31 mar 04:00Qarabag

Düşmən təxribata əl atdı - 3 erməni əsgəri yaralandı

Düşmən təxribata əl atdı - 3 erməni əsgəri yaralandıAzərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

Dövlət Sərhəd Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bu gün saat 17:30-dan başlayaraq Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayış evləri və avtomobil yolu ilə hərəkət edən mülki nəqliyyat vasitə­ləri ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxınlığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətə uyğun deyildir, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmamışdır.

***

Ermənistan Müdafiə Nazirliyinin olayla bağlı rəsmi açıqlamasında insident zamanı iki erməni hərbçinin yaralandığı rəsmən elan edilib.

***

Ermənistan Müdafiə Nazirliyi daha bir açıqlama yayaraq, 3 əsgərin yaralandığını, onlardan birinin isə ağır vəziyyətdə olduğunu bildirib. Ermənistan MN-nin rəsmi açıqlamasında əsgərlərdən birinin gözündən güllələndiyi qeyd edilib.

Hər üç yaralının İrəvanda hospitala yerləşdiriləcəyi açıqlanıb.
XƏBƏR LENTİ
SORĞU