Sizin Reklam Burada

Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilib

Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilibİran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar yeni həbslər baş verib. Təbrizdə bazar günü axşam saat 5 radələrində başlanan aksiya polisin sərt müdaxiləsinə rəğmən gecə saatlarına qədər davam edib.

Təbrizdə “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı səsləndirən aksiya iştirakçılar İran və Ermənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərə istinadən, aksiyada həmçinin “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, oktyabrın 17 və 18-də Qarabağa dəstək mitinqlərinə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb.

İran Azərbaycanında fəaliyyət göstərən hüquq müdafiəçiləri keçən iki günün ərzində Təbriz, Meşginşəhr və Muğan kimi bölgələrdə saxlanılan fəallardan bir neçəsinin adlarını dəqiqləşdirib.

Nəzarət altına alınanlardan indiyə qədər Rəsul Rəzəvi, Əkbər Mühaciri, Hüseyn Muhəmmədiyan, Rza Zarei, Aydın Zakiri, İffət Nikbəxt və Rza Seyidnuri kimi vətəndaşların adları məlum olub.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən az 200 nəfər nəzarət altına alınıb. Keçən günlərdə Ərdəbildən Amerikanın Səsinə danışan türk fəal Araz Süleymani tutulanlardan 100-dən artıq nəfərin adlarının dəqiqləşdirildiyini qeyd etmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər