Gömrük Akademiyasında təkrar ali təhsil üzrə ilk buraxılış həyata keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında 2024/2025-ci tədris ilində təkrar (ikinci) ali təhsil istiqaməti üzrə Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisaslarının ilk məzunları ilə görüş keçirilib.
Görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək məzunları təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb. Akademiya rəisi təhsil müddətində əldə olunan bilik və bacarıqların məzunların xidməti və əmək fəaliyyətlərində mühüm rol oynayacağını və peşəkar inkişaflarına əhəmiyyətli töhfə verəcəyini əminliklə qeyd edib.
Daha sonra təhsil proqramını uğurla başa vuran məzunlara diplomlar təqdim olunub.
Qeyd edək ki, Gömrük Akademiyasından 2024/2025-ci tədris ilində təkrar ali təhsil istiqaməti üzrə 33 nəfər məzun olub.![]()
![]()
