Həbsdə olan məşhur bəstəkar azad edildi

Həbsdə olan məşhur bəstəkar azad edildiHəbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb.

Avrasiya.net Yeni Sabah-a istinadla xəbər verir ki, bəstəkar ona təyin olunmuş həbs müddətinin başa çatması ilə əlaqədar azad edilib.

Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı sabiq gömrük xidməti polkovniki Şədiyyə Arif qızı Salehli tərəfindən “külli miqdarda dələduzluq” etməkdə ittiham olunmuşdu.

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən, Ş.Salehlinin şikayəti əsasında T.Bayraməliyevə Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndi ilə cinayət işi açılıb. Nəticədə məhkəmə qərarı ilə bəstəkara 8 il həbs cəzası verilmişdi. O, cəzasını 13 saylı Cəza Çəkmə Müəssisəsində çəkib.

Məhkəmənin çıxardığı hökmlə barışmayan Tural Bayraməliyev həbsxanada olduğu dövrdə yaxınları vasitəsi ilə dəfələrlə mətbuata şikayət yazıları göndərmişdi.

Bəstəkar müxtəlif vaxtlarda bir sıra şou-biznes nümayəndələrinə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxtəlif məzmunlu ismarıclar ünvanlayıb.

Tural Bayraməliyev sabiq deputat Hüseyn Abdullayevin dayısı oğludur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər