Sizin Reklam Burada

Jurnalist Rafiq Hacıyev vəfat edib

Jurnalist Rafiq Hacıyev vəfat edibAzərbaycan jurnalistikasına və publisistikasına ağır itki üz verib.

Avrasiya.net xəbər verir ki, iyulun 28-də istedadlı yazıçı- jurnalist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü Rafiq Qənbər oğlu Hacıyev 67 yaşında ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Rafiq Hacıyev Yevlax şəhərində anadan olub, burada orta təhsil alıb. Yeniyetmə dövründən rəssamlığa, musiqiyə, incəsənətə və jurnalistikaya çox böyük həvəs göstərib, ilk yazıları respublika uşaq nəşrlərində və rayon qəzetlərində çap olunub. O, 1975–1980-cı illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Tələbə ikən nüfuzlu "Kommunist" qəzetində çalışan Rafiq Hacıyevin imzası da məhz burada geniş tanınmağa başlayıb. Uzun illər ölkənin bu avanqard qəzetində müxbir, baş müxbir, məsul katib müavini və məsul katib vəzifələrində çalışıb, ilk müstəqil qəzet "Səhər" qəzetin də məsul katibi olub.

1991–1993-cü illərdə "Azərbaycan", "Həyat" qəzetlərində məsul katib, "Odlar Yurdu" qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-95-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin AZƏRTAC-da müxbir və buraxılış redaktoru işləyib. Sonrakı illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Mətbuat mərkəzinin məsul əməkdaşı olub.

Uzun jurnalistika və publisistika sahəsində yorulmadan çalışan istedaddlı yazıçı-publisist kimi Rafiq Hacıyev bir sıra bədii-sənədli əsərlərin və kitabların müəllifi idi. Milli jurnalistikamızda xidmətləri və kitabları "Həsən bəy Zərdabi", "Cəfər Cabbarlı", "Rəsul Rza", “Humay”, “Mahmud Qaşqarlı” kimi nüfuzlu mükafatlara layiq görülmüşdü. 2019-cu ildə 65 illik yubileyi respublika səviyyəsində təntənə ilə qeyde edilib.

Allah rəhmət eləsin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər