25 nəfər virusun qurbanı olub
Dərc olunub:
18-11-2020, 14:03
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 239 yeni yoluxma faktı qeydə alınıb, 1 217 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 25 nəfər COVID-19-dan vəfat edib.