Cəlilabadda qardaşı övladlarını baltalayan şəxs ölüb
Dərc olunub:
Dünən, 14:42
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayaraq öldürməkdə təqsirləndirilən Ə.Nağıyev ölüb.
Təqsirləndirilən şəxs dünən gecə saatlarında vəfat edib.
Onun ölüm səbəbi araşdırılır.
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
Baş verən hadisə ilə bağlı şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılıb.
Hadisə ilə bağlı ilk xəbəri "aznews.ws" verib.
