Sizin Reklam Burada

Abşeronda dəhşətli hadisə: Ər arvadının boğazını kəsdi

Abşeronda dəhşətli hadisə: Ər arvadının boğazını kəsdiAbşeron rayounda keçmiş arvadının boğazını kəsməkdə ittiham olunan Nahid Bayramovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Nahid Bayramovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

İttihama görə, hadisə bu ilin yanvarın 20-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Nahid Bayramov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülgəz Əliyevanın bıçaqla boğaz nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Gülgəz Əliyeva hadisədən bir neçə ay öncə ərindən boşanıb. Elə sonuncu dəfə evə gələn Nahid Bayramov barışmaq istəsə də, sonuncu müsbət cavab ala bilməyib.

Bu zaman o, bıçağa əl atıb.

İstintaq orqanı tərəfindən Nahid Bayramovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Abşeron rayon Prokurorluğunda istintaq davam edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər