"ABŞ İranın hər tərəfdən yolunu bağlayır"

"ABŞ İranın hər tərəfdən yolunu bağlayır"Rusiyanın Suriyada mövcudluğu böyük ölçüdə sona çatır. PKK-PYD nəzarətindəki Qamışlıdakı hava limanından Rusiya yeddi il idi ki, oturduğu hərbi qüvvələrini çıxarır. Məsələnin kökündə Qamışlı sərhəddindən İranın "Hizbullah" üçün silah təchizatını həyata keçirilməsinin qarşısını almaq məqsədi daşıdığı, buna görə də ABŞ-ın Suriyanın yeni hakimiyyətinə yaşıl işıq yandırması olduğu görünür.

Bunu Avrasiya.net-ə ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, Rusiya orada guya kürd döyüşçülər ilə Suriya qüvvələri arasında vasitəçi kimi yerləşmişdi. Rusiya isə Tartus və Hmeymin hərbi bazarlarında hələlik öz mövcudiyyətini saxlayır. İrana hücum olacaqsa, Rusiya buna səsini çıxarmayacaq. Çünki əks halda Rusiyanı bu bazalardan da çıxaracaqlar:

"Görünən odur ki, ABŞ İranın hər tərəfdən yolunu bağlayır.
Regionun geosiyasi reallığı öz təbii axarına düşür. Türkiyə-Suriya sərhəddi kənar ünsürlərdən təmizlənir.
Hesab edirəm ki, bu, Türkiyənin düşünülmüş və hesablanmış planlarının tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda, beynəlxalq arenadakı uğurlu fəaliyyətinin nəticəsi kimi meydana çıxır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər