Sizin Reklam Burada

Hökumətin Sahibə Qafarovanı “önə çəkərək” İrana göndərməsinin səbəbi: Spikerin üstüörtülü və açıq mesajı – TƏHLİL

Hökumətin Sahibə Qafarovanı “önə çəkərək” İrana göndərməsinin səbəbi:  Spikerin üstüörtülü və açıq mesajı – TƏHLİLMilli Məclis sədri Sahibə Qafarovanın İran Prezidenti Seyid Rəisinin andiçmə mərasimində iştirakı üçün Tehrana səfəri təkcə protokol qaydalarının tələb etdiyi görüşlərlə yadda qalmadı.

Öncəliklə xatırladaq ki, İrana gedən nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxil idi.
Sahibə Qafarovanın səfərinin mühümlüyünə diqqət çəkməzdən öncə bəzi məsələləri qeyd etmək lazımdır.

Altıncı çağırış Milli Məclisin fəaliyyətində beynəlxalq platformalarda parlament diplomatiyası çəkisini artırıb və bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli keçid rolunu oynayır.

Sahibə Qafarova bundan əvvəl də, bir neçə ölkəyə səfər edib və parlamentlərarası əlaqələrin möhkəmlənməsi üçün səylər göstərib.
Parlamentlərarası əlaqələrin dərinləşməsi ölkələrarası münasibətlərin inkişafına zəmin yaradan amildir.

Sahibə Qafarovanın İrana səfəri də bu cəhətdən təsadüfi deyildi: Azərbaycan parlament diplomatiyası ilə mövqeyini dilə gətirir.

Rəsmi görüşlərdə Şahin Mustafayev və ya xarici işlər nazirlərinin müavinləri keçirdikləri görüşlərin ictimaiyyət üçün açıq olan hissəsində açıq bəyanatlar səsləndirmə imkanından məhrumdurlar. Ona görə ki, onlar icraedici hakimiyyətin nümayəndələridir və diplomatik qaydalar əsasında hərəkət edirlər.

Bu zaman ortaya parlament diplomatiyası girir və Azərbaycanın mövqeyini İranın diqqətinə çatdırır, bu yayımlanan rəsmi informasiyanın mətninə daşınır.
Söhbət ondan gedir ki, Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşündə mühüm çağırışları dilə gətirib.

Sahibə Qafarova üstüörtülü də olsa, Azərbaycan-Ermənistan sərhədinin Qarabağ zonası üzrə delimitasiya prosesini və bunun İranla münasibətlərə təsirini ifadə edib. Ancaq açıq mətnlə yox, şifrəli mesajla.

Spiker qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub.

Bu, o deməkdir ki, Azərbaycanın İranla sərhəd təşkil edən Zəngilan və Cəbrayıl rayonlarında sərhəd xətləri çəkiləcək və oranın mühafizəsi güclənəcək.

İkinci vacib bir məqam odur ki, Sahibə Qafarova İran parlamentini Xocalı soyqırımının tanınması ilə bağlı sənəd qəbul etməyə çağırıb.
Bu, Azərbaycan tərəfdən İranı ədalətli mövqe sərgiləməyə təşviq edən bəyanatdır.

Sahibə Qafarova “topu” İran tərəfə atdı, hərçənd Tehranın ədalətli mövqe sərgiləyəcəyi də sual altındadır.

İran mətbuatının Qafarova-Qalibaf görüşünə dair yaydığı məlumatlarda xanım spikerin Xocalı soyqırımının tanınmasına dair fikrini işıqlandırmaması da bunun bariz nümunəsidir.

Aqşin Kərimov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər