“Heydər Əliyev irsinin tarixi və gələcək izləri” adlı tədbiri keçirilib

5 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Türk Ağsaqqalları İctimai Birliyinin tərəfdaşlığı ilə TAİB-in mərkəzi ofisində, TAİB GT-ın sədr müavini Müşfiq Nəsirli Mikayıl oğlunun “Heydər Əliyev irsinin tarixi və gələcək izləri” adlı tədbiri keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova, Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyinin sədr müavini Eyvaz Hümbətov, TAİB-in Qadınlar şurasının sədri Güllü Yoloğlu və təşkilatın idarə heyətinin üzvləri, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Şöhrət ordenli, Əmək ordenli – Niyaməddin Musayev, Əməkdar Jurnalist, Pedaqoq, “Azad Azərbaycan” teleradio şirkətinin bədii şura sədri, Professor – Etibar Babayev, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı – Rafiq Bağırov, Tanınmış yazıçı, Koreya Şərq Təbabati Klinikasının baş həkimi, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai birliyinin sədri – Zərifə Quliyeva, Biologiya Elmləri üzrə fəlsəfə doktoru, rəssam – Nigar Bağırova, AYNA –nin əməkdaşı, AZTU-nun müəllimi – Xəqani Tağıyev, TAİB-in üzvü, Elmlər doktoru – Dilqəm Quliyev və Professor – İbadulla Ağayev çıxış etdi.

Tədbirdə Azərbaycan Xalqının Xilaskarı Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş Video-çarx nümayiş olunub. Gənc ifaçı İsmayıl Məmmədovun ifasında “Heydər xalqım deyəcək” və “Küçələrə su səpmişəm” mahnısını ifa etdi. Sənətkar Xəyyam Səmədovun əl işi olan, sapla toxuduğu Heydər Əliyevin portreti nümayiş olundu. Bununla yanaşı rəssam Səadət Abdullayevanın rəsm təqdimatı və Gənc rəssam İsmayıl Hacıyevin rəsm sərgisi keçirildi. Daha sonra çıxış edən rəsmi nümayəndələr Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı danışıb öz xatirələrini bölüşdülər.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər