İran BMT-yə şikayət etdi: ABŞ bizi hədələyir!
Dərc olunub:
Dünən, 15:38
Donald Tramp İranı güc tətbiqi və hərbi müdaxilə ilə açıq şəkildə və dəfələrlə hədələyib.
Axar.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasına müraciətində deyib.
İrəvani ABŞ liderinin bu hərəkətlərini beynəlxalq qanun pozuntusu adlandırıb və bunun beynəlxalq hüquqi nizamın zəifləməsinə səbəb olduğunu bildirib.
