Şəmkirdə yeniyetmə atasını öldürdü
Dərc olunub:
Dünən, 10:52
Şəmkir rayonu Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin evinin yaxınlığında olan dərədə meyiti tapılıb.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində onun qətlə yetirildiyi məlum olub.
Hadisənin törədilməsində onun yeniyetmə oğlu şübhəli bilinir.
Həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.
