Dünyada koronavirusa yoluxanların sayı 210 minə çatdı
Bu günə qədər dünyada 210 mindən çox insan koronavirusa yoluxub, 9 mindən çox ölüm hadisəsi qeydə alınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus bildirib.

O qeyd edib ki, hər bir ölüm bir faciədir: “Virusun yayılmasını dayandırmaq üçün səylərimizi artırmalıyıq. Virusa qarşı mübarizədə mümkün olan hər şeyi etməliyik”.
Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi odur ki... - Elçin Mirzəbəyli
Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib: “Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində koronavirusun yayılmasının qarşısının alınması, ölkə həyatının bütün istiqamətləri və beynəlxalq münasibətlərlə bağlı olduqca mühüm məqamlara toxundu. Təbii ki, bu geniş və əhatəli təbrik nitqində yer alan bütün məqamlara toxunmaq mümkün deyil”.

E.Mirzəbəyli Azərbaycan Prezidentinin təbrik nitqində yer alan iki istiqamətə diqqət çəkərək bildirib: “Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və ölkəmizdə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün ilk günlərdən praktik addımların atılmasına başlanılıb. Bu, şübhəsiz ki, belədir”.

Siyasi ekspertin sözlərinə görə, Azərbaycan hökuməti koronavirus təhlükəsi ilə bağlı çağırışa çevik və ardıcıl əməli addımlarla reaksiya verdi, yanvarın 24-də Nazirlər Kabineti yanında 24 saat fəaliyyətdə olan Operativ Qərargah yaradıldı, dövlət qurumlarının virusun yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz addımlar atması və vahid orqanizm kimi fəaliyyət göstərmələri üçün qərarlar qəbul edildi. Dərhal bu qərarların icrasına başlanıldı. Bu qısa müddət ərzində hökumət olduqca mühüm qərarların qəbul edilməsinə və icrasına nail oldu.

E.Mirzəbəylinin fikrincə, koronavirusun yayılmasına zəmin yarada biləcək bütün daxili və xarici amillərin qarşısının alınması istiqamətində addımlar atıldı. Karantin tədbirləri görüldü, virusa yoluxma hallarının tez bir zamanda müəyyənləşdirilməsi üçün ən müasir 4 laboratoriya alındı və onların sayı 10-a çatdırıldı. Bütün uşaq bağçaları, təhsil müəssisələri bağlandı, kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Ölkənin ərzaq təhlükəsiliyinə təhdid yaratmaq və vətəndaşları təşvişə salmaq məqsədi daşıyan bütün təxribat xarakterli addımların qarşısı olduqca çevik bir şəkildə alındı. Bununla yanaşı, milli valyutamızla bağlı təxribat törətməyə çalışan, vətəndaşların dövlətə olan inamına zərbə vurmağa cəhd göstərən daxili və xarici amillər qısa müddət ərzində əməli addımlarla və geniş maarifləndirmə işi sayəsində iflasa uğradıldı. Bəzi ölkələrlə gediş-gəliş məhdudlaşdırıldı, bir çox aviareys ləğv edildi, sərhədlərin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı, xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması üçün carter reyslər açıldı və onların öz Vətənlərinə təhlükəsiz şəkildə qayıtmalarına şərait yaradılsı. Azərbaycan bu xəstəliklə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına və qonşu ölkəyə ümumilikdə 10 milyon vəsait ayırdı. Bununla da Azərbaycan dövlətinin qlobal məsuliyyətinin nə qədər yüksək olduğu bir daha ortaya qoyuldu. Bu, həm də dünyanın ayrı-ayrı inkişaf etmiş dövlətlərinin bir-birinə yardım etməkdən imtina etdikləri bir şəraitdə baş verdiyi üçün Azərbaycanın dövlətinin bəşəri və humanist mahiyyətini bir daha təsdiqləmiş oldu. İnfeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalandı. Prezidentin fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

Ekspert əlavə edib ki, bütün bunlarla yanaşı, Prezident İlham Əliyev təbrik nitqində xəstəliyə qarşı mübarizəni daha da gücləndirmək və koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksəltmək məqsədilə Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat vəsaitin ayrılacağını da vurğuladı: “Göründüyü kimi, Azərbaycan qısa müddət ərzində həm ölkə daxilində, həm də qlobal miqyasda koronavirusun yayılmasının qarşısının alınması üçün mühüm əməli addımlar atdı və parallel olaraq, Azərbaycana düşmən kəsilən qüvvələrin təxribatlarını zərərsizləşdirdi, həmçinin əhalinin marifləndirilməsi istiqamətində ciddi addımlar atdı”.

“Prezident İlham Əliyev öz nitqində koronavirusla bağlı təxribat törədənlərin beşinci kolon, içimizdə oturan düşmənlər olduğunu vurğuladı. Kimdir içimizdə olan düşmənlər? Əlbətdə ki, xaricdən idarə olunan, milli maraqlarımızı şəxsi, korporativ mənafelərinə qurban verməyə hazır olan, nifrət, aqressiya püskürən satqınlar. Azərbaycan Prezidenti qeyd etdi ki, fövqəladə vəziyyət də elan olunacağı təqdirdə beşinci kolonun nümayəndələrinin təcrid edilməsi tarixi zərurət olacaq və anti-Azərbaycan qüvvələrin, beşinci kolonun, milli satqınların bu vəziyyətdən istifadə edib hansısa təxribat törətməsinə imkan verilməyəcək. Azərbaycan Konstitusiyasının 112-ci maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir. İndiki halda həm epidemiya təhlükəsi, həm də beşinci kolonun ölkədə kütləvi iğtişaş yaratmaq cəhdləri xüsusi rejimin tətbiqinə tamamilə zəmin yaradır.

Təbii ki, fövqəladə vəziyyət ən son zəruri addımlardan biridir və hələlik ölkəmizdə belə bir qərar qəbul olunmayıb. Lakin vətəndaşlarımız üçün həyati təhlükə ehtimalının güclənəcəyi təqdirdə ən son zəruri addımların atılması da mümkündür. Azərbaycanın inkişafına qənim kəsilən daxili qrupların və onları himayə edən xarici dairələrin hətta belə həssas, xalqımızın həyati təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan bir məqamda təxribatlara əl atması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların, o cümlədən siyasi sistemin yeni konfiqurasiyasının formalaşdırılması ilə bağlı atılan addımların nə dərəcədə zəruri olduğunu ortaya qoyur. Prezidentin də qeyd etdiyi kimi yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq”, - deyə ekspert vurğulayıb.
Azərbaycanda aptek müdiri saxlanıldı - DİN
Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik maddə və psixotrop tərkibli, istifadəsi qadağan olunmuş dərmanların qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, tədbir zamanı əvvəlcə rayon sakinləri Ceyhun Əhmədov və Toğrul Şahbazov saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı ümumilikdə 12 ədəd satışı qadağan edilən güclü təsiedici xassəyə malik “Tramadol 200” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxslərin tramadol hədbərini Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Bağırova məxsus aptekdən aldıqları məlum olub. Əməliyyat zamanı həmin aptekin müdiri İ.Bağırov da tuutularaq istintaqa cəlb edilib. Onun üzərində və işlədiyi aptekə baxış zamanı ümumilikdə 14 ədəd eyni tərkibli tramadol həbi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, İ.Bağırov əvvəllər də dövriyyəsi qadağan olunmuş psixotrop tərkibli dərmanlar satdığı üçün bir dəfə məhkum olunub. O, ifadəsində qeyd edilən dərmanları tanışı Natiq adlı şəxsdən satmaq məqsədi ilə aldığını bildirib.

Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı həmin şəxs, rayon sakini Natiq İsmayılov da tutularaq istintaqa təqdim edilib. Onun rayon ərazisində yerləşən yaşadığı evə baxış zamanı ümumilikdə 376 ədəd “Tramadol 200” aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
İranla sərhədimizi pozmağa cəhd edən iki nəfər zərərsizləşdirildi qu- Foto
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, 2020-ci ilin 19 mart tarixində 22:20 radələrində Xidmətin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstə­si­nin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqa­mətində döv­lət sərhədini pozmaları müşahidə olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­mış­dır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri ve­rilərək sər­həd pozu­cuları təqib edilmiş və havaya xəbərdarlıq atəşi açıl­mış­dır. La­kin sərhəd pozu­cu­ları əmrə tabe olmamış, sərhəd naryadına qarşı od­lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq olun­muş və hər 2 sərhəd pozucusu zərərsizləşdirilmişdir. Sərhəd pozucu­larının birinin üzərində “Vinçester” tipli tüfəng, digərinin üzərində “Glock” markalı ta­pança və 1 ədəd gecə görmə cihazı, ərazidə patron gilizləri aşkar olunmuş­dur.

Hadisə yerində 2 ədəd böyük kisədə ümumi çəkisi təqribən 61 kq olan əsasən heroin, tiryək və marixuanadan ibarət olan narkotik vasitə­lər aşkar olunmuşdur.

Hadisə yerinin yaxınlığında Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini 1972-ci il təvəllüdlü Miriyev Nicat Sabir oğlu ve 2-ci Şahsevən kənd sakini 1982-ci il təvəllüdlü Məmmədov Elşən Əli oğlu şübhəli şəxs qismində saxlanılmışlar.

İİR-in sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçi­ri­lərkən aldığı güllə yarasından hadisə yerində vəfat etmiş sərhəd po­zucularının İİR vətəndaşları olmaları müəyyən edilmişdir.

Martın 20-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev həmin sərhəd zastavasında olaraq hadisə yerinə baxış ke­çirmiş, dövlət sərhədinin mühafizəsinin təşkili üzrə əlavə tapşırıqlar vermiş, silahlı sərhəd pozu­cularının zərərsizləşdiril­mə­sində və narkotik qaçaqmalçılığının qarşısı­nın alınmasında fərqlənmiş hərbi qulluqçuları təltif etmişdir. “Novruz” bayramı münasibətilə Azərbaycan Respubli­kasının Pre­­zi­denti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əli­ye­vin Azərbaycan xalqına ünvanladığı təbrik sözlərini sərhəd zasta­va­sının şəx­si heyətinə çatdırmış və bu bayram münasi­bətilə təbrik etmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.
Azərbaycanda karantindən qaçan həkim saxlanıldı
Məlum olduğu kimi, Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər tətbiq edilir və bu qərarlar da vətəndaşlarımız tərəfindən bütövlükdə anlayışla qarşılanır.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.

"Təəsüflə qeyd olunmalıdır ki, bəzən belə zəruri tədbirlərə riayət etmək istəməyən şəxslərə də rast gəlinir. Belə ki, koronavirus infeksiyasına yoluxmasına şübhələr yarandığı üçün ixtisasca həkim olan bir nəfərin xüsusi xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Lakin o həkim olmasına baxmayaraq müxtəlif bəhanələr göstərməklə, olduğu ünvanı tez-tez dəyişməklə müalicədən yayınmaq məqsədilə gizlənmişdir. Müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal keçirilən təxirəsalınmaz çevik tədbirlər nəticəsində onun yeri müəyyən edilmiş və saxlanılaraq xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi təmin olunmuşdur. Bununla yanaşı, onun ailə üzvləri və sıx təməsda olduğu şəxslər də müayinə olunmaları üçün karantin nəzarətinə təhvil verilmişlər.

Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, Nazirlər Kabinetı yanında Operativ Qərərgah tərəfindən qəbul edilən qərarlara, tətbiq edilən zəruri sosial izolyasiya tədbirlərinə, məhdudiyyətlərə riayət etməyənlər barəsində müvafiq qaydalara və qanunun tələblərinə uyğun olaraq ciddi tədbirləri görüləcəkdir.
SON DƏQİQƏ: Azərbaycanda bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldıAzərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Avrasiya.net-ə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
YAP-dan böyük yardım: Koronavirusla bağlı 200 min ayırdı
Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

YAP-dan Avrasiya.net-ə verilən məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsundə iştiraka cəlb edilmiş, onlara müvafiq göstərişlər verilmişdir.

Yeni Azərbaycan Partiyası eyni zamanda, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır. Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyyə olunmuşdur.

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhvəsini verəcək.
Ermənistanda koronavirusa yoluxanların sayı 130-u ötdü
Ermənistanda koronavirusa yoluxanların sayı 136 nəfərə çatıb.

Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Yoluxanlardan 1 nəfərin sağaldığı bildirilir.

Qeyd edək ki, Ermənistanda ilk koronavirus infeksiyası faktı martın 1-də təsdiqlənib.

“Report” xatırladır ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 181 ölkə və bölgədə qeydə alınıb.
Rayonlardan gələn 2 mindən çox avtomobil Bakıya buraxılmayıb - RƏSMİ
“Səhər saatlarına əsasən 2 mindən çox rayondan gələn nəqliyyat vasitəsi geri qaytarılıb. Geri qaytarılan nəqliyyat vasitələrdən 65 faizi Bakı-Ələt yolundan, yəni cənub istiqamətindən qeydə alınıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev koronavirusa görə Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı Modern.az-ın suallarını cavablandırarkən bildirib.

“Geri qaytarılan nəqliyyat vasitələrindən 25 faizi Bakı-Şamaxı yolundan və 10 faizi də Quba istiqamətindən gələn nəqliyyat vasitələridir. Bizə hələ ki, Operativ Qərargahdan şəhərdən çıxışa məhdudiyyətin olması ilə bağlı məlumat verilməyib

Amma Bakı, Sumqayıt və Abşeron rayonlarında qeydiyyatda olanların ümumiyyətlə səfərə çıxmaması tövsiyyə olunub.”

K.Əliyev qaydaları pozan şəxslərə cərimə tətbiqi ilə əlaqədar qanunun qüvvəyə mindiyini də qeyd edib:

“Mövcud qaydaların pozulması ilə bağlı artıq İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsində müvafiq maddələr qüvvəyə minib. Cinayət Məcəlləsinin 139.1, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulması xəstəliyin yayılmasına səbəb olarsa, və ya xəstəliyin yayılması üçün real təhlükə yaradarsa, o halda həmin şəxslərin 3 ilədək azadlıqlarının məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırmaq haqqında qanun qüvvəyə minib.

Eləcə də bu rejimin pozulmasına görə fiziki şəxslərin 100 manatdan 200 manatadək, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə olunması və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbslə bağlı, hüquqi şəxslərin isə 2000-5000 manat arasında cərimə olunması qanunu artıq qüvvədəir. Epidemiya əleyhinə rejimin və karantin rejiminin pozulması ilə bağlı kimsə cəhd göstərərsə artıq o bilməlidir ki, bu maddələrlə məsuliyyətə cəlb olunacaq”.