Sizin Reklam Burada

Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır - Şri Narendra Modi

Hindistan qlobal dirçəlişdə aparıcı rol oynayır - Şri Narendra Modi Baş nazir Şri Narendra Modi bu gün Qlobal Hindistan həftəsinin açılışında video-konfrans vasitəsilə çıxış etdi.

Hindistan səfirliyindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir ki, mövcud böhran dövrünə toxunan Baş nazir, Hindistanın qlobal dirçəlişdə aparıcı rol oynayacağını söylədi.

O bildirdi ki, bu iki amillə sıx bağlıdır. Birincisi Hindistanlı məharətidir, ikincisi isə Hindistanın islahat və bərpa bacarığıdır. Baş nazir, Hindistanın məharətli qüvvəsinin, xüsusilə də Hindistan texnologiya sənayesi və mütəxəssislərinin verdiyi töhfənin bütün dünyada son dərəcə tanındığını əlavə etdi.

Baş nazir Hindistanı, töhfə verməyə can atan talant güc mərkəzi olaraq xarakterizə etdi. O əlavə etdi ki, Hindistanlılar təbiətən islahatçılardır və tarix Hindistanın hər problemin, istər sosial, istərsə də iqtisadi olsun, öhdəsindən gəldiyini göstərmişdir.

O, Hindistanın dirçəliş haqqında danışarkən bunları nəzərdə tutduğunu bildirdi: Qayğı ilə dirçəliş, rəhmlə dirçəliş, həm ətraf mühit, həm də iqtisadiyyat üçün dayanıqlı dirçəliş.
Baş nazir son altı il ərzində əldə olunan ümumi maliyyə daxilolmaları, rekord sayda mənzil və infrastruktur tikintisi, ticarətin asanlaşdırılması, əmtəə və xidmət vergisi də daxil olmaqla geniş vergi islahatları kimi nailiyyətləri sadaladı.
Baş nazir, iqtisadi bərpanın göstəricilərinin artıq məğlubedilməz Hindistan ruhunun təsiri ilə görülə biləcəyini söylədi.

O, bu gün texnologiyanın hökumətin insanlara, o cümlədən milyonlarla insana pulsuz məişət qazı, bank hesablarında nağd pul, pulsuz qida dənli bitkiləri və digər şeylər də daxil olmaqla birbaşa yardım göstərməsinə dəstək olduğunu nəzərə çatdırdı.

Baş nazir, Hindistanın dünyanın ən açıq iqtisadiyyatlarından biri olduğunu və bütün transmilli şirkətləri Hindistanda iş qurmağa dəvət etdiklərini nəzərə çatdırdı. O, Hindistanı çoxlu imkanlar və fürsətlər ölkəsi olaraq xarakterizə etdi.
Kənd təsərrüfatı sektorunda başladılan müxtəlif islahatları təsvir edərək Baş nazir, bu sahənin dünya sənayesi üçün çox cəlbedici bir investisiya fürsəti yaratdığını söylədi.
Baş nazir son islahatların mikro, kiçik və orta sahibkarlıq sektoruna təkan verdiyini və bu sektorun da böyük sənayeyə töhfə verəcəyini bildirdi.

O,müdafiə və kosmik sektorda da investisiya imkanlarının olduğunu qeyd etdi.

Baş nazir, pandemiyanın Hindistanın əczaçılıq sənayesinin yalnız Hindistan üçün deyil, bütün dünya üçün faydalı olduğunu bir daha göstərdiyini vurğuladı. Hindistanın əczaçılıq sənayesi xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün dərmanların qiymətinin azaldılmasında aparıcı rol oynamışdır.

Baş nazir, öz-özünü təmin edən Hindistanın qapalı və ya dünyaya bağlı olmaq olmadığını, müstəqil ayaqda duran və özü istehsal edən olmaq olduğunu söylədi.

Bu islahatlar aparan, icra edən və dəyişən bir Hindistandır. Bu, yeni iqtisadi imkanlar təklif edən bir Hindistandır. Bu, inkişafa insan mərkəzli və hərtərəfli yanaşma tətbiq edən Hindistandır. Hindistan hər birinizi gözləyir, deyə o qeyd etdi.

Baş nazir, Forumun hind klassik musiqisinin gözəlliyini dünyaya çatdıran Pandit Ravi Şankarın anadan olmasının 100 illik yubileyini qeyd etməsindən məmnun olduğunu bildirdi. O həmçinin, Namaste-nin salamlaşma forması olaraq qloballaşmasını da vurğuladı. O, Hindistanın qlobal rifah və firavanlığın təkmilləşdirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu söylədi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər