QALİB ŞƏFAHƏT: SANDIQ romanından bir parça
Bugün; 31 mart, bu millətin həqiqi mənada çox ağır, faciəli bir günüdür. Hətta bu ağır gündən ermənilər çox sevincəkdilər. Bugünə qarabağda prezident və parlament seçkilərini salıblar.

Sözüm onda deyil; elə götürəndə ondadır. Hələ millət kimi haqqımızı qaytara bilməmişik, hələ gözləyirik.

Bilirsiz əsas fikrim nədi? Azərbaycan siyasətində cır-cındırlar meydan sulayan kimi, Azərbaycan ədəbiyyatında da meydan sulayanlar nə qədər desən var. Həqiqi mənada "Sandıq" adında roman yazdım. Bu roman hər zaman Azərbaycan həqiqətlərini özündə cəmləşdirə bilir. Düzdü,Qarabağ mövzusunda çox əsər yazılıb, amma erməni xislətini içdən təhlil edən kitab ilk dəfədir ki, qələmə alınır. Buna baxmayaraq hələlik nə Azərbaycan ədəbiyyatı nə də Höküməti buna biganədi.
Bu günləri bir sayıta göndərdim. Çox biganə yanaşdılar. Yanaşsınlar, mən borucumdan çıxdım və yazdım. Nə qədər biganə qalsalar da yaxşı əsər küncdə, bucaqda qalsa da nə vaxsa zaman özü üzə çıaxaracaq. Gözləməyin, nə Anar , nə də Əkram Əyisli yazmayacaqlar. Ona görə ki, belə əsər yazmaq onlara sərf elmir və eləməyəcək.

Romandan bir parça vaxtı ilə Yenises.az da gedib onu sizə yenidən təqdim edirəm.

Anuş xala axşamdan bəri özünə yer tapa bilmirdi, sanki rahatlığı əlindən alınmışdı. Özünü çox narahat hiss edirdi. Yuxusu gözündən qaçaq düşmüşdü. Yerində səhərə kimi o yana, bu yana eşələnmişdi. Elə bil yatağına qor dolmuşdular, səhəri dirigözlü açmışdı. Beyni zoqquldayırdı. Canında küt ağrı hiss edirdi. Yerində qurcalanıb deyinməyə başladı:

– Bu nə bəla idi mən düşdüm, elə bil bədənim qırılır. Canım sızım-sızım sızıldayır. Yerimdən durmağa belə taqətim qalmayıb.

Sinəsində çırpıntı hiss edirdi. Yerində oturub əlini sürətlə çırpınan sinəsinə sıxdı:

– Daha ürəyim də sözümə baxmaq istəmir, elə bil yerindən çırpınıb çıxacaq. Ufuldanıb dərindən nəfəs aldı: – Ehhh, görünür, mənim də qismətim belə imiş. Ömür boyu səksəkə içində çarpışıb vuruşdum, səksəkə içində yaşadım. Heç vaxt özümdə bir rahatlıq, dinclik tapa bilmədim. Sonralar elə bildim hər şey yaxşılığa doğru gedəcək, sən demə, yenə də yanılmışam. Yel qanadlı illər gah böyür-başımda tufan qopardı, o tufandan qorunmaq üçün öz qara taleyimin əllərindən möhkəm-möhkəm yapışıb bir təhər dözüb yerimdə qalmağa çalışdım, gah da illərin ölümcül sakitliyinin yanımdan çay kimi axıb getdiyini hiss edirdim. Tufan olanda sakitliyə çəkilib daldeylənməyə çalışdım, sakitliyin içində darıxanda tufana tərəf can atırdım. Keşməkeşli həyat məni həmişə öz burulğanında atıb-tuturdu. Nədən belə olduğunun, niyə belə olduğunun fərqində belə ola bilmədim. Başım elə bir qatmaqarışıqlar içində oldu ki, heç nədən zövq almaq gücündə deyildim. Həyatda qazanıcımın-dirəncimin nə olduğunun fərqində ola bilmədim.

Yataqda oturub başını küsülü adam kimi önə əymişdi. Əlini sifətində gəzdirib alnını ovuşdururdu. Başını yelləyib dərindən köks ötürdü:

– Həəə, demək belə! Əvvəli yaxşı gətirməyənin, axırının da yaxşı olacağını düşünmək əbəs imiş... Onsuz da mən əvvəldən bir gün-güzaran görmədim. Nə əvvəlim yaxşı oldu, nə də ki, axırım. Həmişə qaçaqaçda, qovhaqovda oldum. Özümdə heç cürə dinclik, rahatlıq tapa bilmədım. Keçmişin külündə eşələnmək mənə çox ağır gəlirdi . Ha çalışırdım, ha vuruşurdum, bu gərginliyin, bu ağrı-acının içində itib-batmayım, onu da bacarmadım ki, bacarmadım... Keçmiş həmişə addımbaaddım məni təqib elədi, qarabaqara məni izlədi. Keçmişlə çarpışa-çarpışa, vuruşa-vuruşa gəlib bu yaşa çatdım. Bu vicdansız da son vaxtlar məni lap cızığımdan çıxarır. Adamda insaf yaxşı şeydir. Bir insafın, mürvətin olsun! Heç olmasa, sən imkan verəydin, bu qoca yaşımda öldüyüm yerdə öləydim.

Qəfildən dərin xəyaldan ayrıldı. Dediyi sözdən yuxu görürmüş kimi diksinib sifətini turşutdu:

– Yox, yox, hələ ölüb eləməyim. Söz yox, ölməkdən-zaddan qoruxmuram. Mənim qorxum başqa şeydi. Öləndə də gərək insan kimi öləsən. Deyəsən, o da mənə qismət olmayacaq. Ölənin yaxını, simsarı yanında olar, çətin vaxtında əlindən, ayağından yapışar, amma mənim yanımda heç kəsim yoxdu. Sahibsiz kimi bir şeyəm. Ölüb-eləsəm biabırçılıq olacaq, bilən də olmaz ki, mən ölmüşəm, ya sağam. Bu xaraba qalmış evdə indi özümdən başqa kimim var ki, mənim?.. Allah bilir, o da nə vaxt gələcək, ya gəlməyəcək. Bu əcəl də çox kəmfürsətdi, vaxt, vədə tanımır. Çağrılmamış qonaq kimi kefi istəyən vaxt gəlib adamın qapısını döyür, qılığına girir, ya da beyqəfil yaxasından yapışır. Çalış, yaxanı Əzrayılın əlinə vermə, elə ki, yaxandan yapışdı, daha əl çəkən deyil. Heç özünü toxtamağa macal verməyəcək.

Ona elə gəlirdi ağrıdan beyni bu andaca paramparça olub üzü üstə yerə səriləcəkdi. Bədənində soyuq tər hiss edirdi. Soyuqlamış adam kimi titim-titim titrəyirdi. Əlini alnında, sifətində gəzdirdi. Sağ ovcu ilə alnının tərini sildi. Yerindən durmaqdan qorxurdu. Qorxurdu ki, durub bircə addım atsa, ürəyi qəflətən dayanacaq. Allah bilir, ondan sonra aqibəti necə olacaq?

Gecə ha istəmişdi yatıb gözünün acısını alsın, bəlkə yadından çıxara, yata bilməmişdi. Gözlərini yummaqdan qorxmuşdu. Bir azca gözlərinə yuxu gedən kimi ananın fəryadı, ah-naləsi qulağının içində uğuldayırdı. Elə bil, bu anda beyni deşiləcəkdi, səs iti alət kimi beyninə işləyirdi. O anlar kino lentı kimi gözünün qarşısından canlanırdı.

Divarın küncünə qısılmış ana körpə qızcıqazı köksünə basıb, başını körpəyə tərəf əyib ilan dili çıxararaq yalvarır. Heç kim ananın yalvarışına məhəl qoymur. Ana yalvardıqca içəridə olan bir neçə nəfər – içkidən keflənmiş saqqallı adamlar qəh-qəh çəkib gülürlər. Birisi səsinin tonunu qaldırıb deyir: – "Bunun murdar səsi beynimizi apardı. Səsini biryolluq batırmaq lazımdır. Daha nəyi gözləyirik?”

Anuş xala diqqətini toplayıb sifətini turşudur:

– Bu o alçaq Vartanyanın səsidir. Elə biryolluq sənin səsin bataydı, mən də bu müsibətləri görməyəydim, – deyib deyindi.

Başqa birisi hırıldaya-hırıldaya deyir:

– Ara, gərək düşmənin fəryadından, ah-naləsindən ləzzət ala biləsən. Qoy özü üçün nə qədər çığır-bağır salır salsın. Ha, hha, ha. Ara, onu da ona çox görürsən? Bilirsən, onun o eybəcər səsi mənim ruhumu necə sakitləşdirir, necə ləzzət alıram.– Dişlərini ağardıb hırıldayırdı:– Haa, ha! Hardan biləsən ki? Gərək duyumun olsun ki, onu duyasan. Ara, bilirsən necə zövqümü oxşayır o murdar səs. Həmişə türkün murdar səsini eşidəndə təlaş keçirib diksinirdim, bədənim ürpəşirdi, amma bu dəfə elə zövq alıram ki! Ən məlahətli, həzin musiqi səsi belə bu eybəcər səs qədər mənim ruhuma sakitlik gətirə bilməz. Off, necə ləzzət alıram! Dəymə! Dəymə! Qoy yalvarsın hələ! Görək bu yalvarıb-yaxarmaq ona nə verəcək?

Anuş xala gözünü bir nöqtəyə zilləyib kinoya baxırmış kimi deyindi: "Bu da o itsifət Mıkırtıçyandı, – dedi. – İt oğlu elə it sifətindədir. Onun hərəkətindən, oturuşundan-duruşundan murdarlıq yağır. O qədər murdar xasiyyəti var ki, adam axtarır bir yerindən it kimi qapsın. Onu yaxşı tanıyıram, bir neçə dəfə Zoriklə bizə də gəlmişdi. Onda da beləcə saqqalda idi. Deyəsən, elə bu həmişə saqqalda olur. Bəlkə də o murdar sifətini gizlətmək üçün saqqal saxlayır. Amma heç fərq eləmir, əksinə, saqqal onun o murdar sifətini bir az da eybəcərləşdirir. Ondan elə o vaxtdan zəhləm gedirdi. Özündən çox razı, yekəxana danışığı vardı. Həm də haraya qədər desən həyasızın biridi”.

Ana göynəyə-göynəyə yalvar-yaxar edir:

– Allahınız varsa, sizi and verirəm o bir olan Allaha, balamdan uzaq durun, balama toxunmayın! Məni öldürün, lap diri-diri odda yandırın, tikə-tikə doğrayın, necə istəyirsiniz işgəncə verin, o körpədir, ona yazığınız gəlsin, bircə ona dəyməyin, toxunmayın!

Yazıq qızcığaz sanki ağlamaqdan da qorxurdu. Göz yaşını içində gizlətməyə çalışırdı. Anasının fəryadını, ah-naləsini eşitdikcə balaca qızcığaz kuklasını sinəsinə basıb özünü anasının köksünə sıxırdı.Sanki bununla təhlükədən qorunurmuş kimi həm özünü, həm də kuklasını gizlətməyə çalışırdı.

Zorik:

– Daha bunu heyvan kimi mələtməyə ehtiyac yoxdu, – deyib içki stolunun arxasından durur, dişlərini ağarda-ağarda anaya yaxınlaşır: – Türkə aman vermək olmaz, türkün kökünü qazımaq lazımdır” – deyib ananın qucağındakı körpəni dartışdırır. Üzünü onlar tərəfə tutub dişini ağardaraq deyir:

– Gərək bu türk küçüyünü anasının gözünün qabağında diri-diri yandırasan ki, ağılları başlarına gəlsin.

Anuş xala yenə öz-özünə deyinməyə başladı: "Axı, bu körpənin nədir günahı? O, bu yaşda nə bilir düşmənçəlik nə olan şeydir? Sizin bədnam niyyətinizdən onun nə xəbəri var?! Nə bilsin ki, kim hansı niyyətlə yaşayır. Bu körpəcik hardan bilsin ki, Qarabağ kimin olub, indi kimin olmalıdır? Niyə, nə üçün müharibə edirlər?” – Ufuldanıb başını yellədi: – "Uşağın öz uşaqlıq dünyası var, onu paramparça edəni Allah da bağışlamaz”. Xeyli vaxt idi ki, fikrə getmişdi. Başını bir azca qaldırıb deyindi:

– Bəlkə də elə ən böyük günah mənimkidir?! – deyib sifətini turşutdu. – Kaş ki, vaxtı, vədəni geri qaytarmaq mümkün olaydı. Çox şeyi çalışardım ki, yenidən qurub yaradım, amma təəssüf ki, çox-çox gecdir. Nə zamanı geri qaytarmaq mümkündür, nə də ki buna ömür vəfa edər.

Bir vaxtlar türklərdən eşitdiyi misal yadına düşdü. Elə düz deyirlər, dedi: "İlan zəhəri kərtənkələdən alır, amma insanın bədəninə zəhəri ilan yeridir, kərtənkələ yox”. Heç nəyi gizlətmək yox, etiraf etmək lazımdır. Burda mənim də günahım çoxdur. Elə bütün erməni analarının günahı böyükdür. Vaxtında düzgün tərbiyə versəydik, təbliğatı başqa cür aparsaydıq, bəlkə də bu faciələrə heç yol açılmazdı. Bunun kökündə biz erməni qadınların türk kişilərinə qarşı intiqam hissi dayanır. Amma məqsədimizi gizlətsək də, istəklərimizi həyata keçirə bilirik. Hələ başqaları bir yana, mən özüm boynuma alıram, amma neyləyim ki, açıb-ağarda bilmirəm. Bizim türk kişilərinə qarşı nifrətimizdən qaynaqlanır hər şey. Düzdü, əvvəlcə onlara qarşı sevgi hisslərimiz baş qaldırır, böyük eşq yaşayırıq. Aramızda nələr olmur, nələr baş vermir? Hansı duyğular içimizdə baş qaldırmır? Sonra da aramız pozulanda bu sevgi hissi bir andaca nifrətə çevrilir. Onu da düz deyiblər, "sevgi ilə nifrət arasında bir addım yol var”. Elə ki, aramızdakı körpü qırıldı, sənin ayaqların hansı tərəfdə – nifrət tərəfdəmi, sevgi tərəfdəmi qalıbsa, başlayırsan elə o tərəfdən addımlamağa. Nifrət tərəfdən başladınsa böyüyüb-böyüyüb içində böyük bir nifrət dağı olacaq. Belə bir faciələrə, bəlalara gətirib çıxaracaq”.

Uşaq ananın köksünə qısılır, başını ananın sinəsinə sıxır. Zorik onu ananın sinəsindən qoparmağa çalışır. Uşaq başını anasının köksündə gizlədib ayağının arxası ilə Zoriki itələyib ağlaya-ağlaya: – Get, get, dəymə mənə, – deyir. Zorik tərəfə baxmamağa çalışır.

Anuş xala yenə ofuldanıb deyinir:– "Yazıq, yazıq körpə, başını anasının köksünə sıxıb gizlənməklə elə bilir bu qaniçənin əlindən qurtula biləcək. Neyləsin məsum körpə, edə biləcəyi başqa bir etiraz əlaməti, arxalanmağa başqa bir dayağımı var? Bu məsum körpə qaniçənə qarşı başqa cür necə etiraz edə bilər? Etirazını ayağı ilə itələməklə bildirir”.

Ana körpəni daha da bağrına sıxır. O, körpəni zorla ananın sinəsindən qoparır. Körpə ucadan çığırıb-bağırır. Zorik körpənin kürəyindən yapışıb əlində sallaya-sallaya ocağın yanına gətirir. Üzünü anaya tərəf çevirib dişlərini ağarda-ağarda, – "Siz türk it uşağına hələ bu da azdır” deyib uşağı yanan ocağın içərisinə atır. Körpə qız uşağının çığır-bağırtısı ananın fəryadına qarışıb beynində uğuldayırdı, onu rahat buraxmırdı.

Yatağında oturub Zorikin qarasıyca deyindi:– "Gerçəkdən bunun içərisi şeytan xisləti ilə dopdolu imiş. Bunda insanlıq adından bir şey qalmayıb. Eşitmişdim, amma inana bilmirdim, deyirdilər, şeytan adamın içərisinə girib mələyi qovur. Ondan sonra həmin adam şeytanla təmas qurur. Şeytan həmişə çalışır ki, onu pis yola, pis əmələ çəksin. Şeytanın əməlinə uyan adam şeytandan da betər olur. Bunun bu bəd əməllərinin şahidi oldum. Bəlkə də anası olduğum üçün bu bəd əməlləri oğluma yaraşdırmırdım, ona görə də inanmağım gəlmirdi. Daha inamım birə-beş artdı. O, nifrətə layiqdir. Belə olmasaydı, o, bu əməlləri törətməzdi. Bu nə müsibətdi! İnsan olan kəs bu qədər də qəddar, qaniçən olarmı? Vicdanı olan, qanında, canında bir balaca insanlıqdan payı olan bu vəhşiliyi törədə bilərmi?

Kaş o kitabı heç oxumayaydım. Heç bu müsibətdən xəbərim olmayaydı. Onun belə bir vəhşi olduğunu heç bilməyəydim. Bəlkə onda rahat olardım. Öləndə də rahat ölərdim. Bilmirəm, mən niyə o kitabı əlimə alıb oxudum, o kitab nədən məni özünə cəkdi, o kitab haradan əlimə keçdi! İndən sonra belə bir əməlin sahibi olan insanı mən necə bağışlaya bilərəm?!”


***

Canındakı sıxıntı hələ keçməmişdi. Axşamkı yuxunun havası başını dumanlandırırdı. Dərin düşüncələr onu özündən çox uzaqlara aparıb-gətirirdi. Bir yanda bənd alıb otura bilmirdi. Gah bayıra çıxıb həyət-bacada fırlanır, gah da otağa qayıdıb beynində nəyisə ölçüb-biçirdi: "Eh! Otağa girirəm, elə bilirəm, divarlar üstümə yeriyir, bayıra çıxıram dünya başıma fırlanır. Belə də şey olar? Həyət-bacaya baxanda yağı görsə yazığı gələr. Daha əvvəlki vaxtlarım deyil, dizimin o taqəti qalmayıb, canım tutmur ki, nəsə bir işin qulpundan yapışım. Yerimdən zorla qalxıram. Heyif deyil cavanlıq, heyif deyil o günlər”.

Təəssüflə başını yelləyib deyindi:

– Demək mən də qocalmışam! Hərdən oturub fikirləşəndə cavanlığım özümə xəyal kimi görünür. Arada öz-özümə deyinib dururam. Başqa kimim var, kimə deyim, ən böyük dərdimi-sərimi də, elə sevincimi də özümlə bölüşürəm. Deyirəm, eh, Anuş, sənin də gözəgəlimli vaxtların, gözəl çağların olub. Atlını atdan salan baxışların var idi. Yeriyəndə elə bilirdin, ayağının altında yer titrəyəcək. Bığıburma cavanlar arxanca həsrətlə baxıb köks ötürərdilər. Sən də çox vaxtı gördüyünü görməməzliyə, eşitdiyini qulaq ardına vurardın. Belədi də, elə ki, əldən, ayaqdan düşdün daha səni saya salmırlar. Hələ kənardakılar bir yana qalsın, heç özününkülər səni vecinə alıb it yerinə qoyur ki?! Deyən yoxdu burda bir qançıq anam var, yaxud nənəm var. Hərə başını götürüb bir çəhənnəmə əkilib. Həyət-baca da, ev-eşik də elə mənim kimi yiyəsiz, kimsəsız qalıb. Vaxt var idi, işə də gedirdim, ev-eşiyə də baxırdım. Həyət-baca gül qoxuyurdu. Bağa-baxçaya girəndə adam zövq alırdı. Nə işimdən narazılıq edən var idi, nə də evdən-eşikdən əlimi soyudurdum. Ən çətin doğuşda məni çağırırdılar. Bilirdilər ki, Anuşsuz kündələri küt gedəcək. Amma haqq üçün hörmətimi də saxlayırdılar. İndi dövran dəyişib, bu xaraba qalmış evin altında tək qalmışam. Zorikin də kefinə düşəndə gəlib çıxır evə, kefinə düşməyəndə də daşı atılır, aylarla evdə tapılmır. Bilmirsən, haraya cəhənnəm olur. Deyirəm, a bala, haralardasan? Mənə nə desə yaxşıdı, "işim-gücüm başımdan aşır, mühüm işlərlə məşğulam”. Bilmirsən hansı mühüm işlərlə məşğuldur? Heç bunun əməlindən baş açan varmı? Allah da bunun əməlindən baş aça bilməz! Bu boyda ev-eşik xarabaxana qalıb, elə bil, burda adam yaşamır. Hamı qırılıb, tək-tənha quru yurdda qalmışam. Ölsəm heç kimin xəbəri də olmaz ki, mən ölmüşəm ya diriyəm. Vallah, aylarla meyidim evin bir küncündə qalacaq. Gecələr çaqqalların ulaşmasından qulaq tutulur, səhərə kimi yatmaq da olmur. Gündüzlər həyat-bacada lal sükut baş alıb gedir. Elə bilirsən, dörd bir yanın yasa batıb. Nə çağıran var, nə səsinə hay verən var. Yayda yenə bir təhər dözmək olur. Elə ki, qış gəldi gecələr çox ölgün keçir. Elə bilirsən, bir gecən bir ilə bərabərdi.

Vaxt var idi, buralarda bir şənlik var idi, gəl görəsən. Türk erməniyə, erməni türkə qarışmışdı. Azdan, çoxdan ruslar da olurdu, başqa millətlərdən də var idi. İndi buralarda ermənilər bayquş kimi tək qalıb, tək yaşayırlar.

Hərənin öz işi-gücü var idi. Heç kəs heç kimin işinə baş soxmazdı, hamı öz işiylə-gücüylə məşğul olurdu. Bir yerdə əkər-becərərdik. Heç kəs cınqırını da çıxara bilməzdi. Səsi çıxanın boğazına qurğuşun əridib tökərdilər, bir də dilinə başqa söz gətirməzdi. Vallah, elə belə yaxşı idi. Bu nədir? Hər tərəfdə elə bil bayquş ulayır. Elə onda da görürdün ki, arada bir bu zibil ermənilər araya şuluqluq salırdılar. Bunların bünövrədən şuluqluq qatmaq, ara qarışdırmaq peşəsidi, canında-qanında var axı. Belə də şey olar?! Yaşamayacaqdınızsa bu bədbəxt insanları niyə yerindən-yurdundan didərgin saldınız? Nəyinizə gərəkdir bu xarabaxana qalmış yurd-yuva? Nəyinizə gərəkdir viran qoyduğunuz Qarabağ? Heç bu boyda qan tökməyə dəyərdimi? Kim qalıb qoca-qoltaxdan, bir də imkansız, yazıq-yuzuqdan savayı?

Qırılmışlar, hərəsi gətirib bir qoca-qoltağı buraya atıb, cəhənnəm olublar, hərə öz kefində, damğındadı. Kim öldü, kim qaldı nəylərinə gərəkdi. Mən də ağzımı açıb bir söz deyəndə nə desələr yaxşıdı? – "Sən qocaldıqca nə çox deyinib-danışırsan, otur oturduğun yerdə, niyə bizim işimizə qarışırsan? Sənin nəyinə gərəkdir biz hara gedirik, hardan gəlirik? İndi dövran dəyişib. Gərək zamanə ilə ayaqlaşa biləsən. Qapılıb burada ömrümüzü-günümüzü çürüdəsi deyilik ki”.

İki ildən çoxdur ki, üzlərini gor görmüşlərin üzlərini də görə bilmirəm. Gələndə də kefə-damağa gəlirlər. Beş-on gün dəm-dəsgah qurub, sonra hərəsi bir tərəfə əkilirlər.

Görmüsəm arvad-uşaq evində-eşiyində olar. Düşənini götürər, qaçanını teyləyər. Bunlar eləməz! Bunlarda tam başqa cürdü. Oğul gedib Fransada veyillənir, arvad da gedib oğlunun yanını kəsdirib, guya ki, oğlunu çox istəyir, ondan ayrı dura bilmir. Külümü qoyum sənin arvad başına, səninki oğuldu, başqasınınki oğul deyil?! Denən ki, canıma əziyyət vermək istəmirəm, rahatlığa qaçıram. Bunun danışdığı sözə bir bax, sən Allah! Qız da ki, Amerkadadı hardadı, heç doğru-dürüst yerini-yurdunu da bilmirəm. Bu da ki heç”.

Əlini stolun oturacaq hissəsinə dirəyib ayağa durdu. Əsanı əlinə alıb dodağının altından deyinə-deyinə çölə çıxdı.


***


Maşın qalxan istiqamətdə yol dikəldikcə dərə də dərinləşirdi. Dərədən sol tərəfdə həyət evləri görünürdü. Həyatyanı məhlələrdə təzəcə puçurlamağa başlayan, bəziləri çiçəkləyib ağ duvağa bürünmüş gəlin kimi diqqəti cəlb edən meyvə ağacları gözə çarpırdı.

Dərə ilə əkin sahəsini çox sıx olan qaratikan kolları ayırırdı. Qaratikan kollarının arasından söyüd ağacları göyə boy verirdi.Yol qalxıb sağa dönən istiqamətdə nazık sısqa çay yola qoyulan körpüdən dərə uzunu axırdı. Yol sağa döndükdə, ona paralel istiqamətdə əkin yeri dəmir torla hasarlanmışdı. Hasardan yola tərəfə qaratikan kolları sıx-sıx əkilmişdi.

Hündür qaratikan kollarından ev görünməz olmuşdu.

Evə sağa dönən yoldan, məhlənin orta hissəsindən yol ayrılırdı. Həyətə göy rəngli dəmir darvaza qoyulmuşdu. Darvazanın göy rəngi artıq soluxmuşdu. Çox yerdən rəngi tökülüb pas atmışdı. Hiss olunurdu ki, çoxdan qoyulmuş darvazadır.

Evlə darvaza qapı arasındakı məsafə 150 metrə qədər olardı. Evə gedən yolda – yolun kənarına həm sağ tərəfdə, həm də sol tərəfdə alma ağacları əkilmişdi. Ağacların hündürlüyündən bilinirdi ki, ən azı 20 ilin ağaclarıdı. Evin yerləşdiyi yer söt olduğundan, iki otaqlı, qarşıda eyvanı olan ev aşağı hissədən iki mərtəbəli, yuxarı başdan bir mərtəbəli görünürdü. Yuxarıdan evin qarşısından xeyli qabağa çıxan balaca eyvanın qapısı birbaşa həyətə açılırdı. Həyətlə məhlə dəmir torla ayrılmışdı. Eyvanın çıxacağı ilə üzbəüz böyük bir alma ağacı var idi. Ağacın dibinə əldəqayırma stol bərkidilmişdi.

Məhlə ilə yolun arası hündür idi. Məhlə yoldan xeyli çökəklikdə yerləşirdi. Görünür, yol çəkiləndə əlavə daş, torpaq töküb yolu hündürləşdirmişdilər.

Əkin yerində də çoxlu ağaclar gözə çarpırdı. Çılpaq ağaclar sanki keşikçi kimi ətrafa nəzər salıb məsum, yazıq bir görkəm almışdı. Baxımsızlıq ucundan ağacların ətrafını kol-kos basıb. Bağdan çox meşəyə bənzəyirdi. Maşınla gəlib keçənlər Zorikin evi olduğuna görə o evə göz ucu baxıb keçirdilər.

Həyət-bacada arada-sırada bir yaşlı qadın görünürdü. Burdan keçənlər qadını görəndə onun haqqında deyinib keçərdi:

– Bu ev də onların evidir. Görəsən indi haralardadır? Xarabasında olmaz əşi. O nə vaxt xarabasında tapılır ki? İndi nə bilirsən daşı hayana atılıb, – deyərdilər.
Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıbTürkiyədə daha 46 nəfər koronavirusdan öldü

Türkiyədə daha 46 nəfər pandemiyanın qurbanı olub.

Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca "Twitter" səhifəsində yazıb.

Fahrettin Koca qeyd edib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 214-ə çatıb:

"İnfeksiyaya yoluxanların sayı 2 704 nəfər artaraq 13 531 nəfərə yüksəlib. İndiyədək 243 nəfər isə koronavirusdan sağalıb".
Koronavirusun yaratdığı təxliyyə problemləriDünyanın əksər ölkələrində vətəndaşların təxliyyəsi ilə bağlı vəziyyət eynidir

COVİD-19 virusunun sürətlə yayılması dünyanın bütün ölkələrini qısa zaman fərqi ilə və istisnasız olaraq, ciddi, eyni zamanda heç vaxt qarşilasmadıqları çağırışlar qarşısında qoydu. Bir tərəfdən sərhədlərini bağlamaqla virusun xaricdən ölkəyə daxil olmasını məhdudlaşdırmağa və bununla da daxildə vətəndaşların təhlükəsizliyini təmin etməyə çalışan dövlətlər, digər tərəfdən bu və ya digər səbəblərdən ölkə xaricində olan vətəndaşlarının geri qayıtmaları ilə bağlı həlli bir çox hallarda mümkün olmayan problemlərlə qarşı-qarşıya qaldılar.

Koronavirusun sürətlə yayılması gözlənilməz olduğu kimi onun doğurduğu səbəblər də ərazisinin böyüklüyündən və ya kiçikliyindən, əhalisinin sayından, iqtisadi gücündən asılı olmayaraq, bütün dövlətlər üçün gözlənilməz oldu.

Əksər dövlətlərin xaricdə olan vətəndaşlarının ölkəyə təxliyyə olunması ilə bağlı yaşadıqları problemlər bir sıra siyasi və hüquqi spekulyasiyaların ortaya çıxmasına zəmin yaratdı. Hava limanlarının qapalı olduğunu, virus təhlükəsinin və tətbiq olunan karantin rejimlərinin diplomatların fəaliyyətini yetərincə məhdudlaşdırdığını nəzərə almayan, yaxud yaranmış vəziyyətdən sui-istifadə edən marginal qruplar dövlət-vətəndas münasibətlərində birincinin vəzifələrini ön plana çəkməklə ikincilərin konstitusion hüquqlarının pozulduğunu iddia etməyə başladılar. Və təəssüf ki, böyük əksəriyyət COVİD-19-dan öncəki dünyanın reallıqlarını xatırlamaq belə istəmir. Bu gün ayrı-ayrı dövlətlərin xaricdə olan vətəndaşlarının sayı on milyonlarla ölçülə bilər. Onların arasında bir neçə günlüyə müayinə, yaxud müalicə məqsədilə, işgüzar görüşlər üçün və ya turist kimi xarici ölkələrə səfər edənlərin sayı kifayət qədər azdır. Və onların da böyük əksəriyyəti öz ölkələrinə təxliyyə ediliblər. Çoxluğu isə əmək miqrantlari, bu və ya digər ölkəni özünə yaşayış yeri kimi seçən və nəinki Vətənini, bir çox hallarda dogmalarını belə xatırlamayanlar təşkil edir. Maraqlıdır ki, koronavirus pandemiyasından öncə heç ölkələrinə qayıtmağı belə düşünməyən insanlar indi hər vəchlə öz vətənlərinə qayıtmağa can atırlar

Bu isə koronavirus pandemiyası ilə mübarizədə böyük çətinliklər yaşayan ölkələr üçün əlavə problemlər yaradır.

Təxliyyə məsələsində əksər ölkələr demək olar ki, eyni problemlərlə qarşılaşırlar. Məsələn, Fransa hökuməti xaricdəki on minlərlə vətəndaşının yalnız yarısını təxliyə edə biləcəyini bəyan edərək bu istiqamətdə müəyyən addımlar atmağa başlayıb. Lakin təxliyyə tələbi ilə çıxış edən xaricdəki fransızların qeyri-ciddi münasibəti bu prosesə böyük əngəllər yaradır. Çox vaxt önvədən ölkəsinə qayıtmaq istəyini bildirən fransızlar son məqamda fikirlərini dəyişir və ya ümumiyyətlə hava limanına gəlmirlər.

Əksər fransızları narahat edən məqamlardan biri göndərilən təyyarələrin ödənişli əsasda və olduqca yüksək qiymətə sərnişin qəbul etməsidir. Digər halda isə aviaşirkət təyyarənin tam dolmaması səbəbindən havaya qalxmaq istəmir və günlərlə bütün yerlərin dolmasını gözləyir.

Onu da qeyd edək ki, ölkəsini turizm və ya müalicə məqsədilə tərk edən və geriyə qayıda bilməyən Rusiya vətəndaşlarının sayı da onminlərlədir. Təkcə Birləşmiş Ərəb Əmirliklərindən ölkəsinə qayıda bilməyən Rusiya vətəndaşlarının sayı 5 min, Hindistanda bloklanan rus turistlərinin sayı isə 3 min nəfərə yaxındır. Eyni problemləri Fransa, İspaniya, Slovakiya, Kosta-Rika və Peruda olan Rusiya vətəndaşları da yaşayırlar.

Yaranmış vəziyyətlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın sosial şəbəkələrdə etdiyi paylaşımlar diqqəti çəkir. O, dünyanın müxtəlif ölkələrində qalmış və Rusiyaya dönmək istəyən çoxlu sayda insanlardan müraciətlərin daxil olduğunu və onların təxliyəsi üçün dövlətin əlindən gələni etdiyini bildirib. Zaxarova illərlə xaricdə yaşayan və çalışan insanların indiki çətin dövrdə vətəni yada salmalarına da kinayə ilə yanaşıb.
Son mətbuat brifinqlərinin birində Mariya Zaxarova Rusiya Xarici işlər nazirliyi və xaricdəki diplomatik nümayəndəliklərinin Rusiya vətəndaşlarının xarici ölkələrdən təxliyə edilməsi üçün gərgin rejimdə çalışdıqlarını, lakin hamının təxliyə edilməsinin qeyri-mümkün olduğunu vurğulayıb.

Rusiya operativ qərargahının qəbul etdiyi son qərarlardan biri isə ölkəyə 24 saat ərzində 200-dən çox şəxsin gəlməsinə icazə verilməməsi ilə bağlıdır ki, bu da onminlərlə insanın yaxın 2 ay ərzində geri qayıda biləcəyi perspektivini şübhə altına alır.

Daha öncə də qeyd etdiyim kimi dünyanın əksər ölkələrində vətəndaşların təxliyyəsi ilə bağlı vəziyyət oxşardır. Koronavirusun yaratdığı reallıqlar kimi…

Elçin Mirzəbəyli
Azərbaycanlı jurnalist koronavirusa yoluxdu
ATV-nin Almaniya üzrə müxbiri Şahin Abbasov koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

“Mart ayının 11-də qızımın 15 yaşı tamam oldu. Martın 14-də qızım ad gününü dostları ilə kafedə keçirdi. Sonra qızım özünü pis hiss etməyə başladı, qızımın hərarəti çox yüksək deyildi, sonra dad bilmə qabiliyyətini itirdi. Qızımdan sonra mənim də səhhətim pisləşdi. Dünən axşam testin cavabı çıxdı, cavab pozitivdir. Mənə evdən çıxmamağı tapşırdılar. Könüllülər cəmiyyəti ehtiyacım olanları evimə çatdıracaq. Dad bilmə qabiliyyətimi itirmişəm. 9 gündür xəstəyəm, özümü qripə yoluxmuş insan kimi hiss edirəm. Ağır keçirmədiyim üçün xəstəxanaya yerləşdirilmədim. Mənə dərman yazmadılar. Dedilər ki, sitrus meyvələri yeyin, limonlu su için. Bəzən baş ağrılarıma görə ağrıkəsici içirəm”, - deyə Şahin Abbasov “Bizimləsən” verilişində bildirib.

Niyaməddin Orduxanlı sosial şəbəkələrdə bir milyon insana koronavirsa qarşı maariflənmə işini təşkil edəcək
BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı koronavirusla mübarizə qarşı sosial şəbəkələrdə maariflənmə işinin təşkilinin işi ilə bağlı bir milyondan artıq sosial şəbəkə istifadəsinə məlumat yayacaq.

Bununla bağlı "Avrasiya.net-ə açıqlama verən QHT sədri bildirib. Onun sözlərinə görə, təşkilatın bu layihənin icrası QHT Şurasının sədri, millət vəkili Azay Quliyevin mraciəti olub:"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hörmətli sədri, millət vəkili Azay Quliyev ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə dövlətimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərdə QHT-lərin yaxından iştirakını təmin etmək üçün növbəti mühüm təşəbbüslə çıxış etməyə qərar verib. Şura müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi aşağıdakı 9 qrant müsabiqələrinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəltməyi təklif edib. Bizim təşkilatda bu ilin mart ayının 5-də Sosial Tədqiqatlar Mərkəzi ilə birgə keçirilən qrant müsabiqəsi üzrə sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması və milli maraqların müdafiəsi istiqamətində qalib elan edilmişdir. Bu gün hər birimiz dövlətimizin və xalqımızın yanında olmalıyıq. Necə ki, cənab Prezident İlham Əliyev çox yüksək səviyyədə hər bir vətəndaşını qoruyur və bütün fəaliyyətini bu istiqamətdə qurub. Açıq şəkildə bildirmək lazımdır ki, bir çox Avropa ölkələrinin prezidentləri , liderləri koronavirus təhlükəsizliyindən öz iqamətgahlarında bayıra çıxmır. Heç bir vətəndaşı ilə görüş keçirmir. bütün təmasları internet üzərindən aparırlar. Ancaq biz hər gün cənab Prezident İlham Əliyevi və hörmətli Vitse-Prezident Mehriban xanım Əliyevanın yeni-yeni xəstəxanları açılışında, sosial evlərin açılışında və bir çox tədbirlərdə iştirak edir. İlk gündən verilən qərarlar nəticəsində bütün lazımı tədbirlər həyata keçirilir. İlham Əliyevin 1 milyard manatın ayrımasını və virusa qarşı mübarizə fondunun yaratması, yer gəlmişkən , qısa müddət ərzində 100 milyon manat vəsaitin toplanması birbaşa qabaqlayıcı tədbirlərin görülməsinə xidmət edir."

Niyaməddin Orduxanlının sözlərinə görə, təşkilat layihənin icrası müddətində bir milyondan artıq Azərbaycanda yaşayan və sosial şəbəkə istifadəçisi olan vətəndaşlara məlumat göndərəcəklər:" Bilirsiniz ki, mən 15 ilə yaxındır ki, QHT sədriyəm. Vətəndaş Cəmiyyətinin inkişafında bizim təşkilat hər zaman öz tövhəsini verir. Mən facebook sosial şəbəkəsindən geniş istifadə edən siyasətçilərdən biriyəm. Həm facebookda, həm də instagramda "Niyaməddin Orduxanlı" adında on minlərlə izləyici olan səhifələrim fəaliyyət göstərir. Biz QHT Şurasının dəstəklədiyi layihə çərçivəsində 3 ay müddətində bir milyondan artıq şəxsə məlumat göndərəcəyik. Təbii ki, söhbət ödənişli əsaslarlardan gedir. Bəlli olduğu kimi, facebook saytı imkan verir ki, pullu ödəniş vasitəsi ilə hər hansı bir məlumatı on minlərlə, yüz minlərlə insana çatdırılsın. Bu gün Azərbaycanda 10 milyonlu əhalinin təxminən 90% internet istifadəçisidir. Və üst-üstə 4 milyondan artıq şəxs sosial şəbəkə istifadəçisir. Biz də bu istiqamətdə işimizi quracağıq. Və hər zaman dövlətimizin milli maraqlarını öndə tutacağıq. Necə ki, 20 ildir ki, mən həm siyasi, həm də ictimai fəaliyyətimi bu istiqamətdə aparıram. Və inanıram ki, cənab Prezident İlham Əliyevin dediyi kimi, BİZ BİRLİKDƏ GÜCLÜ olub qalib GƏLƏCƏYİK!"
QHT-lərin koronovirasla mübarizəyə dair ümumrespublika onlayn konfransı keçiriləcəkAprelin 2-də QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Bunu QHT Şurasının sədri, millət vəkili Azay Quliyev açıqlayıb.

O deyib:

- Bildiyimiz kimi, Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb.

Bu gündən etibarən koronavirusla mübarizədə ölkəmiz üçün yeni və daha məsuliyyətli mərhələ başlayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir.

Karantin rejiminin sərtləşdirilməsi bir daha bu təhlükənin nə qədər real olduğunu göstərir. Pandemiyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti və vəzifəni anlaması çox vacibdir. Təbii ki hazırkı vəziyyətdə dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da bütün imkanlarını bu istiqamətdə səfərbər etməlidir.

Martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan QHT-lərin sayı hər gün artmaqdadır. Kampaniya çərçivəsində QHT-lərin fəal şəkildə iştirak etməsinə, Koronovirusla Mübarizəyə Dəstək Fonduna davamlı şəkildə vəsait köçürmələrinə və ölkədə həmrəyliyin güclənməsi işinə verdiyi digər töhfələrə baxmayaraq hələ də həyata keçirilməsi vacib olan xeyli işlər var.

Şura həmçinin, müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqəsinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəldəcəyini elan edib.

