Pakistanda dəhşətli yanğında 73 nəfər öldü

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərindəki “Gul Plaza” ticarət mərkəzində yanğın yerində təxminən 10 gün davam edən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Modern.az xəbər verir ki, “Geo” telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, faciə 73 nəfərin həyatına son qoyub.

Sind əyalətinin hökuməti yanğın qurbanlarının ailələrinə 10 milyon Pakistan rupisi (təxminən 35 min 700 dollar) məbləğində yardım etməyi qərara alıb.

Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək. Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə ekspertləri də hadisə yerinə gedəcəklər.

Xatırladaq ki, yanvarın 17-si axşamı Kəraçinin sıx məskunlaşmış ərazisindəki ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını yalnız üçüncü gündə tam söndürmək mümkün olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər