Almaniya Ukraynaya əlavə "Patriot" verməkdən imtina etdi

Almaniya Ukraynaya əlavə "Patriot" verməkdən imtina etdiAlmaniya hazırda Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük edə bilməz.

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O qeyd edib ki, Berlin artıq “Patriot” sistemlərinin üçdə birindən çoxunu Kiyevə tədarük edib və hazırda öz arsenalını tamamlamaq lazım olduğu üçün tədarükləri davam etdirə bilmir.

Pistoriusun sözlərinə görə, müttəfiqləri ilə müqayisədə Almaniya Ukraynanın HHM sistemləri ilə təminatında qeyri-mütənasib dərəcədə böyük töhfə verib.

Nazir vurğulayıb ki, Almaniya Kiyevi “İris-T” sistemləri ilə təchiz edən yeganə ölkədir.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampın "Patriot" sistemi üçün raketlərin Ukraynaya tədarükünə razılıq verdiyini açıqlamışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər