20 may 11:48siyaset

"Azərbaycan son 5 ildə dünyaya daha çox pəncərə açıb"

"Azərbaycan son 5 ildə dünyaya daha çox pəncərə açıb"Prezident İlham Əliyevin islahatlar təşəbbüsü addım-addım həyata keçməkdədir. Bu prosesin ilk qaranquşu “ASAN” xidmətinin yaranması olsa da “DOST” mərkəzlərinin yaradılması bu prosesə bir güc qatmış oldu.

Bunu "Xalq Cəbhəsi" qəzetinə açıqlamasında politoloq Vasif Əfəndi bildirib.

Politoloqun sözlərinə görə, keçən il prezident bu mərkəzin fəaliyyət proqramını imzalayaraq onu həyata aktiv qoşulmaq üçün hüquqi prosesi başlatdı. ”ASAN” xidmətindən fərqli olaraq bu mərkəz daha çox səyyar şəkildə fəaliyyət göstərir: "Bir pəncərə sistemi ilə çalışan mərkəz vasitəsilə ƏƏSMN-nin aidiyyatı qurumlarının fəaliyyəti təmin olunur. Bayram günəri istisna olmaqla il boyu fəaliyət göstərir. Prezident “DOST” mərkəzindəki çıxışında demokratik islahatlar, dünya birliyinə inteqrasiya, BMT, Ümumdünya Səhiyyə Təşkilatı və humanitar sahələrdə əməkdaşlıq fəaliyyətimiz barədə geniş məlumat verdi. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə dünyaya daha çox pəncərə açdığı hiss olunur. Azərbaycan yalnız regionda deyil, dünyada lider ölkə olmaq iddiasını ortaya qoyub. Bundan ötrü daxili siyasətimizdə də bir sıra yeniliklərin və dəyişikliklərin baş verdiyini görürük. Daxili siyasətdə aparılan islahatlar hələlik şəffaflıq, vətəndaş məmnunluğu və korrupsiyanın kökünün kəsilməsi istiqamətində yönəlib. Bundan başqa idarəetmə və parlament sitemində də dəyişikliyin mümkünlüyünü istisna etmirəm".
XƏBƏR LENTİ
SORĞU