Azərbaycanda daha 548 nəfər virusa yoluxdu, 10 nəfər öldüAzərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505, ötən müddət ərzində isə ümumilikdə 544735 test aparılıb.
PA rəsmisi ALDP sədrinə təşəkkür edibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Prezident Adminstrasiyasının (PA) siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüş keçirib.

ALDP-nin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, karantin dövründə yaranan çətinliklər, iqtidarla müxalifətin Dağliq Qarabağın işğaldan azad olunmasında, Ermənistanın işğalçı ölkə kimi dünyada tanınmasında vahid mövqedən çıxış etməsi qeyd olunub.

Görüşdə karantin dövründə vətəndaşlara tətbiq olunan cərimələr, xüsusilə təqaüdçilərin cərimə edilməsi, COVİD-19 testlərin baha olması və vətəndaşların digər sosial problemlər ilə bağlı fikir mübadiləsi aparılıb.

PA rəsmisi Ədalət Vəliyev ALDP-nin karantin dövründə apardığı maarifləndirmə işlərini, xüsusilə 4 maarifləndirici sosial çarxların hazırlanması və bu işdə dövlətə dəstək verdiyinə görə, təşəkkürünü bildirib.

Bir saata yaxın keçən görüşdə, tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı veribMüdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Sakarya vilayətində baş vermiş partlayış nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması ilə əlaqədar Türkiyənin Milli Müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir: “Pirotexniki vasitələrin utilizasiyası zamanı baş vermiş partlayış nəticəsində qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması haqqında xəbər məni çox kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Allah rəhmət eləsin”.

Xocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq - DeputatXocalı-Srebrenitsa faciələri daim dərin ehtiramla anılacaq. 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırım 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Serbiya millətçiləri tərəfindən törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilmiş, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn edilib.

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan və Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat əlavə edib ki, iyulun 11-i Bosniya və Herseqovina tarixinə qanlı hərflərlə yazılıb: “Həmin gün Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Herseqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azərbaycan və Bosniya-Herseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən asası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır. Bu səbəbdən 2013-cü il fevralın 26-da Bosniya və Herseqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olmaqla Bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi. Azərbaycan dövlətinin yeritdiyi uğurlu xarici siyasətin nəticəsi olaraq bu gün iki ölkə arasında hərtərəfli əlaqələr yaranmış və uğurla inkişaf etməkdədir.

İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Bütün bunlar hər iki ölkəni birləşdirən oxşar taleh və oxşar ağrının rəmzidir. Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Herseqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir. Bu proseslərdə hakimiyyətin əsas qollarından olan Parlament də mühüm rol oynayır.

Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında yaxından iştirak edir. Yeni formalaşmış parlamentin nəzdində yaradılan dostluq qruplarının özünəməxsus rolu burda danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri – Azərbaycan və Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Herseqovina parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə çalışmaqdadır. Azərbaycan həqiqətlərinin Bosniya və Herseqovina ictimaiyyətinə, o cümlədən dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi və Bakıda xatirə kompleksinin ucaldılması iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcək”.
Səudiyyə husilərin iki gəmisini vurduSəudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri Yəməndə Husi qruplaşmasına aid 2 gəmini vurub.

Axar.az xəbər verir ki, bunu koalisiya qüvvələrinin sözçüsü Turki əl-Maliki deyib.

“Husi qruplaşmasına aid içərisində uzaqdan idarə edilən partlayıcı olan iki gəmi Salif limanı yaxınlığında məhv edilib. Gəmilər Qırmızı dənizin cənubu ilə Babülməndəb boğazı yaxınlığında terror əməliyyatlarında istifadə edilmək üçün hazırlanıb”, - sözçü bildirib.

Qeyd edək ki, husilər tərəfindən məsələ ilə bağlı açıqlama verilməyib.
İTV-nin 7 əməkdaşı koronavirusa YOLUXDUDünyada yaşanan COVID-19 pandemiyası təhlükəsi ölkəmizdə də davam etməkdədir. Bugünədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları arasında yoluxma şübhəsi olan 7 nəfərin test nəticəsi pozitiv çıxıb.

Bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı bildirib. Onun sözlərinə görə, iyun ayında COVID-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq evə buraxılıb: “Hazırda digər əməkdaşlardan üçü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə almaqdadır. Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində pandemiya elan edilən gündən gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir” - deyə, A.Asimqızı qeyd edib.
Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır - Şri Narendra Modi Baş nazir Şri Narendra Modi bu gün Qlobal Hindistan həftəsinin açılışında video-konfrans vasitəsilə çıxış etdi.

Hindistan səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir ki, mövcud böhran dövrünə toxunan Baş nazir, Hindistanın qlobal dirçəlişdə aparıcı rol oynayacağını söylədi.

O bildirdi ki, bu iki amillə sıx bağlıdır. Birincisi Hindistanlı məharətidir, ikincisi isə Hindistanın islahat və bərpa bacarığıdır. Baş nazir, Hindistanın məharətli qüvvəsinin, xüsusilə də Hindistan texnologiya sənayesi və mütəxəssislərinin verdiyi töhfənin bütün dünyada son dərəcə tanındığını əlavə etdi.

Baş nazir Hindistanı, töhfə verməyə can atan talant güc mərkəzi olaraq xarakterizə etdi. O əlavə etdi ki, Hindistanlılar təbiətən islahatçılardır və tarix Hindistanın hər problemin, istər sosial, istərsə də iqtisadi olsun, öhdəsindən gəldiyini göstərmişdir.

O, Hindistanın dirçəliş haqqında danışarkən bunları nəzərdə tutduğunu bildirdi: Qayğı ilə dirçəliş, rəhmlə dirçəliş, həm ətraf mühit, həm də iqtisadiyyat üçün dayanıqlı dirçəliş.
Baş nazir son altı il ərzində əldə olunan ümumi maliyyə daxilolmaları, rekord sayda mənzil və infrastruktur tikintisi, ticarətin asanlaşdırılması, əmtəə və xidmət vergisi də daxil olmaqla geniş vergi islahatları kimi nailiyyətləri sadaladı.
Baş nazir, iqtisadi bərpanın göstəricilərinin artıq məğlubedilməz Hindistan ruhunun təsiri ilə görülə biləcəyini söylədi.

O, bu gün texnologiyanın hökumətin insanlara, o cümlədən milyonlarla insana pulsuz məişət qazı, bank hesablarında nağd pul, pulsuz qida dənli bitkiləri və digər şeylər də daxil olmaqla birbaşa yardım göstərməsinə dəstək olduğunu nəzərə çatdırdı.

Baş nazir, Hindistanın dünyanın ən açıq iqtisadiyyatlarından biri olduğunu və bütün transmilli şirkətləri Hindistanda iş qurmağa dəvət etdiklərini nəzərə çatdırdı. O, Hindistanı çoxlu imkanlar və fürsətlər ölkəsi olaraq xarakterizə etdi.
Kənd təsərrüfatı sektorunda başladılan müxtəlif islahatları təsvir edərək Baş nazir, bu sahənin dünya sənayesi üçün çox cəlbedici bir investisiya fürsəti yaratdığını söylədi.
Baş nazir son islahatların mikro, kiçik və orta sahibkarlıq sektoruna təkan verdiyini və bu sektorun da böyük sənayeyə töhfə verəcəyini bildirdi.

O,müdafiə və kosmik sektorda da investisiya imkanlarının olduğunu qeyd etdi.

Baş nazir, pandemiyanın Hindistanın əczaçılıq sənayesinin yalnız Hindistan üçün deyil, bütün dünya üçün faydalı olduğunu bir daha göstərdiyini vurğuladı. Hindistanın əczaçılıq sənayesi xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün dərmanların qiymətinin azaldılmasında aparıcı rol oynamışdır.

Baş nazir, öz-özünü təmin edən Hindistanın qapalı və ya dünyaya bağlı olmaq olmadığını, müstəqil ayaqda duran və özü istehsal edən olmaq olduğunu söylədi.

Bu islahatlar aparan, icra edən və dəyişən bir Hindistandır. Bu, yeni iqtisadi imkanlar təklif edən bir Hindistandır. Bu, inkişafa insan mərkəzli və hərtərəfli yanaşma tətbiq edən Hindistandır. Hindistan hər birinizi gözləyir, deyə o qeyd etdi.

Baş nazir, Forumun hind klassik musiqisinin gözəlliyini dünyaya çatdıran Pandit Ravi Şankarın anadan olmasının 100 illik yubileyini qeyd etməsindən məmnun olduğunu bildirdi. O həmçinin, Namaste-nin salamlaşma forması olaraq qloballaşmasını da vurğuladı. O, Hindistanın qlobal rifah və firavanlığın təkmilləşdirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu söylədi.
Siyəzənin tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunubSiyəzən Rayon Gənclər və İdman İdarəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə iyulun 9-da idarənin sosial media hesablarında rayon ərazisində mövcud olan tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunub.

Virtual ekskursiya “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.7. yarımbəndinin icrasının təmin edilməsi (Milli-mədəni irsin və təbiətin gənclərə tanıdılması məqsədi ilə diyarşünaslığın inkişaf etdirilməsi), tarixi-memarlıq abidələrinin və mədəni irsin yeniyetmə və gənclərə tanıdılması, onların bu sahədə dünyagörüşünün artırılması, tariximizin təbliği və evdən çıxmadan rayonun tarixi və mədəniyyət abidələri ilə tanış olmaq imkanının yaradılması məqsədi daşıyıb.

Qeyd edək ki, Siyəzən gənc rayon olsa da ərazisi bir sıra ölkə və dünya əhəmiyyətli tarixi və mədəniyyət abidələri ilə zəngindir.
Siyəzənin tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunub
Dünya əhəmiyyətli abidələri:

1. Beşbarmaq paralel müdafiə səddi (IV-VII əsrlər) — Bu istehkam Beşbarmaq dağının ətəklərindən Xəzər dənizinə qədər uzanırdı. Hazırda dövrümüzə qədər səddin bir hissəsi gəlib çatmışdır. Dağın ətəyində daşlardan, düzənlikdə iri çiy kərpicdən sədd bir-birindən 200 m. aralı iki divardan ibarət idi.

2. Gilgilçay müdafiə istehkamlar kompleksi (V əsr) —Gilgilçay səddi dünya əhəmiyyətli abidədir. Böyük Çin səddindən sonra dünyada ikinci yeri tutur. 120 km məsafədə uzanır.60 km hissəsi tədqiq olunub.

Ölkə və yerli əhəmiyyətli abidələri:

1. Pir Xəlil türbəsi (XVIII əsr) — Gilgilçay qəsəbəsində yerləşir. Hazırki dövrə qədər salamat qalmışdır.
2. Qala qalıqları – Qara Dundur istehkamı (orta əsrlər) — Sədan kəndindən təxminən 3 km qərbdə dağın zirvəsində yerləşir. Bu qalanın bürclərindən birinin yalnız qalıqları qalmışdır.
Siyəzənin tarixi və mədəniyyət abidələrinə virtual ekskursiya təşkil olunub
3. Hərbi düşərgə (IV-V əsrlər)
4. Şeyx Heydər türbəsi (XV əsr) —Şıxlar kəndinin qalıqlarından qərbdə kənd qəbiristanlığının içərisindədir. Türbə uçulub dağılmışdır.
5. Karvansaray qalıqları (XV-XVII əsrlər)
6. Şəhərgah (orta əsrlər) — Siyəzən şəhərinin şimal hissəsində yerləşir.
7. Su ovdanı (1906) — Zarat kəndinin yaxınlığında yerləşir.
8. Daş mağara — Dib kəndində yerləşir.
9. Dəmiryol vağzalı (1898) — Gilgilçay stansiyası.
10. Dəmiryol vağzalı (1913) — Zarat stansiyası.
11. Dəmiryol vağzalı (1913) — Qızılburun stansiyası.
12. Su kəməri (1906) — Siyəzən şəhərinin yaxınlığında yerləşir.
13. Su anbarı (1913) — Qızılburun stansiyasının yaxınlığında yerləşir.

#evdəqal #sağlamqal #məsafəsaxla #virtualekskursiya #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
PA rəsmisi BAP sədri ilə görüşüb Bu gün Prezident Adminstrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev arasında görüş keçirilib.

BAP-ın mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib və bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.

Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

PA-nın şöbə müdiri Ədalət Vəliyev siyasi partiyalarla görüşlərin ikinci mərhələsinə başladıqlarını və bunu davam etdirəcəklərini, hər hansı təklifdə bulunan siyasi təşkilat rəhbərlərini dinləməyə hazır olduqlarını, siyasi partiyalara yerlə, qurultayla bağlı problemlərdə yardımçı olacaqlarını bəyan edib.

Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artırEtibar Heydərov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədri



Azərbaycan diplomatiyası müstəqilliyimizin bərpasından ötən 29 il ərzində beynəlxalq müstəvidə çoxsaylı uğurlara imza atıb. Əsası ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulan diplomatik nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafında mühüm rol oynayıb.

Məhz sevindirici haldır ki, bu uğurlu siyasət cənab prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, dövlətimiz hazırda dünya siyasi arenasında öz nüfuzunu artıraraq layiqli yerini tutmuşdur. Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirməkdir. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək və bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini möhkəmləndirmək dövlətimizin xarici siyasətinin əsas prioritet istiqamətlərini təşkil etməkdədir. Hazırda Azərbaycan dövləti dünyanın müxtəlif beynəlxalq təşkilatlarının üzvü kimi fəal rol oynamaqdadır.

Azərbaycanın xarici siyasətində dünyanın ən böyük təşkilatı olan və 193 dövləti öz ətrafında birləşdirmiş BMT ilə sıx əlaqələrin qurulması xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycanın xarici siyasətinin ən böyük uğurlarından biri olan BMT-nin Təhlükəsizlik Şurasına 24 oktyabr 2011-ci ildə qeyri-daimi üzv seçilməsi bu əlaqələrin yüksək səviyyədə olmasının bariz sübutudur.

Son illərdə işgüzar əlaqələrimizin daha sıx qurulduğu təşkilatlardan biri də Qoşulmama Hərəkatı adlanan təşkilatla iş birliginin yaradılmasıdır. Qoşulmama Hərəkatı (QH) adlanan təşkilat heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. Qoşulmama Hərəkatı BMT təşkilatı üzvlərinin təxminən 2/3-sini, dünya əhalisinin 55 faizini təşkil edir. 2019-cu ildə 100 illiyini qeyd edən Qoşulmama Hərəkatının 2019-2022-ci illərdə sədrliyinin Azərbaycan dövləti tərəfindən icra ediləcək olması eyni zamanda ölkə başçımız cənab İlham Əliyevin və Azərbaycan dövlətinin beynəlxalq diplomatik uğurları sırasına növbəti əlamətdar hadisə kimi əlavə olunmuşdur.

Bakıda Qoşulmama Hərəkatı sammitinin keçirilməsi və Azərbaycanın bu ildən QH-na sədrlik etməsi tarixi əhəmiyyət daşıyır. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü keçirilmiş və Zirvə görüşündə qəbul edilmiş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapmışdır.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 2020-ci ilin may ayının 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Onlayn Zirvə görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı BMT-nin baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttiifaqı və Avropa İttifaqı kimin beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak etmişdir.

Zirvə görüşündə ölkə başçımız geniş nitq söyləyərək qeyd etmişdir ki, koronavirus pandemiyası dünyada vəziyyəti təmamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Cənab prezident vurğulamışdır ki, COVİD-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərmiş və heç bir ölkə bundan sığortalanmamışdır. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVİD-19-a qalib gələ bilərik. Sonda ölkə başçımız qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sesiyasının keçirilməsi təklifini irəli sürmüşdür. Azərbaycan Respublikasının prezidentinin Qoşulmama Hərəkatının videokonfransında irəli sürdüyü təklif, 120 iştirakçı dövlət tərəfindən yekdilliklə qəbul edilmişdir.

Ümumilikdə BMT-yə üzv dövlətlərin 130-nun bu təşəbbüsü dəstəkləməsi beynəlxalq ictimayyət tərəfindən ölkəmizə və cənab prezident İlham Əliyevə göstərilən böyük ehtimadın göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə mənfur qonşumuz Ermənistan olmuşdur. Belə ki, Azərbaycanın artan nüfuzu bir işğalçı ölkə kimi Ermənistanı ciddi narahat etməkdədir. Bütün dünya COVİD-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş oldu.

Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın irticaçı mahiyyətinin şahidi oldu. Bu da demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik savadsızlığının, siyasi hazırlıqsızlığının, imkanlarının tükəndiyinin əlamətidir.