Ali Baş Komandan: "Rusiyadan Ermənistana külli miqdarda silah keçirilir"“Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “TASS” informasiya agentliyinə videomüsahibəsində deyib. Dövlət başçısı bildirib:

“Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir”.
Ermənistan ordusunun daha bir neçə hərbi texnikası ələ keçirildiAzərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.

Avrasiya.net-in "Azərtac"a istinadla xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 2 "KamAZ", 1 "Ural", 3 "QAZ", 2 "UAZ", 1 “Niva” markalı avtomobil və 1 traktor qənimət kimi ələ keçirib. Texnikaların hamısı işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun hərbi texnikaları qənimət olaraq ələ keçirilmişdi.
Erməni işğalçılarının törətdikləri vəhşiliklər ərəbdilli ölkələrin mətbuatındaAMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev ərəbdilli televiziya və radio kanalları vasitəsilə Azərbaycan həqiqətlərini, son zamanlar cəbhə bölgəsində və respublikamızın digər bölgələrində ermənilərin törətdikləri təxribatlar barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqda davam edir. Oktyabrın 3-də BBC Arabic televiziyasının “Xəbərlər” verlişində yayımlanan ilk müsahibədə Elnur Mustafayev erməni hərbi qüvvələrinin təxribat xarakterli hücumlarından söhbət açıb, bununla yanaşı sentyabr ayının 27-də Ermənistan tərəfinin Naftalan şəhərini ağır silahlardan atəşə tutması nəticəsində bir ailənin tam şəkildə həlak olması və mülkü vətəndaşlara dəymiş zərərlər haqqında ətraflı məlumat verib.

Elnur Mustafayev oktyabr ayının 4-də BBC Arabic televiziyasının “Xəbərlər” proqramına və BBC Arabic radiosuna müsahibə verərək ermənilərin Gəncə şəhərini raket və ağır silahlarla atəşə tutması, hücum nəticəsində bir mülkü vətandaşın həlak olması, çox sayda yaralıların olması, Gəncə şəhərinin infrastrukturuna ciddi ziyan dəyməsi və bir neçə tarixi-mədəni abidələrin dağılması haqqında məlumatları ərəb dünyasına çatdırıb. Azərbaycanlı şərqşünas müsahibədə, həmçinin Ermənistan tərəfinin hərbi təxribata əl atdığını, mülki vətəndaşları hədəfə aldığını və bu yolla münaqişənin sərhədlərini genişləndirmək istəklərini diqqətə çatdırıb.
Şərqşünas alim oktyabr ayının 7-də yenidən BBC Arabic televiziyasının “Xəbərlər” proqramına müsahibə verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhərlərini atəşə tutması, atəş nəticəsində mülki vətəndaşlara maddi və mənəvi zərərlərin dəyməsi, həmçinin Ermənistanın beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan informasiyaları yayması haqqında ətraflı danışıb.

Oktyabrın 8-də BBC Arabic radiosuna müsahibəsində Elnur Mustafayev Ermənistanın Azərbaycanın qədim ərazisi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal etməsi, erməni işğalı nəticəsində bir milyondan çox əhalinin ölkə ərazisində qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin son hadisələrlə bağlı, Ermənistanın Azərbaycan şəhərlərini raket və ağır silahlardan atəşə tutması, hücum nəticəsində şəhərlərə və mülki vətəndaşlara dəymiş ziyanlarla bağlı ətraflı məlumat verib.

Şərqşünas alim oktyabrın 9-da ABŞ dövlətinə məxsus, ərəb dilində fəaliyyət göstərən “Hurra” televiziya kanalında, Bakı vaxtı ilə 22:30-dan canlı yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistandan dəvət olunmuş qonaqların da iştirak etdikləri teledebatda iştirak edib. E.Mustafayev tarixə və beynəlxalq hüquqa əsaslanan faktlar gətirməklə Ermənistanı təmsil edən opponentini üstələyib. Bununla yanaşı, Elnur Mustafayev debat zamanı müharibənin Ermənistan ərazisində deyil, bütün hüquqi və beynəlxalq qərarların təsdiq etdiyi Azərbaycan ərazisində getdiyini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT-nin Azərbaycan lehinə 4 qətnamə çıxardığını, bəyanatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməsi məsələsi tələb edildiyini, işğal nəticəsində bir milyondan çox dinc azərbaycanlı əhalinin qaçqın düşdüyünü, bundan əlavə erməni hərbi birləşmələrinin 26 fevral 1992-ci ildə azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirdiyini və regionda sülhün yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə mümkün olacağını geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

Alim oktyabrın 10-da ərəb dünyasının kifayət qədər nüfuzlu TV kanallarından biri, Livan Respublikasına məxsus “Məyadin” televiziya kanalına da müsahibə verib. Elnur Mustafayev öz müsahibəsində Azərbaycanın şanlı ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar və erməni işğalından azad olunmuş ərazilər haqqında məlumat verib. Bununla yanaşı, Şərqşünaslıq İnstitutunun əməkdaşı müsahibədə Azərbaycanın qədim ərazisi olan Qarabağın Ermənistan dövləti tərəfindən işğal edildiyini, işğal nəticəsində bir milyondan çox azərbaycanlı əhalinin qaçqın düşdüyünü və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.
Eyni gündə Elnur Mustafayev BBC Arabic kanalında yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistan və Rusiyadan qonaqların iştirakı ilə 25 dəqiqə çəkən teledebatda iştirak edib. Azərbaycanlı şərqşünas tarixə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan faktları qeyd etməklə öz üstünlüyünü nümayiş etdirib. Elnur Mustafayev öz çıxışında müharibənin Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində getdiyini, müharibə başlandığı gündən etibarən Azərbaycanın şanlı ordusunun döyüş meydanında qazandığı uğurları, Ermənistan dövlətinin atəşkəsdən istifadə edərək hər bir vəchlə öz mənfur niyyətlərini həyata keçirmələrini izləyicilərə çatdırıb. O, həmçinin beynəlxalq təşkilatların və bütün dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin həllinin yalnız erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarını tərk etməsi ilə mümkün olacağını qeyd edib. Debatda Ermənistanı təmsil edən qonağın əsassız iddiaları aparıcı tərəfindən də etirazla qarşılanıb.

Şərqşünas alim oktyabrın 11-də BBC Arabic kanalında səhər saat 09:00-da yayımlanan “Xəbərlər” verilişinə də müsahibə verib. Elnur Mustafayev müsahibədə Ermənistan hərbi qüvvələrinin Gəncə şəhərini raket və ağır silahlardan atəşə tutması və hücum nəticəsində 9 sivil vətəndaşın həlak olması, içərisində qadın, uşaq olmaqla 36 nəfərin yaralanması haqqında məlumatları ərəb dünyasına çatdırıb. O, Ermənistan tərəfinin humanitar atəşkəsi pozduğunu, hərbi təxribatlara əl atmaqla digər dövlətləri müharibəyə cəlb etmək niyyətlərini və digər məsələləri qeyd edib.

Elnur Mustafayev həmin gün BBC Arabic-in 15:00 “Xəbərlər”ində də efirə qoşulub. O, ermənilərin raket və ağır silahlardan açdığı atəş nəticəsində Gəncə şəhərinə dəyən mənəvi və maddi zərərlər haqqında ətraflı məlumat verib. Elnur Mustafayev öz müsahibəsində Ermənistan dövlətinin əl atdığı hərbi təxribat və terror haqqında məlumatları ərəb dünyasına çatdırıb.

Həmin gün İraqın Nücəba TV kanalı da Elnur Mustafayevlə müsahibəni izləyicilərinə çatdırıb. Şərqşünaslıq İnstitutunun əməkdaşı fürsətdən istifadə edərək İraq xalqına, o cümlədən İraqda yaşayan türkmənlərə Azərbaycan xalqı adından dəstəklərinə görə öz minnətdarlığını bildirib. Daha sonra Elnur Mustafayev İraq xalqına Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ətraflı şəkildə çatdırıb.

Oktyabrın 11-də Elnur Mustafayev Bakı vaxtı ilə 22:00-da mərkəzi Londonda yerləşən “əl-Arabi” kanalında Rusiya və Ermənistandan dəvət olunmuş qonaqlarla birlikdə teledebatda da iştirak edib. Azərbaycanlı alim debat zamanı Rusiya və Ermənistandan dəvət olunmuş ekspertlərin əsassız danışıqlarına cavab olaraq, tarixi və diplomatik faktları qeyd etməklə geniş ərəbdilli izləyici kütləsini maarifləndirib. Bununla yanaşı, o, Qarabağın beynəlxalq qərarlar çərçivəsində Azərbaycana məxsus olduğunu, həmçinin tarixi faktların da bu ərazilərin Azərbaycanın qədim torpaqları olduğunu, ermənilərin bu ərazilərə Gülüstan və Türkmənçay müqaviləsi əsasında gəldiyini, müharibə başlandığı gündən etibarən Azərbaycan ordusunun uğurlar əldə etdiyini və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.
 Bu, ermənilərə baha başa gələcək – İlham ƏliyevBiz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyinə verdiyi müsahibəsində deyib.

“Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər”, - İlham Əliyev bildirib
İlham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”Rəsmi Bakının təmsilçiləri Moskvada və ya başqa bir yerdə erməni tərəfi ilə Dağlıq Qarabağla bağlı danışıqlar aparmağa hazırdırlar.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyində müsahibəsində söyləyib.

“Qarşıdurmaya son qoymaq və həll yollarını tapmaq üçün həm Moskvada, həm də hər hansı digər bir yerdə görüşməyə hər zaman hazırıq”, deyə İlham Əliyev vasitəçilik yolu ilə həmkarı ilə görüşmək üçün Moskvaya gəlməyə hazır olub-olmadığına dair suala cavab verərkən qeyd edib.

Eyni zamanda, Azərbaycan Prezidenti Bakının hər cür təmasa hazır olduğunu söyləyib.

“Hazırkı vəziyyətdə mən belə bir dəvət almamışam, bu səbəbdən sual mənə ünvanlanmamalıdır. Şəxsən Rusiya Prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedev, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli görüşlər təşkil edib. Ancaq Ermənistanda hakimiyyət şərti olaraq “Soros”un əlinə keçəndən sonra bu cür təmaslar dayandırılıb”, deyə İ. Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya həmişə münaqişənin həllində mühüm rol oynayıb. Bunun üçün həm tarixi, həm də coğrafi baxımdan obyektiv səbəblər var. Buna səbəb həmçinin Rusiyanın on illərdir bölgəmizdə fəal şəkildə fəaliyyət göstərməsi və qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasıdır. Buna görə də biz hər cür təmaslara hazırıq” – Azərbaycan Respublikasının prezidenti vurğulayıb.

İ. Əliyev xatırladıb ki, xarici işlər nazirlərinin görüşünün təşkili barədə təklif aldıqda, Azərbaycan tərəfi dərhal bu görüşə razılıq verib.

“Bu məqam həmçinin bizim mövqeyimizin göstəricisidir, axı o zaman Azərbaycan ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi. Münaqişənin davam etməsindən on gündən çox vaxt keçmişdi və kimin nəyə qadir olduğu hər kəs üçün demək olar ki, aydın idi. Hərbi əməliyyatların gələcək gedişatını proqnozlaşdırmaq çox çətin deyildi. Ancaq buna baxmayaraq biz nə vaxtı uzatdıq, nə də danışıqlardan imtina etdik. Biz dedik: “Bəli, biz hazırıq”.

Modern.az
Azərbaycan Almaniyaya nota verəcəkAzərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfəri ilə bağlı KİV-in sorğusunu cavablandırıb

XİN-dən Avrasiya.net-ə verilən məlumata görə, o bildirib ki, bu il oktyabrın 18-də Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti Şteffen Kotre (Steffen Kotré), Ştefan Koyter (Stefan Keuter), Andreas Qalau (Andreas Galau), Andreas Kalbits (Andreas Kalbitz) işğal altında olan torpaqlarımıza səfər edib.

Qeyd etmək istərdik ki, Almaniyada olduqca mənfi imicə sahib olan bu deputatlar AfD partiyasında Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Andreas Kalbits AfD partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında neonasist Respublikaçılar partiyasına üzv olması əsas gətirilməklə, neonasist keçmişinə görə partiya sıralarından xaric edilmişdir. Qeyd edək ki, Bundestaqın deputatı Ştefan Koyter də ictimaiyyətdə nasist və anti-semitist şüarlardan həvəslə istifadə etməsinə görə seçilir.

Yuxarıda adları qeyd olunan deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb. AfD siyasətçilərinin adları təkcə Azərbaycanın işğal olunmuş bölgələri deyil, bütövlükdə post-sovet məkanındakı münaqişə bölgələrinə tez-tez qanunsuz səfərlər etməkdə hallandırılır.

Qeyd edək ki, bu dördlüyün ötən ilin mayında etdikləri qanunsuz səfərlə bağlı Bundestaqın və Brandenburq Landtaqının prezidentlərinə göndərilən etiraz məktublarına müvafiq tərəflərdən verilmiş cavablarda səfərin həmin qurumlarla razılaşdırılmadığı, hər hansı komitəsinin icazəsi ilə baş vermədiyi və səfərlə əlaqədar bütün məsuliyyətin onun iştirakçısı olan deputatların üzərinə düşdüyü vurğulanmışdır. Eyni zamanda qeyd edək ki, Bundestaqın AfD fraksiyası münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ortaq mövqe ortaya qoyur.

Ökəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndərəcək.

Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir.

Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir.
Məhv edilən erməni hərbçilərin rəsmi sayı 729-a ÇATDIErmənistan Müdafiə Nazirliyi Qarabağda məhv edilən erməni hərbçilərin yeni siyahısını dərc edib.

Avrasiya.net Ermənistan KİV-nə istinadən xəbər verir ki, budəfəki siyahıda 19 hərbçinin adı yer alıb.

Beləliklə, bu günə qədər Ermənistan tərəfi Qarabağdakı döyüşlərdə azı 729 hərbçisinin ölümünü etiraf edib. Amma düşmən tərəfin əks-hücum əməliyyatları zamanı bundan dəfələrlə çox itki verdiyi bildirilir.

Nikol Paşinyan hökuməti ölkə ictimaiyyətini məyus etməmək üçün ölüm faktlarını gizlədir.
Ermənilər Ağdamda mülki şəxsləri və jurnalisti yaralayıblar - Baş ProkurorluqErmənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, 19 oktyabr səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

Bu gün saat 15 radələrində rayonun Bənövşələr qəsəbəsinə top mərmisi düşməsi nəticəsində 1955-ci il təvəllüdlü Quliyeva Şamama İsa qızı və 1976-cı il təvəllüdlü Quliyeva Maya Məmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Həmçinin, həmin vaxt Bənövşələr qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (Aztv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bundan başqa, rayonun Paşabəyli kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində kənd sakini Məhiyəddinli Çiçək İlyas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
İrəvana xaricdən gələn muzdlular - VideoRəsmi İrəvanın dünya birliyini Azərbaycan tərəfində guya dünyanın hər yerindən muzdluların döyüşdüyünə inandırma çabalarının uğursuzluqla nəticələndiyi zaman Ermənistanın özünə diaspordan "uğur əsgərləri" gəlməkdə davam edir.

Axar.az xəbər verir ki, bu məlumat Armiya.az saytında qeyd olunub.

“Əlbəttə ki, İrəvan buna bəraət qazandırmaq üçün onların erməni diasporu üzvləri olduğunu və bu səbəbdən “muzdlu hesab edilmədiyini” iddia edir.

Ermənilər istədiklərini iddia edə bilər, lakin beynəlxalq hüquqdan və 1977-ci il Cenevrə Konvensiyasından qaçış yoxdur. Orada isə açıq şəkildə muzdlunun tərifi verilir.

Qeyd edək ki, 1977-ci ildə imzalanmış Cenevrə Konvensiyalarının əlavə protokoluna görə, muzdlu - silahlı qarşıdurmada mübarizə aparmaq üçün yerli və ya xaricdən xüsusi olaraq cəlb edilmiş şəxsdir. O, döyüşlərdə birbaşa iştirak etsə də, nə münaqişə tərəfinin vətəndaşı, nə də münaqişə tərəfinin nəzarətində olan ərazinin sakinidir. Əgər şəxs münaqişə tərəfinin silahlı qüvvələrinin üzvü deyilsə və münaqişə tərəfi olmayan bir dövlət tərəfindən silahlı qüvvələrinin üzvü kimi vəzifələrini yerinə yetirmək üçün göndərilməyibsə, muzdludur.

Təbii ki, İrəvana gələn bütün ermənilər artıq çoxdan Ermənistan vətəndaşı deyil və onların yaşadıqları dövlətlər onları Qarabağ münaqişəsi zonasına göndərməyib. Beləliklə, bu videodan da tam aydın görünür ki, bu gün dünyanın hər yerindən olan muzdlu-terrorçular məhz Ermənistanın tərəfində vuruşur.

Ümumiyyətlə, Qarabağda hərbi əməliyyatların gedişini nəzərə alsaq, hətta çoxsaylı muzdlular da artıq erməni ordusunu məğlubiyyətdən xilas etmək iqtidarında deyil. Onlar yalnız Qarabağın işğalına son qoyulmasını ləngidir və Azərbaycan Ordusunu artıq patronları xərcləməyə məcbur edir. Xoşbəxtlikdən bu barədə bizdə çatışmazlıq müşahidə olunmur”, - yazıda qeyd olunub.