67 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - Foto

67 yaşında özünə toy edən generalla bağlı mühüm fakt - FotoBu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib.

O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir:

“Onun atası Tələt Əliyev Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır”.

E.Cəfərli Mirzə Saleh Axundovun (general Nazim Əliyevin babasının qardaşı) Quzanlı qəbiristanlığında olan məzarının şəklini paylaşıb:

“Bu məzar böyük ziyalı, təbib, tərcüməçi, şair Mirzə Salehindir. Göründüyü kimi, məzar baxımsız qalıb, sinə daşı yoxdur. Bərpa edilməsinə ehtiyac yaranıb.

Tehranda təhsil almış məşhur təbib Mirzə Saleh 1918–1920-ci illərdə Qarabağda və Zəngəzurda erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə də iştirak edib və yaralanıb. Eyni zamanda milli ordunun əsgərlərinə tibbi yardım göstərib. Türk, fars, ərəb, fransız və rus dillərini sərbəst bilən böyük ədib ədəbi yaradıcılıqla da məşğul olub.

6 cildlik "Azər-türkcə yeni dolu sözlüy”ün müəlifidir. Yazdığı “Divan”da şairin qəzəlləri və rübailəri, həmçinin Məhəmməd Füzulinin fars dilində yazılmış şeirlərinin tərcümələri toplanıb”.

O, N.Əliyevə babasının qardaşının məzarını bərpa etməsi üçün çağırış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər