Prezident bəzi qurumların fəaliyyətini tənqid etdiBiz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib: "Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan".

"İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır? Hansı quruma nə qədər yanacaq lazımdır? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir.

Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?", - Prezident İlham Əliyev vurğulayıb.

QHT “Nərgiztəpə” sənədli filminin çəkilməsi layihəsinə start verdiAzərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2020 -ci il üçün elan etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi layihəsinin icrasına start verib.

Azərbaycan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə aid Xocavənd rayonunun Azərbaycanın nəzarətində olan hissəsində yerləşən Nərgiztəpə tarixi-mədəni abidə haqqında”Nərgiztəpə” adlı sənədli filmin çəkilməsi və bununla bağlı təbliğat işlərinin aparılması” layihəsi çərçivəsində eyniadlı sənədli film və bunula bağlı təbliğat işləriaparılması üzərində işləyir.

Nərgiztəpə sənədli filmində tanınmış alimlər, ekspertlər və ictimai xadimlər fikirlərini bölüşəcəklər.

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri, layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, hazırlıq işləri artıq tamamlanıb, çəkiliş qrupu formalaşdırılıb və yaxın vaxtlarda sənədli filmdə iştirak edəcək respondentlərdən müsahibələrin alınmasına başlanacaq.
Erməni təxribatçılar cəzalanmalıdır - PolitoloqSoydaşlarımız erməni işğalını ictimailəşdirmək məqsədilə xaricdə təşkil etdikləri aksiyalarda erməni təxribatları ilə üzləşiblər.

Politoloq Mirsamir Məmmədov Avrasiya.net-ə açıqlamasında bildirib ki, iyulun 21-də Amerika Konqresi Ermənistanın Azərbaycana olan işğal faktını təsdiq edəndən və Ermənistan ordusunun hərb meydanında darmadağın edilməsindən sonra‚ ermənilər azğınlaşaraq və hərb meydanında biabrçı məğlubiyyətlərini ört-basdır etmək üçün iyulun 22-də Los-Ancelesdəki Konsulluğumuzun yerləşdiyi əraziyə hücuma keçiblər: "Ermənilər terror törətməyə vərdiş ediblər‚ bir neçə gün öncə isə rəsmi Kiyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına və qorunmasına dəstək verdiyi üçün Ukraynanın Yerevandakı səfirliyinə də hücum edərək vandallıq aktı törədiblər.

Bu gün isə həmin vəhşiliyin və vandallığın ən ağır halını isə Los-Ancelesdəki Azərbaycan Konsulluğuna qarşı törətməyə çalışdılar. Bütün dünya bir daha erməni vəhşiliyini‚ erməni azğınlığını və erməni vandallığını gördü". Politoloq qeyd edib ki, iyulun 22-də Amerikada baş verən erməni təxribatına Amerika polisi cavabdehdir: "Necə olur ki‚ Uzaq Orta Şərqdə bir quş havada uçanda ondan xəbəriniz olur və onu elə uzaq Vaşinqtondan durub 20 min km məsafədən vurub yerə salırsınız‚ Planetin istəniən bir nöqtəsini və hətta bütün Qalaktikanı nəzarətdə saxlaya bilirsiniz‚ digər planetlərdə nələr olduğunu Vaşinqtondan anında görürsünüz‚ amma Amerikanın ən mərkəzi yerlərindən biri olan Los-Ancelesdə 5 min insan toplaşır‚ Amerika polisi bunu görmür? Amerika hökuməti bu vandallıq aktının qarşısını öncədən almadığına görə cavab verməlidir. Amerika polisi bu təxribata cavab verməli və təxribatı törədənlərin hamısını dərhal məsuliyyətə cəlb etməlidir. Dərhal ABŞ hüquq-mühafizə orqanları tərəfindən hüquqi istintaq prosesi başlanmalı‚ həmin ekstremistlər məsuliyyətə cəlb edilərək məhkəmə qarşısına çıxarılıb‚ siyasi və milli zəmində təxribat törətdikləri və terrora cəhd etdiklərinə görə ağır və sərt şəkildə hüquq müstəvisində cəzalandırılmalıdır.

Bu hal ABŞ-ın beynəlxalq imicinə və nüfuzuna da zərbədir. Necə olur ki‚ 5000 nəfər toplaşıb və diplomatik toxunulmazlığı olan bir əraziyə hücum edir‚ qarşılarına çıxan azərbaycanlıları öldürməyə cəhd edirlər və Amerika polisi buna mane ola bilmir? hadisədən niyə öncədən xəbərdar olmayıblar?". Xatırladaq ki, həmin hadisələrdə ermənilər Real TV-nin Amerikadakı müxbirinə xəsarətlət yetiriblər.

Politoloq bildirib ki, ermənilərin səfirliyimizə hücumun qarşısını amerikalı polislər almalıdırlar, ancaq bu işə azərbaycanlılar gördülər:"Ermənilərin Los-Ancelesdə səfirliyimizə və oradakı soydaşlarımıza qarşı törətdikləri təxribat və vandallıq aktına hüquqi qiymət verməmək və cinayətkarları cəzalandırmamaq həm Amerikanın imicinə‚ nüfuzuna‚ həm də Amerika-Azərbaycan arasındakı münasibətlərə ağır zərbədir. Amerika hökuməti erməni təxribatına getməməli və ən doğru olan hüquqi addımı atmalıdır. Amerika və Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyən cinayətkarlar ən ağır şəkildə cəzalanmalıdır".
Tanınmış hüquqşünas ABŞ səfirliyi önündə etiraz aksiyadı keçirmək istəyir - Merə müraciət olunubMüvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi məktubla müraciət edib.

Avrasiya.net xəbər verir ki, hüquqşünas ötən gün ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq hallarına etiraz olaraq ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirmək üçün icazə verilməsini istəyib.

Müraciətdə qeyd edilib ki, piketin 27 iyul 2020-ci il tarixdə saat 15.00-da ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aksiyanın tələbi Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı vandal aktları və hücumları nəticəsində yaralanan azərbaycanlıların hüquqlarının qorunması və cinayətkarların cəzalandırılmasıdır.
Bəhram Bağırzadə korona testi verdi: Nəticəsi...Əməkdar artist Bəhram Bağırzadənin sonuncu test nəticələri neqativ çıxıb.

Mərkəzi Gömrük Hospitalından Avrasiya.net-ə verilən məlumata görə, iyulun 21-də Bəhram Bağırzadədən götürülən koronavirus infeksiyası üçün PCR testinin nəticəsi mənfi (neqativ) olub.

Bildirilib ki, test nəticəsinin neqativ olmasına baxmayaraq, onun hazırki vəziyyəti evə buraxılmasına və ya başqa xəstəxanaya köçürülməsinə imkan vermir.
Səfirliklərimizin mühafizəsi gücləndirilməlidir - DADP sədriTovuz döyüşlərindən sonra Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də həmin ölkələrdəki azərbaycanlılar tərəfindən keçirilən aksiyalar zamanı radikal erməni qüvvələri tərəfindən soydaşlarımıza qarşı son dərəcə aqressiv təxribatçı əməllərin, fiziki zorakılıq hallarının artması hamımızı narahat etməlidir.

Bunu Avrasiya.net-ə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Onun sözlərinə görə, dövlət sərhədimizdə törətdiyi təxribata görə Azərbaycan Ordusundan layiq cavabını alan Ermənistanın davakar və pozucu siyasətinin dünya miqyasında ifşa olunması nəinki rəsmi İrəvanı, eləcə də xaricdəki erməni diasporlarını da möhkəm qəzəbləndirib. İndi bütün ermənilər iflasa uğradıqlarını dərk edirlər və bu da onları gün-gündən daha da aqressivləşməyə sövq edir: "Ona görə də ermənilər Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçika və başqa ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, bu ölkələrdə dinc yolla fikirlərini ifadə edən azərbaycanlı nümayişçilərə qarşı təxribatlara, barbar hərəkətlərə, vandalizmə əl atırlar. Bu isə həm diplomatik korpuslarımız üçün, həm də xaricdə yaşayan soydaşlarımız üçün ciddi təhlükəyə çevrilməkdədir".

DADP sədri qeyd edib ki, doğrudur, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) artıq ermənilərin xarici ölkələrdə bizim diplomatik nümayəndələrimizə və vətəndaşlarımıza qarşı törətdikləri təxribatlarla bağlı bəyanat yayıb: "Mən o bəyanatı oxudum və bəyanatda yazılan fikirlərlə tam razıyam. Həmçinin, ABŞ-ın Bakıdakı səfiri də Los Anceles şəhərində soydaşlarımıza qarşı baş verən vəhşiliklərlə bağlı XİN-ə çağırılıb və ABŞ polisinin ermənilərin hücumu zamanı Baş Konsulluğumuzu və soydaşlarımızı qoruya bilməməsi ilə bağlı səfirə iradlar bildirilib. ABŞ səfiri ermənilərin bu hərəkətlərini qaragüruh əməli kimi qiymətləndirib və məsələnin araşdırılacağını, təxribatçıların cəzalandırılacağını bildirib. Lakin səfirin zəmanəti erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlılara qarşı bundan sonra yol verə biləcəkləri barbar davranışların qarşısını almağa qadir deyil".

Bunu nəzərə alaraq rəsmi Bakının dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırması, radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb etməsi tamamilə düzgün addımdır: "Şübhəsiz ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Bunun əyani təsdiqi kimi soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimatlar da verilib".

Ə.Hüseynov qeyd edib ki, lakin bu aralar istər əlaqədar dövlət qurumlarımız (xüsusən də XİN və Diaspor Komitəsi), istərsə xaricdəki soydaşlarımız həmişəkindən daha artıq ayıq-sayıq olmalıdırlar. Çünki istisna deyil ki, ermənilər yenə gərginliyi artırmağa çalışacaqlar. Ola bilsin ki, hətta erməni terror təşkilatları da bu prosesə qoşulacaqlar. Odur ki, maksimum diqqətli olmaq lazımdır. Həmçinin, dost ölkələri də öncədən xəbərdar etməliyik. Həmin ölkələrdə baş verə biləcək teraktları önləmək üçün indidən hərəkətə keçməlidirlər. Səfirliklərimizin mühafizəsi gücləndirilməlidir. Eləcə də digər zəruri tədbirlər görülməlidir:

"Döyüş meydanında Ordumuza uduzan ermənilərin diasporların mübarizəsində bizə qalib gəlməklərinə əsla yol verməməliyik. Odur ki, xarici siyasət və diaspora fəaliyyətini gücləndirmək yönündə maksimum çevik və səmərəli addımlar atmalıyıq. Allah bu çətin dönəmdə xalqımıza və dövlətimizə qüvvət və bol səbir versin".
İranın Azərbaycana təyin etdiyi yeni səfir: “Biz çalışmalıyıq ki...”“İranın dost ölkələrlə iqtisadi əlaqələri siyasi əlaqələri ilə ayaqlaşmır”.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü və bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi Şərqi Azərbaycan əyalətinin başçısı ilə görüşündə deyib.

O bildirib ki, Azərbaycanda səfir kimi çalışacağı dövrdə ticarət və iqtisadi əlaqələrin inkişafına diqqət ayıracaq.

A.Musəvinin sözlərinə görə, İranın sərhəd əyalətləri qonşu Azərbaycanla münasibətlərin inkişafında çox önəmli və əsaslı rol oynayır: “Amma biz çalışmalıyıq ki, əyalətin potensialından Azərbaycanla ticarət və iqtisadi əlaqələri artırmaq üçün istifadə edək”.

O qeyd edib ki, İranın Azərbaycandakı səfirliyinin əsas işi iqtisadi əlaqələri inkişaf etdirmək olacaq: “Azərbaycanın Rusiya və Avropa bazarına çıxışı olduğu üçün bizim əlaqələrimiz daha çox iqtisadi sahənin genişləndirilməsinə yönələcək. İki ölkənin əlaqələrinin inkişaf proqramında iqtisadi əlaqələrin payı 80 faizdir. Bütün potensiallardan iki ölkənin əlaqələrinin inkişaf etdirilməsi üçün istifadə edəcəyik”.
Xaricdə etiraz aksiyası: 40 azərbaycanlı yaralandıErmənistanın Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən müdafiə aksiyaları çərçivəsində 8 aksiya təşkil olunub. Bu aksiyalar Polşa, Niderland, Belçika, ABŞ – Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada keçirilib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, Ermənistan, həm də beynəlxalq erməni terror təşkilatları tərəfindən idarə olunan xaricdə yaşayan ermənilərin təşkil etdikləri aksiyalarda idarəolunmaz, qanuna zidd davranışları nəticəsində 50-yə yaxın soydaşımız yaralanıb.

Həmin ölkələrdə bir çox hallarda öncədən məlumatlanmasına baxmayaraq polis lazımi mühafizə tədbirləri təşkil etməyib. Bu xüsusilə Los Anceles və Brüsseldə təşkil olunan aksiyalarda özünü göstərib. Nəticə etibarilə Belçikada 10 nəfərədək – (4 nəfər xəstəxanaya müraciət edib, o cümlədən, 1 qadın jurnalist), ABŞ, Los- Ancelesdə isə 30-a yaxın (5 nəfər xəstəxanaya müraciət, o cümlədən 1 qadın) soydaşımız xəsarət alıb. Həmçinin Polşa, Niderland və Fransada da vətəndaşlarımızın üzərinə butulka, daş, şüşə parçaları, partlayıcı vasitələr atılıb. Maşınlar əzilərək aşırdılmağa cəhd edilib, səfirliyin binalarına ziyan vurulub
Azərbaycanda daha 347 nəfər virusa yoluxdu, 531 nəfər sağaldı - 6 ölümAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 20 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib, 7 615 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə ümumilikdə 658 782 test aparılıb.
Üç partiya sədri görüşdü Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının Qərargahında AMİP sədr əvəzi Arzuxan Əlizadə, BAP sədri Elşad Musayev və ALDP sədri Fuad Əliyev arasında görüş keçirilib.

Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, pandemiyanın törətdiyi fəsadlarla bağlı vətəndaşları narahat edən məsələlər, eləcə də Ermənistanın iyulun 12-dən başlayan təxribatları geniş müzakirə olunmuşdur.
Sədrlər həmçinin partiyalar arasında əlaqələrin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparmış və bu istiqamətdə birgə təşəbbüslər çıxış etməyin əhəmiyyətli olduğunu vurğulamışlar.

Görüşdə həmçinin 14 iyul gecəsində vətəndaşların ordumuza və əsgərimizə birlik birlik nümayişi, eləcə də ayrı-ayrı ölkələrdə keçirilən dəstək aksiyaları yüksək qiymətləndirilmişdir.

Partiya rəhbərləri arasında keçirilən görüşdə 14 iyulun Birlik günü elan olunması üçün Prezidentə və Azərbaycan Respublikası Milli Məclisinə müracitə edilməsi məqsədilə siyasi partiyalara, Qeyri Hökümət Təşkilatlarına, KİV nümayəndələrinə, o cümlədən də ziyalılara çağırışlar edilməsi qərara alınmışdır.