ABŞ-dan İrana yeni sanksiyalar ABŞ rəhbərliyi ölkəsinin tək tərəfli sanksiyalarına şamil olan İran fiziki və hüquqi şəxslərinin siyahısını növbəti dəfə genişləndirib.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik tərəfindən dərc olunan açıqlamaya əsasən, məhdudlaşdırıcı tədbirlər İranın daha doqquz vətəndaşı və 49 şirkət və təşkilatını, habelə İslam Respublikasının bayrağı ilə üzən bir gəmiyə qarşı tətbiq olunacaq.
Ermənistan 2425 əsgərinin öldüyünü təsdiq etdiSentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiq edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

"Dünən axşam etibarilə bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib" - deyə, o qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir.
Gənc şairin kitabı çıxıb - "Ömür bitər, sevgi bitməz"Gənc və istedadlı şair Amil Baycanın yeni "Ömür bitər, sevgi bitməz" adlı şeirlər kitabı çapdan çıxıb.

Kibabın redaktoru Filologiya üzrə fəlsəfə doktoru, dosent Ədalət Abbasov, ön sözün müəllifi isə Filologiya elmləri doktoru, professor, nəğməkar şair Vüqar Əhməd dir.

Kitabda müxtəlif mövzularda şeirlər yer alsa da, əsas yeri sevgi şeirləri tutub.
Gənc şairin kitabı çıxıb - "Ömür bitər, sevgi bitməz"
Daha 7 kənd Azərbaycanın nəzarətinə qayıdır - VideoKeçmiş Ağdərə rayonunun daha altı kəndi Azərbaycanın nəzarətinə qaytarılacaq.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Qarabağın Vahid İnformasiya Mərkəzi” yayıb.

Məlumata görə, bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalıdır.

Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

Bu kəndlərdən 5-i (Yeni Marağa, Mollalar, Papravənd, Boyəhmədli, Əliağalı) Ağdam rayonunun, 1-i isə Tərtərin (Seysulan) inzibati ərazisinə daxildir.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.

***

Son məlumata görə, Çiləbürt kəndi (Tərtər) də Azərbaycanın nəzarətinə qaytarılacaq.




Ucarda 29 yaşlı gənc itkin düşüb - FotoUcar şəhərində yaşayan 29 yaşlı Anar Səlimov 27 may 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə,itkin düşən şəxsin əlamətləri belədir: boyu 170 sm., saçı qısa qara rəngli, gözlərinin rəngi şabalıdıdır.

A.Səlimov evdən çıxarkən əynində göy rəngdə cins şalvar, narıncı rəngli uzunqol kofta, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ucar RPŞ-yə (02021) 3-00-53 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Erməni əsgərlər İrana qaçıblar Ermənistan Müdafiə Nazirliyi sosial şəbəkələrdə İran ərazisində müəyyən sayda erməni hərbçisinin olması ilə bağlı məlumatlara reaksiya verib.

Axar.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri İranın Ermənistandakı səfirliyinin nömrələrini qeyd edərək, Xocavənd və Cəbrayılda xidmət edərkən itkin düşən əsgərlərin valideynlərinin övladları haqda bilgilərə sahib olmaq üçün səfirliklə əlaqə saxlaya biləcəklərini bildiriblər.

Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bu məlumatı aydınlaşdırmaq üçün İran tərəfi ilə fəal işlədiklərini bildirib.

Onun sözlərinə görə, Ermənistanın Tehrandakı səfirliyinin sorğusuna cavab olaraq və İranın İrəvandakı diplomatik nümayəndəliyi ilə danışıqlar zamanı İranda erməni hərbçilərinin olması barədə məlumat təsdiqlənməyib.

Xatırladaq ki, son günlər Qarabağ cəbhəsinin cənub sektorunda, Araz vadisində gedən döyüşlər zamanı hərbi personalın İran ərazisinə keçməsi barədə məlumatlar yayılmaqdadır.
"Qədim Qarabağımızın tarixi bundan sonra zəfər və uğur səhifələri ilə zənginləşəcək." Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri


Noyabrın 16-da Prezident və Ali Baş Komandanımız İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Cəbrayıl və Füzuli rayonlarına səfər etmələri 44 günlük müharibədəki şanlı Qələbəmizdən sonra Azərbaycan tarixinin yeni, qürur dolu anlarından biri oldu. Ali Baş Komandanın Füzuli rayonunda əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanması tarixi Qələbəmizin təntənəsi kimi qiymətləndirilməlidir. Bu bir xalqın öz qalib Liderinə sevgisinin və minnətdarlığının təzahürü idi. Bu həm də 44 gün davam edən İkinci Qarabağ müharibəsində İlham Əliyevin bir Ali Baş Komandan kimi yaşadığı gərginliklərin, apardığı yorulmaz mübarizəsinin mükafatıdır.

Prezidentin və birinci xanımın 28 illik işğaldan sonra 16 noyabrda Qarabağa etdiyi tarixi səfər və eləcə də Qarabağa, Şuşaya aparan yeni yolun təməlinin qoyulması işğalçıların viran qoyduğu bu qədim bölgəmizə yeni nəfəsin və abadlığın gəlişinin müjdəsini verdi. Dövlət başçısı bəyan etdi ki, işğaldan azad edilmiş rayonlarımız tezliklə planlı şəkildə bərpa ediləcək, xarici və yerli şəhərsalma mütəxxəsislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı həyata keçiriləcək, eyni zamanda ekoloji tarazlıq yenidən bərpa olunacaq, ermənilərin törətdiyi ekoloji terrorun ağır nəticələri aradan qaldırılacaq.

Prezidentin və xanımının tarixi Xudafərin körpüsünü ziyarət etməsi isə bu səfərin əhəmiyyətini bir qədər də artırdı. Bu gün ölkədə hamı İlham Əliyevin və Mehriban xanımın Xudafərini ziyarət etmələrindən danışır. Bu ziyarət cəmiyyətdə müsbət mənada böyük rezonans doğurdu. Sosial şəbəkələrdə hamı həmin ziyarətin əks olunduğu fotoşəkilləri paylaşır. Çünki bu ziyarət hamımız üçün xüsusi rəmzi məna daşıyır. Xüdafərin körpü-abidə kompleksi bütün azərbaycanlıların qürur yerlərindən biri sayılır. Çünki Xudafərin sadəcə körpü və ya tarixi abidə deyil. Xudafərin ilk növbədə milli-mənəvi dəyərdir, bütün azərbaycanlıları birləşdirən ruhi bağdır. Məhz buna görə də Prezidentin və xanımının bu tarixi məkanı ziyarət etməsi hər kəsin rəğbətinə səbəb oldu.

Beləliklə, öz qalib ordusu ilə görüşə gedən, işğaldan azad edilmiş torpaqlarımıza salam aparan dövlət başçımız və birinci xanım Xudafərini ziyarət etməklə və o torpaqlarda üçrəngli bayrağımızı ucaltmaqla bu səfər möhür vurdular və eyni zamanda tariximiz üçün yeni bir səhifə açdılar. Qədim Qarabağımızın tarixi bundan sonra zəfər və uğur səhifələri ilə zənginləşəcək.

İlham Əliyevdən səfirə SƏRT SÖZLƏR: Mənə köməkçim məlumat verdi ki... - VİDEO"Xoş gəlmisiniz. Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək".

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanı qəbulu zamanı deyib.

Dövlət başçısı sözlərinə belə davam edib: "Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı".
Düşmənin mülki əhalimizə atdığı “Smerç”" raketlərin görüntüləri yayıldı - VİDEOMüharibə zamanı Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə "Smerç" raketlərinin buraxılmasının videosu yayılıb.

Avrasiya.net xəbər verir ki, erməni mediasında yayılan görüntülərdə raketlərin buraxılma anı əks olunub.

Qeyd edək ki, raket zərbələri nəticəsində Azərbaycanda ümumilikdə 94 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb. Bundan başqa, 512 mülki obyekt, 120 hündürmərtəbəli yaşayış binası və 3410 yaşayış evi yararsız hala düşüb.





 25 nəfər virusun qurbanı olubAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.