ABŞ-ın əsas hərbi qüvvələri İrana doğru hərəkət edir
Dərc olunub:
Bu gün, 05:43
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın əsas qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirib.
Avrasiya.net xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ayova ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ lideri yenidən İran mövzusuna toxunub və 2025-ci ilin iyun ayında ABŞ-ın Tehranın nüvə imkanlarını məhv etdiyini bildirib. Onun sözlərinə görə, bir ay gecikmə olsaydı, İran nüvə silahına sahib ola bilərdi.
“Yeri gəlmişkən, başqa bir böyük və gözəl bir armada hazırda İrana doğru gözəl şəkildə irəliləyir, görək nə baş verəcək. Ümid edirəm ki, onlar razılığa gələcəklər”, - deyə Tramp bildirib