Şura qeyd olunan məsələləri və pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə 2 aprel 2020-ci il, saat 15:00-da “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirməyi planlaşdırır.

Konfransda aşağıdakı mövzular müzakirə olunacaq:

1) QHT-lərin ölkə üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsində rolu, “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasında iştirakının hazırkı vəziyyəti;

2) Şuranın 2020-ci il qrant müsabiqəsinin qalibi olan QHT layihələrinin mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi və bununla bağlı onların ideya və təkliflərinin dinlənilməsi;

3) Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri;

4) Koronovirusla mübarizədə QHT sektorunun töhvəsi ilə bağlı ən yaxşı xarici təcrübə.

Konfransda iştirak etmək istəyən QHT təmsilçiləri həm android, həm iOS-dan “Zoom cloud meeting App” proqramını endirməklə qeydiyyatdan keçə bilərlər.
Onlayn konfransda iştirak etmək üçün aşağıdakı təlimatda ətraflı məlumat əksini tapıb.

Konfransla bağlı sualları Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanova (050 330 76 01), mətbuat xidmətinin rəhbəri Elməddin Behbuda(055 78847 67) və İT üzrə mütəxəssis Bəhram Bayramova (051 700 8592) ünvanlaya bilərsiniz.

Hamınızı onlayn konfransda fəal iştiraka dəvət edirəm.

“QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”na qoşulmaq üçün texniki TƏLİMAT

İclasa necə qoşulmaq olar

İnternet brauzeriniz vasitəsi ilə qeyd olunan linkə (https://us04web.zoom.us/j/812037569) keçid edərək proqramı kompyuter və telefonunuza yükləyirsiniz. Daha sonra proqramı açaraq adınızı və iştirak istəyinizi qeyd edib konfransa qoşula bilərsiniz.

Səssiz və səsli rejim

Çox sayda şəxsin iştirak etdiyi videokonfrans zamanı əsas səs dinamiki istisna olmaqla digər mikrofonların səssiz rejimdə saxlanılması tövsiyə olunur. Konfrans zamanı çıxış etmək istədikdə bunu çat hissəsinə yazmağınız lazımdır.

Videokonfrans zamanı aşağıdakı qaydalara əməl etməyiniz tövsiyə olunur:

● Konfrans iştirakçılarını dinlədiyiniz zaman mikrofonunuzu səssiz rejimdə saxlayın. Bir neçə şəxsin eyni anda danışmasının qarşısını almaq məqsədilə bütün mikrofonlar səssiz rejimdə olacaq. Çıxış etmək istədikdə isə videokonfransın çat hissəsinə yazıb söz aldıqdan sonra mikrafonu açmağınız lazımdır.

● Dinamiklərdən gələn səs mikrofonu üstələdiyi zaman mikrofonunuzu yandırın.

Qulaqcıqlar

Videokonfrans iştirakçılarınının qulaqcıqlardan istifadə etməsi xahiş olunur. Qulaqcıqlar müxtəlif səslərin qarışmasından yaranan əks reaksiyanın aradan qalxmasına kömək edir.

Hər hansı bir sualınız olarsa və ya hər hansı bir texniki problem yaranarsa Şura Katibliyinin əməkdaşı Bəhram Bayramlı ilə əlaqə saxlaya bilərsiniz. ([email protected], +994 51 700 85 92).
Vəzifədə olanlara arxalanmayın! - Prezident
Vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Prezident bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxdığını bildirib:

“Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb, ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır.

Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək”.
BAXCP  Fondun hesabına vəsait köçürüb
Butov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə başladılan kampaniyaya qoşulub.

BAXCP mətbuat xidmətindən verilən məlumata görə, partiya öz büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 000 (üç min) manat vəsait ayırıb. Ayrılan vəsait artıq Fondun bank hesabına köçürülüb.

Xatırladaq ki, BAXCP ilk gündən Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dəstəkləyib.



Koronavirus günbəgün insan bədənində görün nələr edir - VİDEO
Koronavirusun simptomları insan orqanizminə fərqli şəkildə təsir göstərsə də, əsas əlamətlər bütün xəstələrdə ortaya çıxır.

Publika.az COVID-19-un orqanizmdə həyata keçirdiyi prosesi günbəgün təqdim edir.

1-3. gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlər ortaya çıxır. Yüngül qızdırma və boğaz ağrısı olur. İmmun sistemi zəifdirsə, ürəkbulanma və ishal ola bilər.

4. gün: Boğaz ağrısı şiddətlənir. Səs boğuqlaşır. Yemə-içmədə çətinlik baş qaldırır. Yüngül başağrısı ilə birlikdə ishal başlayır.

5. gün: Boğaz ağrısı şiddətlənir. Yemə-içmə olduqca ağrılı hala gəlir. Vücudu və üzvləri hərəkət etdirmək ağrılı olur. Oynaq ağrıları başlayır.

6. gün: Quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Yorğunluq və ürəkbulanma artır. Nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir.

7. gün: Qızdırma 38 dərəcəyə qalxır. Öskürək və bəlğəm şiddətlənir. Bədən və bağ ağrıları ilə birlikdə qusma şiddətli hala gəlir.

8. gün: Nəfəs alıb-vermək müşkül olur. Döş qəfəsində ağrı yaranır. Öskürəklə birlikdə baş və oynaq ağrıları son dərəcə artır. Qızdırma 38 dərəcəni keçir.

9. gün: Bütün simptomlar şiddətlə artır. Üz və dodaqlarda göyərmə sezilir. Öskürək və bəlğəm dözülməz olur.

Nə zaman xəstəxanaya gedilməlidir?

Yeni tip koronavirus infeksiyasının yoluxma yolları mövsümi qriplə bir-birinə çox bənzəyir. Lakin qripdən ölmə faizi Kovid-19-la müqayisədə 0,05% daha aşağıdır. Mütəxəssislər bunun səbəbinin qripə qarşı immunomüdafiənin yaranması və qripdə ağciyər tutulmasının daha az olmasını göstərir. Buna görə də yalnız nəfəsalmada çətinliyin başlanmasından sonra xəstəxanaya getmək məsləhət görülür.