Sizin Reklam Burada

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 3,6 milyon dollar ayırdı

ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 3,6 milyon dollar ayırdıABŞ Azərbaycana koronavirusla mübarizə üçün tibbi və humanitar yardım şəklində, təxminən, 3,6 milyon ABŞ dolları ayırıb.

Bu, ABŞ Dövlət Departamentinin mayın 19-da yaydığı məlumatda göstərilib.

Qeyd olunub ki, ümumi məbləğdən 3 milyon ABŞ dolları tibbi yardım, laboratoriya sistemlərinin hazırlanması, xəstələnmə hallarının aşkarlanması və epidemik nəzarətinin intensivləşdirilməsi, texniki mütəxəssislərin vaxtında reakasiya verməsi və hazıqlığı üçün dəstək, risklər barədə məlumatlandırmaya dəstək və s. üçün ayrılıb. Qalan 565 min ABŞ dolları isə pandemiya zamanı aztəminatlı əhaliyə humanitar yardım məqsədi daşıyır.

Daha əvvəl bildirilirdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19 virusunun yayılması ilə mübarizə üçün Azərbaycana tibbi yardım şəklində 1,7 milyon ABŞ dolları ayırdığı bildirilmişdi.

Son 20 ildə ABŞ Azərbaycana 890 milyon ABŞ dollarından çox, o cümlədən səhiyyə sahəsinə, təqribən, 41 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər