ABŞ-ın 130 milyon dollarlıq PUA-sı qəzaya uğradı

ABŞ-a məxsus “Qlobal Havk” (Global Hawk) pilotsuz uçuş aparatı qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, 130 milyon dollarlıq pilotsuz uçuş aparatı texniki nasazlıq səbəbindən Şimali Dakota bölgəsində qəzaya düşüb.

PUA-nın düşdüyü yerdə baş verən yanğın qısa müddətdə söndürülüb.