Mehdiyevin məşhur kadrı vəzifədən çıxarıldı

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, Q.Əliyev təqaüd yaşının çatması ilə əlaqədar öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Məlumatı YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli təsdiqləyib.

Qeyd edək ki, Ana Vətən partiyasının sabiq sədri Fəzail Ağamalı Ramiz Mehdiyevin 2003-cü ildə prezident olmaq üçün müxalifətlə danışıqlara başladığını bildirmişdi. Onun sözlərinə görə, bu danışıqları ulu öndər Heydər Əliyevin tərcüməçisi Rauf Hüseynov və vaxtilə Prezident Administrasiyasında mühüm vəzifədə işləyən, hazırda isə YAP Qaradağ rayon təşkilatının sədri olan Qafar Əliyev həyata keçirirdi.

Xatırladaq ki, bu hadisədən qısa müddət sonra Rauf Hüseynov vəzifədən azad edilsə və ölkədən getsə də, Qafar Əliyev daha bir neçə il PA-da vəzifəsini qorumuşdu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər