İtkin düşən tələbə tapıldı

İtkin düşən tələbə tapıldıBakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.

Bu barədə Avrasiya.net-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bidlirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.

“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.

Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”, - qeyd edilib.

Qeyd edək ki, V.Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün qonaq gəlibmiş.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər