Sizin Reklam Burada

Ər-Riyad yenidən Moskva ilə üz-üzə gələ bilər

Ər-Riyad yenidən Moskva ilə üz-üzə gələ bilərAvqust ayında Rusiya OPEK+ ölkələrinin neft hasilatını azaltmağa dair əldə etdiyi razılaşmanın şərtlərini yüngülləşdirmək üçün yenidən Səudiyyə Ərəbistanı ilə danışıqlar masasına otura bilər. Bu isə tərəflərin növbəti fikir ayrılığı yaşayacağı riskini yaradır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O qeyd edib ki, Rusiyanın Avropa neft bazarındakı mövqelərini itirməsinə iki aspektdən yanaşmaq lazımdır:

“Birincisi, Rusiya da digər OPEK+ ölkələri kimi neft hasilatını azaltmağa dair öhdəlik götürüb. Qeyd edim ki, Rusiyanın bir çox neft şirkəti rəsmi Moskvanın üzərinə götürdüyü öhdəliklərdən heç də məmnun deyildi. Bununla belə rəhbərliyin təzyiqləri nəticəsində özəl şirkətlər də hasilatı azaltmağa razı oldu. İyul ayında hasilatın təqribən 2.5 milyon barrel azaldılması gözlənilir. Amma avqust ayında hasilatın az da olsa, artırılmasına dair qərar verilə bilər. Çünki OPEK+ razılaşması iyulun sonu bitir.

İkincisi, hazırda Rusiya istehsal olunan neftin satışı ilə bağlı problemlər yaşayır. Ən çox azalma Baltik dənizi limanlarında hiss olunur. Çünki Avropa bazarlarına daha ucuz neft satan ölkələr var. Məsələn, Səudiyyə Ərəbistanı. OPEK+ ölkələrinin neft hasilatını azaltmağa dair əldə etdiyi razılaşmanın zəif tərəfi ondan ibarətdir ki, razılaşmada neftin hasilatının azalması göstərilsə də, satışına dair heç bir razılaşma göstərilməyib. Hazırda bir çox neft ölkəsinin anbarlarında kifayət qədər neft ehtiyatı var. Yəni hazırda neft hasilatı azalsa da, satış üçün kifayət qədər neft var. Nəticə etibarilə bu ölkələr Rusiyanın satış bazarlarına daxil olaraq mövqelərini zəiflədir”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər