Kənddə meyit 15 nəfəri koronavirusa yoluxdurduİndoneziyada Sidoardjoya kəndinə yaxın ərazidə sakinlər səhiyyə sisteminin tövsiyələrini laqeydlik edib ölən şəxsi yuyublar. Nəticədə mərasim iştirakçıları koronavirusa yoluxub.

Virtualaz.org bildirir ki, bu barədə "Asia One" məlumat yayıb.

Koronavirus diaqnozu qoyulan yerli sakinlərdən biri mayın əvvəlində xəstəxanada ölüb. Plastik torbada möhürlənmiş və taxta qaba qoyulmuş cəsəd qohumlarının tələbi ilə evə göndərilib.

İnfeksiyanın yayılması təhlükəsi səbəbiylə tətbiq olunan təhlükəsizlik tələblərinə baxmayaraq, qohumları və qonşuları ənənəvi yas mərasimləri, o cümlədən ölən adamın çıxarılması və yuyulması mərasimləri keçiriblər. Nəticədə ən az 15 nəfər koronavirusa yoluxub.

Daha əvvəl ABŞ-ın Cənubi Karolina ştatında altı nəfərin yeni bir növ koronavirus infeksiyasına yoluxduğu və cənazədə iştirak etdikdən sonra öldüyü bildirilib. Ölənlərdən altı nəfərin hamısı 60 yaşdan yuxarı amerikalılar və koronavirus üçün yüksək risk altında olublar.

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldüAzərbaycan Respublikasında 113 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.
Nazirlik işdən çıxarmaların, ixtisarların qarşısını necə alır? - AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır:

"Bununla bağlı olaraq, Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib. Bununla belə, nəzarət zamanı son günlər ayrı-ayrı işəgötürənlər tərəfindən karantin dövründə (mart və aprel aylarında) altsistemdə qeydiyyata alınmış əmək müqavilələrinin bir qisminə xitam verildiyi, hətta bəzən bağlanmış əmək müqaviləsinə bir gün və ya bir neçə gün sonra xitam verildiyi müşahidə olunub. Bu kimi halların təhlili aparılarkən bəzi işəgötürənlərin karantin dövründə vətəndaşların evdən çıxaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq məqsədilə müvafiq icazəni almaq üçün onlarla bağlı reallığa uyğun olmayan əmək müqaviləsi bildirişlərini sistemə daxil etdiklərinə dair şübhələr yaranıb. Səlahiyyətlərindən sui-istifadə etməklə əslində nəticə etibarilə karantin qaydalarının pozulmasına, pandemiyanın yayılmasının qarşısının alınması üçün aparılan işlərə maneə yaradan həmin işəgötürənlərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlarla bağlı toplanmış məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib. Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verən, həmçinin karantin dövründə şəxslərin sərbəst hərəkətini təmin etmək məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək".
Kamran Əliyev iki rayona yeni prokuror təyin etdiProkurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.
QHT Şurasının üzvləri qanvermə aksiyasında - VİDEO + FOTOLARBu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri, Katibliyin əməkdaşları və QHT nümayəndələri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xeyirxah təşəbbüsünə qoşularaq Heydar Aliyev Foundation təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında iştirak edib.

Avrasiya.net-in xəbərinə görə, Şura sədri Azay Quliyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizlə həmrəylik nümayiş etdirmək və qana ehtiyacı olan şəxslərin qan ehtiyatının təmin olunmasına yardım etməkdir.

Qeyd edək ki, Mərkəzi Qan Bankında toplanan qan ehtiyatları yoxlandıqdan sonra xəstələr üçün istifadə ediləcək.
QHT Şurasının üzvləri qanvermə aksiyasında - VİDEO + FOTOLAR
QHT Şurasının üzvləri qanvermə aksiyasında - VİDEO + FOTOLAR
QHT Şurasının üzvləri qanvermə aksiyasında - VİDEO + FOTOLAR
QHT Şurasının üzvləri qanvermə aksiyasında - VİDEO + FOTOLAR
QHT Şurasının üzvləri qanvermə aksiyasında - VİDEO + FOTOLAR
Vilyam Hacıyevin daha bir sahibkara borcu var imiş - “118 min manatımı ala bilməmişəm”“Mən və Üzeyir Məmmədov İmişlidə şərikli iş görmüşük. Altı nəfər rayonda müqaviləsiz abadlıq işlərində iştirak etmişik. Amma Vilyam Hacıyev pulumuzu tam şəkildə verməyib”.

Avrasiya.net bildirir ki, bunu Oxu.Az-a 2012-ci ildə İmişli şəhərində abadlıq işlərini həyata keçirmiş sahibkar Vaqif Məmmədov deyib.

İş adamı redaksiyamıza zəng vuraraq, qanunsuz əməllərinə görə DTX tərəfindən həbs olunmuş İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin ona olan borcundan xəbər verib:

“İmişli xəstəxanasına gedən küçənin 40 sot ərazisində abadlaşdırma işləri görmüşəm. İki beşmərtəbəli yaşayış binasının fasadını dəyişdirmişəm. 857 min manat borclu olduğu Muqayis Verdiyev isə təkcə Bayraq meydanını qurmayıb, bir milyon manatlıq iş görüb.

Muqayis İmişlidə Heydər Əliyev prospektini başdan-ayağa düzəltdirib, orada böyük qlobuslar hazırlayıb, küçə işıqlarının hamısını dəyişdirib. Ümumiyyətlə, biz sahibkarlar İmişlinin ayrı-ayrı küçələrini abadlaşdırmaq üçün bölünmüşdük.

Pulumuzu vermədiyi üçün ondan şikayət etdik. Vilyam Hacıyev məzuniyyətdən qayıtdıqdan sonra Hesablama Palatasından nümayəndə və İmişli-Beyləqan seçki dairəsi üzrə deputat Çingiz Qənizadə bizimlə görüşə gəlmişdi. Sonra Vilyam bizə izahat yazdırıb dedi ki, iki-üç günə pulunuz veriləcək, narahat olmayın.

Mənə 168 min manat borcu vardı. İzahat yazdırarkən bunun 50 minini verdi, 118 min qaldı. Maşallah, Muqayis, Cahangir ondan sonradan pullarını istədilər. Buna görə onları tutdurmaqla hədələdi. Hətta birinci müavini Səfa Ağayev bildirdi ki, söz vermişik, gərək pullarını verək. Bu söz üstündə o vaxt başçı ilə müavininin arası dəymişdi.

İndiyədək səssiz qalmağımın səbəbkarı isə Çingiz Qənizadədir. O mənə dedi ki, başının salamat qalmasını istəyirsənsə, tüpür o pula, çıx, get evinə. Mən də belə edib sakitcə dayandım və daha İmişliyə getmədim.

Sonradan sahibkarlardan Osman və Yaqub pullarını tam ala bildilər. Yalnız mən, Muqayis, Maşallah, Cahangir və Pərviz pulumuzu tam şəkildə ala bilmədik”.

Qeyd edək ki, sahibkarların saytımıza verdiyi informasiyaya görə, Vilyam Hacıyevin Müqayis Verdiyevə 857 min, “Neftçi”nin tanınmış veteranı Maşallah Əhmədova isə 400 min manat borcu var.

YAP-ın Pirallahı rayon təşkilatında korona ilə mübarizə müzakirə edilibBu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında tədbir keçirilib.

YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin Şura üzvlərinin iştirakı ilə videokonfrans formatında keçirilən tədbirin gündəliyində duran məsələ son dövrdə dünyada müzakirə mövzusu olan pandemiyaya yoluxma hallarının qarşısının alınması istiqamətində ölkəmizdə görülən tədbirlər olub.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nəzarəti və təşəbbüskarlığı ilə atılan addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Aprel ayının 10-da Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən fövqəladə Zirvə Görüşünə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusun qatılmasını diqqətə çatdıran Hikmət Şikarov bunu ölkəmizin beynəlxalq arenada artan nüfuzu kimi əsaslandırdı.
YAP-ın Pirallahı rayon təşkilatında korona ilə mübarizə müzakirə edilib
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında 04 may tarixində videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda keçirilən Zirvə görüşünə münasibət bildirən Hikmət Şikarov bildirdi ki, “Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır və dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir."

Həmçinin may ayının 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda müzakirə olunan “Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələlərinin hazırkı dövrdə önəmli olması vurğulanıb.

Tədbirin sonunda karantin rejimi dövründə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının gördüyü işlər və könüllülər qrupu üzvlərinin fəaliyyətini qənaətbəxş hesab edən Hikmət Şikarov gənclərə sosial şəbəkələrdə aktiv olmaq barədə tapşırıq verdi. Videokonfransda iştirak edən gənclər bildirdilər ki, bundan sonra da onların üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar.
DSX-nin daha bir zabiti həbs edildiDövlət Sərhəd Xidmətinin daha bir yüksək rütbəli zabiti barəsində cinayət işi başlanıb.

Avrasiya.net Yeni Sabah-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən polkovnik Arif Cəfər oğlu Abdullayev barəsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, may ayının 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. May ayının 15-də isə Dövlət Sərhəd Xidmətinin bir qrup yüksək rütbəli zabiti Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib. Bunlar DSX-nın rəisi Elçin Quliyevin müavini, general Əfqan Vəli oğlu Nağıyev, zabitlər Vəliyev Elçin Vaqif oğlu, Əzizov Samiq Yusif oğlu, Namazov Müzəffər Qafil oğlu, Pənahov Nemət Hacı oğlu, Muradov Sakit Yusif oğlu və Quliyev Xalis Xudamurad oğludur.
Niderlanddakı Azərbaycan diasporu ən aktiv diasporlardan biridir Elsevər Məmmədov: "Mürəkkəb situasiyalarda biz hər zaman öz dövlətimizin və xalqımızın yanında olmalıyıq"

"Karantin ərəfəsində həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən ehtiyacı olan insanlara hər cür dəstək göstərilibdir"

Koronavirus pandemiyası dünyanın demək olar ki, hər bir ölkəsinə öz mənfi təsirini göstərdi, ayrı-ayrı dövlətlərin sosial-iqtisadi həyatını iflic etdi. Bır sıra ölkələr səhiyyə sahəsində ciddi probıemlə yaşayıb insanlarının sağlamlığını istənilən səviyyədə qorumağa müvəffəq olmadığı, koronavirusun vətəndaşlarına təsirinin qarşısını ala bilmədiyi halda, bir başqa ölkələrin isə sözügedən virusun iqtisadiyyata təsirini minimum səviyyəyə endirməyə nail ola istiqamətindəki səyləri nəticə vermədi. Nəticə etibarilə həmin ölkələrin iqtisadiyyatı ciddi zərərlə qarşılaşdı. Bu da nəticə etibarilə insanların sosial həyatına təsirsiz ötüşmədi.

Onu da qeyd etmək lazımdır ki, pandemiyanın ən ciddi zərər vurduğu bölgələr içərisində Avropa ölkələri ön sıralarda yer aldı. İtaliya, İspaniya, Almaniya kimi kifayət qədər inkişaf etmiş ölkələrin həm səhiyyə, həm də iqtisadiyyatı koronavirus qarşısında aciz qaldı. Koronavirus pandemiyasının qoca qitədə təsir göstərdiyi ölkələrdən biri də Niderland Krallığıdır. Bəs görəsən, Niderland Krallığında yaşayan azərbaycanlılar bu vəziyyətdən nə dərəcədə əziyyət çəkdilər? Yaxud Krallıqda yaşayan soydaşlarımız, orada fəaliyyət göstərən diaspor təşkilatlarımıza Azərbaycan dövləti tərəfindən hansısa yardım edildimi?

Bu və ya digər suallarla bağlı Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Elsevər Məmmədov hazırda Niderland Krallığındakı Azərbaycan diasporunun vəziyyəti, dünyanın müxtəlif bölgələrində yaradılan Koordinasiya Şuralarının diaspor təşkilatlarımızın birlik və bərabərliyi, daha sıx birləşməsinə müsbət təsirləri barədə danışdıq.

- Elsevər bəy, öncə bilmək istərdim ki, yaşadığınız ölkədə koronavirus pandemiyasının yayılma tendensiyası nə dərəcədədir və orada yaşayan azərbaycanlılar arasında virusa yoluxma halı qeydə alınıbmı?

- Hal-hazırda Niderlandda koronavirus pandemiyasının yayılması 2-3 həftə əvvələ baxdıgımızda xeyli sayda azalıb. Yəni virusun yayılmasında azalma müşahidə olunur. Artıq may ayının 11-dən 12 yaşdan aşağı uşaqlar üçün məktəblər, futbol klubları və bir cox iş yerləri yenidən öz fəaliyyətlərinə başladılar. Artıq yavaş- yavaş hər şey öz keçmiş halına dönməyə başlayır. İyun ayının birndən sonra isə 12 yaşdan yuxarı uşaqlar öz dərslərinə başlayacaqlar. Niderland Krallığında yaşayan azərbaycanlılara gəlincə isə, soydaşlarımız arasında çox az sayda bu xəstəliyə tutulanlar oldu. Bizdə olan məlumata görə cəmi 2 azərbaycanlı bu virusa yoluxubdur.

- Məlumdur ki, pandemiya səbəbindən əksər ölkələrdə karantin rejimidir və iş yerləri bağlanıb. Təbii ki, bu durumdan Niderlandda yaşayan soydaşlarımız da sıxıntı keçirir. Onlara hansı formada dəstək və ya yardım göstərilir?

- Karantin regimi başladığı andan həm Beniluks Azərbaycanlıları Konqresi (BAK), həm də digər diaspora təşkilatları bu məsələyə çox ciddi yanaşdılar. Niderlandda yaşayan bir çox azərbaycanlılarla əlaqə saxlayıb, onlara necə dəstək ola biləcəklərini, onların nəyə ehtiyacları olduqları öyrənildi. Ehtiyacı olan insanlara hər cür dəstək ğöstərildi. Karantin zamanı başladığı andan Beniluks Azərbaycanlıları Konqresi (BAK) həm Azərbaycanda, həm də Niderlandda yüzlərlə aztəminatl ailələrə dəstək göstərdi. Mübarək Ramazan ayının son gününə qədər Azərbaycanda bu aksiyalarımız davam edəcəkdir. Belə mürəkkəb bir situasiyalarda biz hər zaman öz dövlətimizin və xalqımızın yanında olmalıyıq.

- Diasporla İş üzrə Dövlət Komitəsi, yaxud Azərbaycan dövləti tərəfindən Niderlandda yaşayan azərbaycanlılara yardım edilibmi?

- Karantin ərəfəsində həm Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən, həm də Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən ehtiyacı olan insanlara hər cür dəstək göstərilibdir. Hər iki qurum dəfələrlə təşkilat rəhbərləri ilə əlaqə saxlayaraq Niderlandda yaşayan azərbaycanlılara hər cür dəstək ola biləcəklərini diqqətə çatdırıblar.

- Elsevər bəy, bəs hazırda Niderlandda Azərbaycan diasporunun vəziyyətini necə xarakterizə edərdiniz?

- Avropada diaspora təşkilatlaının fəaliyyətinə baxdıgımız zaman, deyə bilərəm ki, Niderlanddakı Azərbaycan diasporası ən aktiv diasporalardan biridir. Ən əsası odur ki, buradakı diaspor təşkilatları, lazım olan zamanlarda çox çevik bir şəkildə bir araya gəlib, çox əhəmiyyətli məsələləri müzakirə edib, onu həyata keçirə bilirlər. Azərbaycan diasporasının formalaşma tarixinə baxanda, görürük ki, diasporamız hələ çox gəncdir. Amma gördüyü işlər heç də az deyil. Bizim fikrimizə görə, güclü diasporamızın olması üçün, hər bir təşkilatın alt yapısı möhkəm olmalıdır. Bizim bu gün başqa inkişaf etmiş dövlətlərin diaspora təşkilatlarının təcrübəsindən istifadə etməyimiz lazımdır. Buna misal Yahudi diasporasını deyə bilərəm. Onlar hər zaman deyirlər ki, güclü diaspora qurmaq üçün, əvvala həmin ölkədə diasporanın alt yapısı güclü olmalıdır. Alt yapı deyildiyində, yənı həmin ölkədə yaşayan öz millətlərindən olan körpələr üçün həftə sonu məktəbləri, idman məktəbləri, milli,mədəni və dini təhsil alma mərkəzləri fəaliyyət göstərməlidir. Əgər bunların hamısı lazımi şəkildə fəaliyyət göstərsələr, demək ugur qazanmanız qaçılmazdır.

- Son aylar Avropada yaradılan Koordinasiya Şuraları diasporamızın bir qədər də təşkilatlanması, birlik, bərabərlik şəklində fəaliyyət göstərməsinə nə dərəcədə təkan verir?

- Bilirsiniz, nəyisə yaradanda, əsas ona baxmaq lazımdır ki, bu qurum nə məqsədlə yaradılır və bu qurumun məqsədi, məramı və niyyəti nədən ibarətdir. Bizdə burada həmin prosesi müşayət etdiyimiz zaman görürük ki, Koordinasiya Şuralarının yaradılmasında məqsəd Azərbaycan təşkilatlarının bir araya gəlmələri, bərabər fəaliyyət göstərmələri və gələcəkdə daha da güclü qurumlara çevrilmələrinə xidmət etməkdir. Ona görə də biz bunu ancaq alqışlaya bilərik. Beniluks Azərbaycanlıları Konqresi (BAK) olaraq hər zaman onlara dəstək verməyə davam edəcəyik. Çünkü burada amal birlik və bərabərlikdən gedir.

- Bəs diaspor təşkilatları olaraq Azərbaycan səfirliyi ilə yaxından əməkdaşlıq edirsinizmi?

- Təbii ki, həm Belçika Krallıgında, həm də Niderland Krallıgındaki səfirliklərimizlə çox sıx əlaqədə fəaliyyət göstəririk. Tam səmimi şəkildə deyə bilərəm ki, Belcika və Niderlandda yaşayan azərbaycanlılarımız bu məsələdə cox şanslıdırlar. Çünkü hər iki krallıgın səfirləri çox vətənpərvər insanlardır. Yüksək səviyyəli diplomat olmaqlarından başqa, həm də cox dəyərli insanlardılar. Hər iki diplomatik korpusun əməkdaşları azərbaycanlılar üçün əllərindən gələni etməyə çalışırlar. Bəzən başqa dövlətlərdə səfirliklərlə diaspora təşkilatları arasında problemlər müşahidə olunur. Lakin bizdə şükürlər olsun ki, hələ bu günə qədər heç bir zaman belə problem olmayıb.

- Avropada, Niderlandda Azərbaycan həqiqətlərini yaymaq istiqamətindəki fəaliyyətlər sizcə yetərlidirmi və hansı uğurlara imza atılır?

- Uğurlarımız təbii ki, çoxdur. Amma biz daha da çox çalışmalıyıq. Yuxarıda göstərdiyim kimi, bu gün Azərbaycan diaspora təşkilatlarının alt yapısı güclü olmalıdır. Təsəvvür edin ki, bir binanın bünovrəsi zəif olsa, onun üstündə nə qursanız, o dagılmaga məhkumdur. Beniluks Azərbaycanlıları Konqresi(BAK) məsələyə bu prizmadan yanaşır. Ona görə də biz bu il Niderlandda "Qarabag İdman Klubunun" rəsmi qeydiyyatdan keçməsinə nail olduq. Bu il Rotterdam şəhərinin mərkəzində Beniluks Azərbaycanlıları Konqresinin(BAK) və Qarabag İdman Klubunun ofisinin rəsmi açılışını həyata keçirtdik. Klubumuzun nəzdində müxtəlif idman növlərindən başqa, həm də "Həftə sonu Ana dili dərsləri" keçirilir. Bu il Konqresimizin nəzdində Haarlem şəhərində "Körpə fidanlar" uşaq musiqili teatr qrupu da yaradıldı. Ümumiyyətlə, biz bu gün çalışırıq ki, hər sahədə irəliləyək. Bu gün bizim körpələr nə qədər Avropada yaşasalar da, öz millətinə baglı olmalıdırlar.

- Bəs bu ölkədəki erməni diasporunun Sizin fəaliyyətə mane olmaq kimi cəhdləri olurmu?

- Təbii ki, erməni diasporası hər fürsətdən məharətlə istifadə etməyi bacarır. Azərbaycan təşkilatlarının fəaliyyətlərinə manə olmağa çalışırlar. Üzülərək deyim ki, bəzən də buna nail olurlar. Buna misal olaraq ermənilər Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkını şərləyərək məhkəməyə verdilər. Azərbaycan təşkilatları da hər vürsətdən istifadə edərək onların təxribatlarının qarşısını ala bilmişdi. Dəfələrlə Niderlanddakı supermarketlərdən "Artsach" markalı yeməklərin satışına manə olunmuşdur, film festivalında erməni filmi təqdimatdan çıxarılmışdır, turizm sərgilərində erməni təxribatı əngəllənmişdir, sözdə erməni soyqırımına abidə qoyulmasının qarşısı alınmışdır. Bundan başqa Bakı küçəsinin barelyefinin açılmışına nail olunmuşdur, Xocalı soyqırımı abidəsi ucaldılmışdır. Eyni zamanda Niderlandın azadlıgı ugrunda alman faşistlərinə qarşı savaşan Niderlandın Milli qəhramanı Medo ləqəbli azərbaycanlı Məmmədov Məmmədin xatirəsinə abidə ucaldılmışdır və Oosterwij şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.

Amma hesab edirəm ki, Azərbaycan diasporası bu gördüyü işlərlə kifayətlənməməlidir. Torpaqlarımız işgalda oldugu muddətcə biz durmadan çalışmalıyıq.
Rusiyada azərbaycanlı koronavirusdan öldü – FOTORusiyanın Sankt-Peterburq şəhərində keçmiş azərbaycanlı hərbçi Rəşad Həsənov koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrdə yayıkan məlumata görə, o, səhər saatlarında vəfat edib. Rəşad Həsənovun dostları onun sağlamlığı ilə bağlı ciddi probleminin olmadığını söyləyiblər.