Sizin Reklam Burada

Tramp Baydenin seçiləcəyi təqdirdə ABŞ-ı problemlər gözlədiyini deyib

Tramp Baydenin seçiləcəyi təqdirdə ABŞ-ı problemlər gözlədiyini deyibABŞ prezidenti Donald Tramp hesab edir ki, rəqibi, Demokrat Partiyasını təmsil edən Cozef Baydenin seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəni depressiya gözləyir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Tramp Baydeni "dünyada ən darıxdırıcı insan kimi" xarakterizə edib.

"Əgər Baydenə səs versəniz, o, iş yerlərini Çinə verəcək, gələcəyinizi virusa verəcək. Ölkə qapanacaq”,- deyə Nevada ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bildirib.

O, (Bayden-red) deyərdi ki, alimlərə qulaq asır. Əgər mən alimlərə tamamilə qulaq assaydım, onda ölkə indi böyük depressiyada olardı", - ABŞ rəhbəri vurğulayıb.

"Bu, ölkəni super bərpa edən Trampla Bayden depressiyası arasında səsvermədir. Siz böyük depressiya ilə üzləşəcəksiniz, vergilər artacaq”, - Ağ Ev rəhbəri qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər