Cəlilabaddakı qətlin təfərrüatı: Hadisəni törətdikdən sonra...

Cəlilabad rayonunda baş verən ağır cinayət hadisəsinin bəzi təfərrüatı məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyevin qardaşının azyaşlı övladlarına – 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum etdiyi bildirilir.

Nəticədə hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən xəsarətləri alıb.

Şahidlərin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs spirtli içkinin təsiri altında olub. O, hadisədən sonra küçəyə çıxaraq qonşularına qardaşının övladlarına xəsarət yetirdiyini bildirib.

Yaralılar qonşular tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun qardaşı Hüseyn Nağıyevin müalicəsi isə davam etdirilir.

Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb. Ataları Musa Nağıyev isə hazırda Dağıstanda muzdlu işdə çalışır. Bildirilir ki, iki qardaş eyni həyətdə, eyni ünvanda yaşayırmış.

Cinayəti törətməkdə şübhəli bilinən Əli Nağıyev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Onun əvvəllər bir neçə dəfə məhkum olunduğu, həmçinin bir müddət Dağıstanda işlədiyi bildirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər