Bağdad raket atəşinə tutuldu
Dərc olunub:
18-11-2020, 07:59
İraqın paytaxtı Bağdadın “yaşıl zonası” raket hücumuna məruz qalıb.
Avrasiya.net xəbər verir ki, dövlət qurumlarının, səfirliklərin yerləşdiyi zonaya ən azı 5 raket atılıb.
Məlumata görə, raket hücumu zamanı C-RAM havadan müdafiə sistemi işə düşüb. Xəsarət alan yoxdur.