, o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. ("Report")
Tokio-2020: Azərbaycan oyunları 7 medalla başa vurduAzərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 44 idmançıdan 7-i medal qazanıb.

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc

Boks: Alfonso Dominges (81 kq) - bürünc

Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc

Karate: Rafael Ağayev (75 kq) - gümüş, İrina Zaretska (+61 kq) - gümüş

Sərbəst güləş: Hacı Əliyev (65 kq) - gümüş

Qadın güləşi: Mariya Stadnik (50 kq) - (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Atıcılıq: Ruslan Lunyov

Atletika: Nazim Babayev (üç təkanla tullanma)

Karate: Firdovsi Fərzəliyev (67 kq)

Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

Qadın güləşi: Elis Manolova (68 kq)

Sərbəst güləş: Turan Bayramov (74 kq)

Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova

Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina

Sərbəst güləş Şərif Şərifov (97 kq)
Ölkəmizdə koronaya yoluxanların sayı 1300-ə çatırAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 289 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 350 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 667 nəfər müalicə olunaraq sağalıb, 5 056 nəfər vəfat edib. 10 882 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 625, bu günə qədər isə ümumilikdə 4 107 190 test icra olunub.
Hacı Əliyev finalda uduzduAzərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Avrasiya.net xəbər verir ki, H.Əliyev həlledici görüşdə Yaponiya təmsilçisi Takuto Otoquro ilə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə məğlub olaraq, olimpiadanın gümüş medalını qazanıb.
Azərbaycanın İrandakı səfiri geri çağırıldı - TəyinatBünyad Səməd oğlu Hüseynov Azərbaycan İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İranın yeni prezidentindən Azərbaycanla bağlı mühüm AÇIQLAMAAzərbaycan Respublikası ilə əlaqələrin daha da genişləndirilməsi üçün böyük addımlar atacağıq.

Avrasiya.net AzərTAc-a istinadən xəbər verir ki, bunu İranın yeni seçilən Prezidenti Seyid İbrahim Rəisi deyib.

İran Prezident bildirib ki, müştərək tarixə, dinə və milli adət-ənənəyə malik olan qonşu və dost dövlətlər böyük potensiala malikdirlər. Bu potensialdan istifadə edib qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.

Seyid İbrahim Rəisi qeyd edib ki, yeni hökumət yaxın qonşuları ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirəcək. Bu baxımdan Azərbaycan İranın yaxın qonşusu və dost dövlətdir. Hazırda İran ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha da inkişaf edə bilər. İqtisadiyyat, texnologiya, kənd təsərrüfatı sahələrində qarşılıqlı əməkdaşlıq üçün böyük imkanlar var. İran şirkətləri işğaldan azad olunan Azərbaycan ərazilərinin bərpasında yaxından iştirak etməyə hazırdırlar.

Prezident diqqətə çatdırıb ki, regional təhlükəsizlik məsələsində də iki dövlətin əlaqəli fəaliyyəti zəruridir. Regionda sülhün və əmin-amanlığın davamlı xarakter alması üçün birgə addımların atılması vacibdir. Rəsmi Tehran və Bakı xalqların mənafeyi üçün daha sıx əməkdaşlıq əlaqələri qurmalıdır və əlaqələr davamlı xarakter almalıdır.
Hökumətin Sahibə Qafarovanı “önə çəkərək” İrana göndərməsinin səbəbi:  Spikerin üstüörtülü və açıq mesajı – TƏHLİLMilli Məclis sədri Sahibə Qafarovanın İran Prezidenti Seyid Rəisinin andiçmə mərasimində iştirakı üçün Tehrana səfəri təkcə protokol qaydalarının tələb etdiyi görüşlərlə yadda qalmadı.

Öncəliklə xatırladaq ki, İrana gedən nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxil idi.
Sahibə Qafarovanın səfərinin mühümlüyünə diqqət çəkməzdən öncə bəzi məsələləri qeyd etmək lazımdır.

Altıncı çağırış Milli Məclisin fəaliyyətində beynəlxalq platformalarda parlament diplomatiyası çəkisini artırıb və bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli keçid rolunu oynayır.

Sahibə Qafarova bundan əvvəl də, bir neçə ölkəyə səfər edib və parlamentlərarası əlaqələrin möhkəmlənməsi üçün səylər göstərib.
Parlamentlərarası əlaqələrin dərinləşməsi ölkələrarası münasibətlərin inkişafına zəmin yaradan amildir.

Sahibə Qafarovanın İrana səfəri də bu cəhətdən təsadüfi deyildi: Azərbaycan parlament diplomatiyası ilə mövqeyini dilə gətirir.

Rəsmi görüşlərdə Şahin Mustafayev və ya xarici işlər nazirlərinin müavinləri keçirdikləri görüşlərin ictimaiyyət üçün açıq olan hissəsində açıq bəyanatlar səsləndirmə imkanından məhrumdurlar. Ona görə ki, onlar icraedici hakimiyyətin nümayəndələridir və diplomatik qaydalar əsasında hərəkət edirlər.

Bu zaman ortaya parlament diplomatiyası girir və Azərbaycanın mövqeyini İranın diqqətinə çatdırır, bu yayımlanan rəsmi informasiyanın mətninə daşınır.
Söhbət ondan gedir ki, Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşündə mühüm çağırışları dilə gətirib.

Sahibə Qafarova üstüörtülü də olsa, Azərbaycan-Ermənistan sərhədinin Qarabağ zonası üzrə delimitasiya prosesini və bunun İranla münasibətlərə təsirini ifadə edib. Ancaq açıq mətnlə yox, şifrəli mesajla.

Spiker qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.

Bu, o deməkdir ki, Azərbaycanın İranla sərhəd təşkil edən Zəngilan və Cəbrayıl rayonlarında sərhəd xətləri çəkiləcək və oranın mühafizəsi güclənəcək.

İkinci vacib bir məqam odur ki, Sahibə Qafarova İran parlamentini Xocalı soyqırımının tanınması ilə bağlı sənəd qəbul etməyə çağırıb.
Bu, Azərbaycan tərəfdən İranı ədalətli mövqe sərgiləməyə təşviq edən bəyanatdır.

Sahibə Qafarova “topu” İran tərəfə atdı, hərçənd Tehranın ədalətli mövqe sərgiləyəcəyi də sual altındadır.

İran mətbuatının Qafarova-Qalibaf görüşünə dair yaydığı məlumatlarda xanım spikerin Xocalı soyqırımının tanınmasına dair fikrini işıqlandırmaması da bunun bariz nümunəsidir.

Aqşin Kərimov
Nizaməddin Quliyevə hökm oxundu - 9 il həbsDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Avrasiya.net xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Hökmdə qeyd olunub ki, məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.

Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
DİN: Dünən 2397 nəfər toya buraxılmayıbAvqustun 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 302 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, monitorinq 242 şadlıq sarayında, 60 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 2397 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.