“Qarabağ” bu gün uduzsa, nələr itirəcək?

“Qarabağ” bu gün uduzsa, nələr itirəcək?“Liverpul” aşkar favoritdir və çox böyük komandadır. Büdcəsi milyarddan yuxarıdır və səfərdə oynadığımızı nəzərə alaraq, “Qarabağ” – “Liverpul” oyununa proqnoz vermək çox çətindir.

Bu sözləri Axar.az-a açıqlamasında idman jurnalisti Ceyhun Rzayev deyib.

“Əsas odur ki, uduzsa da, mübarizəsini aparsın. Buna da şübhəmiz yoxdur. “Qarabağ” həmişə meydanda mübarizə aparır.

“Qarabağ” heç nə itirməyəcək. 99% pley-off mərhələsini təmin edib. Çünki mövqe elədir ki, 18-ci yerdədir və 10 xalı var. 24-lüyə düşmək üçün özündən geridə olan 7 komandanın 7-si də qalib gəlməlidir. Bu da inandırıcı deyil.

Nəticədən asılı olmayaraq, bütün Azərbaycan axşamkı oyunu izləyib həzz almalıdır”, - o bildirib.

Qeyd edək ki, “Qarabağ” və “Liverpul” arasında oyun bu gecə Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər