Orxan Musayev "Qızıl qələm" media mükafatına layiq görülübAzərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist Orxan Musayev dövri mətbuatda çap olunan publisistik yazılarına görə, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatına layiq görülüb.

Müəllifin müxtəlif mövzularda məqalə və yazıları dövri mətbuatda mütəmadi dərc edilərək ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılır.

Xatırladaq ki, "Qızıl qələm" mükafatı 1970-ci ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunub.

2000-ci ildən isə mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) tərəfindən təqdim edilir.
"Azərbaycan-İsrail müttəfiqliyi güclənir" - Mirsamir Məmmədovİsraildə Ticarət və Turizm Nümayəndəliyin açılması ölkəmizin uğurudur. Əməkdaşlığın daha da dərinləşməsi və möhkəmlənməsi beynəlxalq yəhudi şirkətlərinin Azərbaycana investisiya yatırımını daha da artıracaq. Eyni zamanda münasibətlər daha da möhkəmlənəcək..

Bunu İsraildə Azərbaycanın Ticarət və Turizm Evinin açılmasından danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov deyib.

M. Məmmədov bildirib ki‚ Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə rəsmi səfəri Azərbaycanın iqtisadi və geosiyasi maraqları baxımından çox vacib və uğurlu bir səfərdir və ölkəmizin inkişafı yönündə böyük perspektivlər vəd edir. Göründüyü kimi‚ hörmətli nazir Mikayıl Cabbarov bir sıra uğurlu və perspektivli görüşlər keçirtdi. Ən önəmlisi isə İsrailin Təl-Əviv şəhərində Azərbaycan və İsrail Ticarət Evinin açılışı oldu. İsraildəki Azərbaycan Ticarət Nümayəndəliyinin açılışını Azərbaycan tərəfindən nazir Mikayıl Cabbarov və İsrailin tərəfindən isə İsrailin Turizm naziri Yoel Rozvazov birgə həyata keçirtdilər. Bu‚ İsraildə Azərbaycanın ilk rəsmi qurumunun nümayəndəliyidir və çox uğurlu bir addımdır. Bu Nümayəndəliyin açılması İsrail və Azərbaycan arasındakı münasibətləri daha dərinləşdirəcək. İqtisadi‚ siyasi‚ hərbi və təhlükəsizlik sahələrindəki əməkdaşılığa böyük təkan verəcək və müttəfiqliyimizi daha da gücləndirib möhkəmləndirəcək.

Bu səbəbdən bu gün‚ İyulun 29-da Təl-Əviv şəhərində bu rəsmi Ticarət və Turizm Nümayəndəliyin açılması hər iki ölkənin Dövlət maraqları baxımından çox önəmli addımdır və xalqlararası münasibətlərin dərinləşməsinə böyük töhvə verəcək əlamatdar və tarixi bir hadisədir. Xalqlarımız‚ iş adamlarımız və ölkələrimiz bundan böyük yarar görəcək. İsrail birmənalı şəkildə Azərbaycana qardaş ölkədir.

Yəhudi milləti hər zaman‚ bütün tarix boyu Azərbaycan xalqını qardaş gözündə görüb və ölkəmizi hər zaman doğma ölkə biliblər. Müstəqilliyimiz əldən olunandan indiyə qədər‚ 30 ildir ki‚ İsrail və bütün yəhudilər bütün dünya kürsülərində Azərbaycanı dəstəkləyir. Xüsusən 44 günlük ikinci Qarabağ müharibəsində İsrail dövləti və Yəhudi Lobbisi Azərbaycanı var qüvvəsilə dəstəklədi. Yəhudilər dünyanın hər yerində ermənilərlə Azərbaycana görə savaşdılar. Yəhudilər və İsrail dövləti Azərbaycanın ən səmimi‚ ən etibarlı və ən sədaqətli sadiq can dostudur. İsrail və yəhudilər Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə və xalq olaraq‚ Azərbaycanın müstəqilliyinin tanınmasını BMT Təhlükəsizlik Şurasına çıxaran və BMT T.Ş.-da müstəqilliyimizin tanınmasında əsas təşəbbüskarlıq göstərmiş və əmək sərf etmiş‚ 30 il boyu Azərbaycanı dəstəkləmiş‚ bütün münaqişələrdə Azərbaycanın yanında olmuş və öz yardımını göstərmiş ölkə olaraq öz qardaşlığını sübut etmiş bir ölkədir.

Bizlər də hər zaman İsrailə və yəhudi millətinə qardaşıq. Hər zaman İsrailin və qardaş yəhudi xalqının yanındayıq. İsraildə yeni açılan Ticarət və Turizm Nümayəndəliyi də ölkələrimiz üçün xeyirli və uğurlu olsun! AMİN
Saakaşvili qayıdırPayızda Gürcüstana qayıdacağam.

Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

“Gürcüstan xalqı yoxsulluğu aradan qaldırmaq və layiqli həyat istəyir. Xalq bataqlıqda, yoxsulluqda, ümidsiz vəziyyətdə yaşamaqdan yorulub, insanlara verilən yeganə perspektiv ölkədən qovulmaqdır.

Bu seçkilər yenə də keçiriləcək və millət və tarix qarşısındakı borcumu yerinə yetirəcəyəm, bu dəfə referendumdan əvvəl Gürcüstana gələcəyəm. İvanişvili bu dəfə gürcü xalqını tapdalaya bilməyəcək, hakimiyyəti bitdi”, - Saakaşvili bildirib
Türkiyədə qohumlar arasında atışma: 4 nəfər öldüTürkiyənin Trabzon əyalətinin Hayrat rayonunda qohumlar arasında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə iyulun 29-da günorta saatlarında rayonun Güldərən məhəlləsində qeydə alınıb.

Bildirilib ki, 8 il əvvəl yaşanan bir hadisə zamanı Bektaş ailəsinə mənsub iki qrup arasında mübahisə yaranıb. Bu, qısa müddət ərzində davaya çevrilib. Tərəflər bir-birinə silah çəkərək atəş açıblar.

Məlumata görə, polis əməkdaşları hadisə yerindən qaçan Abdi və İshak Bektaşın tutulması üçün əməliyyata başlayıb.
Daşkəsəndə 60 yaşlı qadını it parçaladı, vəziyyəti ağırdırDaşkəsən rayonunda 60 yaşlı qadını it parçalayıb.

Avrasiya.net xəbər verir ki, hadisə Əmirvar kəndində baş verib. Kənd sakini 1961-ci il təvəllüdlü Zöhrə Daşdəmir qızı Əhmədovanı it parçalayıb.

Bədəninin bir çox yerindən xəsarətlər alan qadın ilk olaraq Daşkəsən rayonuna, oradan isə təcili olaraq Gəncə şəhərinə gətirilib.

Hazırda qadının vəziyyəti ağırıdr.

İlkin məlumata görə, hadisə yaylaqda baş verib.
Azərbaycanlı çoban itkin düşdüGürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola çıxıb və geri dönməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.

Ağcabədidə küçəyə atılan körpənin anası tapıldıƏvvəllər kütləvi informasiya vasitələrində və sosial media səhifələrində xəbər verildiyi kimi, 22 iyul 2021-ci iltarixdəAğcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “ŞəhidlərXiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpə sağ vəziyyətdə tapılıb və onun səhhətinin normal olması müəyyənləşib.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib. Sonuncu ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədi ilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.
DİN yanında İctimai Şura bəyanat qəbul edibDaxili İşlər Nazirliyi yanında İctimai Şura
Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında BƏYANAT qəbul edib.

İctimai Şuradan Avrasiya.net-ə daxil olan bəyanatda deyilir:

DİN yanında İctimai Şuranın 19 iyul 2021-ci il tarixdə keçirilən iclasında Şuranın “Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında BƏYANAT”- ı qəbul edilib. Bu Bəyanat Şura və onun üzvlərinin fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunması, qərəzsiz olması, obyektivlik prinsiplərinin qorunması məqsədilə qəbul edilib. Maraqlar toqquşması hallarının yolverilməzliyi və onların qarşısının alınması haqqında müddəalar və nəzərdə tutulan məsuliyyət Şuranın Etik Davranış Kodeksində də öz əksini tapıb. Aşağıda sözügedən Bəyanatın mətni ilə tanış ola bilərsiniz:

Daxili İşlər Nazirliyi yanında İctimai Şura
Maraqlar toqquşmasına yol verilməsinin qarşısının alınması haqqında BƏYANAT

Azərbaycan, Bakı şəhəri 19.07.2021-ci il

Daxili İşlər Nazirliyi yanında İctimai Şura şəffaflıq, hesabatlılığın yüksək standartlarına riayət edilməsini, maraqlar toqquşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini ictimai maraqlara cavab verən fəaliyyətin əsas şərtlərindən biri kimi nəzərdən keçirir.

İctimai Şura hesab edir ki, ictimai etimadın əsas məsələlərindən biri onun qərəzsiz, obyektiv fəaliyyətinə mane ola biləcək, şübhələr yaradacaq və kölgə salacaq hal və hərəkətlərə yol verilməməsidir. İctimai Şura öz fəaliyyəti ilə əlaəqdar, bu cür hal və hərəkətlərə qarşı barışmaz mövqe tutacaqdır və bu mövqe Şura üzvlərinin ümumi rəy və iradəsinə əsaslanır.
Bu qeyd olunanlara əsas tutaraq İctimai Şura üzvləri bəyan edirlər ki, maraqlar toqquşmasının qarşısının alınması məqsədilə DİN-in keçirdiyi qrant və digər müsabiqələr, həmçinin bütün növ satınlamalarda iştirak etməyəcəklər.

İctimai Şura üzvləri ictimai əsaslarla fəaliyyət göstərmək prinsipinə sadiq qalaraq İctimai Şuranın üzvü kimi onun fəaliyyəti ilə əlaqədar maddi və sair nemətlərin, güzəştlərin, imtiyazların əldə olunmasını nəzərdə tutan heç bir hərəkətə yol verməyəcəklər.
Deputat sərxoş halda polisi döydü - DİN-dən açıqlamaXaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

Avrasiya.net xəbər verir ki, Xaçmaz sakinləri Bakipost.az-a açıqlamalarında hadisənin dünən Nabranda baş verdiyini bildiriblər.

Sakinlər qeyd edib ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

***

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə məlumat daxil olmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında DİN-nin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.
Şəntop və Qeysər Şuşa məscidində namaz qıldıAzərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Şuşaya səfəri davam edir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, qonaqlar Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrinə baş çəkiblər, Cıdır düzündə olublar.

Nümayəndə heyəti daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edib. M.Şəntop, Ə.Qeysəri və Azərbaycan, Türkiyə, Pakistan parlamentlərinin nümayəndə heyətlərinin üzvləri məsciddə namaz qılıblar, dualar ediblər.