Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb

Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıbDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində istintaq olunan “Ramiz Mehdiyev İşi” üzrə cinayət məsuliyyətinə cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb.

Abbas Abbasovun Bakıda bağ evində və əsas yaşadığı mənzilində aparılan axtarışda onun ailə üzvləri iştirak edib.

Bildirilir ki, Abbas Abbasovun ötən illər ərzində Rusiya hökuməti və ayrı-ayrı qurumları tərəfindən aldığı mükafatlar, fəxri fərmanlar və sair sənədlər istintaq qrupu tərəfindən götürülüb.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olub. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb (mənbə: Gününsəsi.info).

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər